Vergi qanunvericiliyi



Yüklə 0,62 Mb.
səhifə10/15
tarix02.01.2022
ölçüsü0,62 Mb.
#42965
1   ...   7   8   9   10   11   12   13   14   15
8 Movzu

Ödəmə mənbəyində vergini tutmağa borclu olan şəxslər





muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər



muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar


dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilmək-lə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar



hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər


hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar


Vergi Məcəlləsinin 124-cü (icarə haqları və royalti), 125-ci (qeyri-reziden-tə ödəmələr) və ya 126-cı (qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən qeyri-rezidentə köçürmələr) maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar





vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (içlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar



VM-nin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtın-dan əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar


torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, VM-nin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin VM-nin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius



idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxs



lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər AR-da daimi nüma-yəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın AR-dakı filialı və ya poçt rabitəsinin milli operatoru



hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın AR-dakı filialı və ya poçt rabitəsinin milli operatoru



aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdı-rılmış təşkilatlar:

- vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak;

- “Banklar haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər;

- ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində AR Prezidenti tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər;

- qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi.





vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar

Yuxarıda göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin