İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları müəyyənləşdirilmiş amortizasiya normasını qeyri-maddi aktivlərin vergi ilinin sonuna hansı dəyərinə tətbiq etməklə hesablanır?
Vergi Məcəlləsinin 114.5-ci maddəsini (binalar, tikililər və qurğular üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır) necə başa düşürsünüz?
Müəssisə nəqliyyat vasitəsini il ərzində 11 ay istifadə etmiş və dekabr ayında digər şəxsə satmışdır. Müəssisə həmin il üçün nəqliyyat vasitəsinə amortizasiya hesablayıb, gəlirindən çıxa bilərmi?
Müəssisə öz əmlakını işçinin ona bilərəkdən və ya ehtiyatsızlıqdan vura biləcəyi zərərdən sığortalayır. Yəni işçi istifadə etdiyi avadanlığa zərər vurduğu təqdirdə bu zərər işçi tərəfindən deyil, sığorta şirkəti tərəfindən ödənilir. Bu sığortaya görə ödənilmiş sığorta haqları gəlirdən çıxıla bilərmi?
Vergi ödəyicisinin geoloji-kəşfiyyat işlərini aparmaq və təbii ehtiyatları emal, yaxud istismar etmək hüquqlarını əldə etmək üçün qeyri-maddi aktivlərə çəkdiyi xərclər hansı qaydada amortizasiya olunur? 114.3.5 və ya 114.3.6-cı maddəyə əsasən?
Vergi Məcəlləsinin 118.3-cü maddəsini (Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir) necə başa düşürsünüz? Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərcləri amortizasiya etmədən birbaşa gəlirdən çıxmaq olarmı?
Vergi Məcəlləsinin 120-ci maddəsində (Əmlakın təqdim edilməsindən yaranan zərər) hansı əmlaklardan söhbət gedir? Onlara aid bir-neçə nümunə göstərin.
A rezident müəssisəsi tərəfindən ödənilən dividendi alan B müəssisəsi həmin gəliri yenidən dividend şəklində təsisçilərinə vermişdir. Bu zaman B müəssisəsinin ÖMV bəyannaməsi vermək öhdəliyi yaranırmı?
Fiziki şəxs sığorta təşkilatı ilə 15 il müddətinə həyatın yığım sığortası üzrə sığorta müqaviləsi bağlamışdır. Lakin 10 il keçdikdən sonra fiziki şəxsin müraciətinə əsasən sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu zaman həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulmalıdırmı?
Qeyri kommersiya təşkilatlarından əmlakın icarəyə götürülməsinə görə onlara ödənilmiş məbləğdən vergi necə tutulmalıdır? Ödəmə mənbəyində yoxsa, bəyannamə üzrə?