Vergi qanunvericiliyi


Ödəmə mənbəyində tutulan vergilər barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada bəyannaməni vergi orqanına



Yüklə 0,62 Mb.
səhifə12/15
tarix02.01.2022
ölçüsü0,62 Mb.
#42965
1   ...   7   8   9   10   11   12   13   14   15
8 Movzu

Ödəmə mənbəyində tutulan vergilər barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada bəyannaməni vergi orqanına;

Vergi Məcəlləsinin 150.1.3.-150.1.8.-ci maddələrinə (dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar; hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər; hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; fiziki şəxslərə icarə haqları və royalti ödəyən, qeyri-rezidentə ödəmələr verən və ya qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən qeyri-rezidentə köçürmələr edən hüquqi şəxslər və ya sahibkarlar; vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar; həyatın yığım sığortası üzrə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar) uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq;

bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.;

Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərə sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru 10% dərəcə ilə gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın AR-dakı filialı və ya poçt rabitəsinin milli operatoru 1% dərəcə ilə sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaş-malar haqqında” AR Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar xərclər çıxılmadan 2 faiz dərəcə ilə gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Vergi ödəyicisinin iş yerində vergi agenti aylıq gəlir üzrə vergi tutmağa borcludur. Vergi ödəyicisi verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə vermirsə, tutulmuş vergi gəlir vergisinin tam məbləği sayılır.

  

Cari vergi ödəmələri VM maddə 151

 1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar 10% dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Misal. Vergi ödəyicisinin cari ildə hesabladığı mənfəət vergisinin məbləği 6.000 manat təşkil etmişdir. Bu vergi ödəyicisi növbəti ildə birinci metodu tətbiq edirsə, onda onun həmin ilin birinci rübündəki cari vergi ödəmələrinin məbləği aşağıdakı kimi müəyyən edilir:

6.000 x ¼ = 1.500 manat.

2. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Misal. Vergi ödəyicisi cari ildə cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçir və həmin ilin aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Əvvəlki ildə vergi ödəyicisinin ümumi gəliri 40.000  manat, hesabladığı mənfəət vergisinin məbləği isə 5.000 manat olmuşdur. Bu halda onun ümumi gəlirində verginin xüsusi çəkisini göstərən əmsal aşağıdakı kimi müəyyən olunur:

5000 : 40.000 = 0,125.

Vergi ödəyicisinin cari ilin birinci rübündə gəliri 12.000  manat olmuşdur. Bu halda onun həmin rübdə cari vergi ödəməsinin məbləği aşağıdakı kimi müəyyən edilir:

12.000  x 0,125 = 1.500 manat.

 3. Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləş-dirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün 2-ci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda vergi orqanı 1-ci metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

4. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

5. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra — əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:

- Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsi ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

- Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

Misal. Yeni yaradılmış müəssisə cari il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır. Həmin müəssisənin ilk üç ayda mənfəətinin məbləği 10.000 manatdır. Bu zaman onun 1-ci rüb üçün cari vergi ödəməsinin məbləği aşağıdakı kimi müəyyən olunur:

(10.000 x 20 %) x 75% = 1.500 manat.

Müəssisənin fəaliyyətinin ilk 6 ayı ərzində mənfəətinin məbləği 25.000 manat təşkil etmişdir. Bu zaman II rüb üçün cari vergi ödəməsinin məbləği aşağıdakı kimi müəyyən olunur:

(25.000 x 20%) x 75% = 3750 manat

Müəssisənin fəaliyyətinin ilk 9 ayı ərzində mənfəətinin məbləği 40.000 manat təşkil etmişdir. Bu zaman III rüb üçün cari vergi ödəməsinin məbləği aşağıdakı kimi müəyyən olunur:

(40.000 x 20%) x 75% = 6000 manat.

Cari il başa çatdıqda bu müəssisənin həmin il üçün mənfəətinin məbləği 70.000 manat təşkil etmişdir. Bu məbləğdən hesablanmış mənfəət vergisinin həcmi aşağıdakı kimi təyin olunur:

70.000 x 20% = 14000 manat.

Müəssisə bu məbləğdən əvvəllər ödədiyi cari vergi ödəmələrinin məbləğini çıxmalı, qalıq məbləği isə büdcəyə ödəməlidir. Başqa sözlə, müəssisənin ilin yekununa görə mənfəət vergisi üzrə büdcəyə ödəməli olduğu məbləğ aşağıdakı kimi təyin edilir:

14000 – 1500 – 3750 – 6000 = 2750  manat

 

- Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.



- Cari vergi ödəmələri rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə 0,1 faiz məbləğində faiz tutulur.

- Yuxarıda qeyd edilən faiz Vergi Məcəlləsinə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

- Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

- Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir.

- Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı və ya rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergini əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.

6. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

 

İlin yekunlarına görə verginin ödənilməsi VM maddə 152

 - Vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər.

- Bələdiyyələrin mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə, digər müəssisələr isə dövlət büdcəsinə ödəyir. Fiziki şəxslər gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.

 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin