Hüquqi şəxsin yenidəntəşkili
rezident hüquqi şəxsin səsvermə hüququ olan iştirak paylarının 50 və ya daha çox faizinin və bütün digər iştirak paylarının dəyərinin 50 və ya daha çox faizinin yalnız yenidəntəşkilin iştirakçısı olan tərəfin iştirak payları ilə dəyişdirilməsi
rezident hüquqi şəxsin aktivlərinin 50 və ya daha çox faizinin digər rezident hüquqi şəxs tərəfindən, yalnız yenidəntəşkildə iştirak edən tərəfin dividendlərinə münasibətdə imtiyazlı olmayıb səsvermə hüququ olan iştirak paylarına dəyişdirilməsi üçün əldə edilməsi
rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması
ayırma yolu ilə yeni şəxs yaradılması
müəssisədə iştirak paylarının azı 50 faizinin sahibi olan hüquqi şəxs tərəfindən öz iştirak paylarının hamısının bu hüquqi şəxsin iştirakçılarına paylanması deməkdir
Yuxarıdakı müddəalar o şərtlə tətbiq olunur ki, birləşmənin, əldəetmənin, birləşdirmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.
Yenidəntəşkilin bilavasitə iştirakçısı olan hər hansı rezident hüquqi şəxs və yenidəntəşkilin bilavasitə iştirakçısı olan rezident hüquqi şəxsin sahibi olan, yaxud bu cür şəxsə mənsub olan hər hansı hüquqi şəxs yenidəntəşkilin iştirakçısı sayılır.
Yuxarıda qeyd olunan müddəanın məqsədləri üçün hüquqi şəxsin sahibi hüquqi şəxsdə səsvermə hüququ olan iştirak paylarının 50 və ya daha çox faizinin, yaxud iştirak paylarının hamısının dəyərinin 50 və ya daha çox faizinin sahibi sayılır.
Hüquqi şəxs üzərində sahibliyin əhəmiyyətli dərəcədə dəyişdirilməsi VM maddə 148
- Hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə, aşağıdakı hallar istisna edilməklə, icazə verilmir:
dəyişiklikdən sonrakı üç il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə; və
dəyişiklikdən sonrakı bir il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamırsa.
Dostları ilə paylaş: |