Vergi qanunvericiliyi


Hüquqi şəxsin ləğv edilməsi, yaranması, yenidən təşkil edilməsi zamanı vergi münasibətlərinin tənzimlənməsi



Yüklə 0,62 Mb.
səhifə7/15
tarix02.01.2022
ölçüsü0,62 Mb.
#42965
1   2   3   4   5   6   7   8   9   10   ...   15
8 Movzu

Hüquqi şəxsin ləğv edilməsi, yaranması, yenidən təşkil edilməsi zamanı vergi münasibətlərinin tənzimlənməsi

 

Hüquqi şəxsin ləğv edilməsi VM maddə 145

 1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, hüquqi şəxsin ləğv edilməsi iştirakçıların həmin hüquqi şəxsdəki iştirak paylarının təqdim edilməsi sayılmır.

2. Hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda:


  • aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır;

  • iştirakçı üçün verilən aktivlərin dəyəri ləğv edilən hüquqi şəxs üçün aktivlər verilənədək olan dəyərə bərabərdir;

  • Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin müddəaları nəzərə alınmaqla, aktivlərin bölüşdürülməsi dividend sayılmır;

  • ləğv edilən hüquqi şəxsdə iştirak payının ləğv edilməsi zamanı heç bir gəlir və zərər nəzərə alınmır;

  • hər hansı kateqoriyaya aid olan əsas vəsaitlərin balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir.

3. Yuxarıdakı müddəalar yalnız o halda tətbiq edilir ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.

 

 Hüquqi şəxsin yaranması VM maddə 146



 1. Aktivlərin verilməsi aşağıdakı hallarda onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:

- şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə);

- şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa.

2. Yuxarıdakı müddəalar şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.

3. Yuxarıda göstərilən mübadilə nəticəsində alınan iştirak payının dəyəri verilən hər hansı borcun məbləği çıxılmaqla verilən aktivlərin dəyərinə bərabərdir.

4. Götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.

 

 Hüquqi şəxsin yenidən təşkil edilməsi VM maddə 147



 Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus əmlakın və iştirak paylarının dəyəri həmin əmlakın və iştirak paylarının bilavasitə yenidəntəşkildən əvvəlki dəyəri ilə eynidir. Eynilə əsas vəsaitlərin hər hansı amortizasiya kateqoriyasına aid olan balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir.

Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxslər arasında əmlakın və iştirak paylarının verilməsinə əmlakın vergiyə cəlb olunan özgəninkiləşdirilməsi kimi baxılmır.

Yenidəntəşkilin iştirakçısı olan rezident hüquqi şəxsin özünün iştirak paylarının bu yenidəntəşkilin iştirakçısı olan digər rezident hüquqi şəxsdəki iştirak payları ilə hər hansı mübadiləsi iştirak payının vergiyə cəlb olunan özgəninkiləşdirilməsi hesab edilmir.

Bu zaman mübadilə edilən iştirak paylarının dəyəri ilkin iştirak paylarının dəyərinə bərabərdir.

Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsin iştirak paylarının iştirakçı tərəf olan digər hüquqi şəxsdəki iştirak payının dəyişməsi ilə əlaqədar bölüşdürülməsi, yenidəntəşkildə iştirakçı tərəflər üçün dividend sayılmır.

Bu halda ilk iştirak paylarının dəyəri bilavasitə bölüşdürmədən sonra ilk və bölüşdürül-müş iştirak payları arasında onların bazar dəyərinə mütənasib olaraq bölüşdürülür.




iki və daha çox rezident hüquqi şəxsin birləşməsi


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin