Vergi qanunvericiliyi


Amortizasiya olunmayan aktivlər



Yüklə 0,62 Mb.
səhifə3/15
tarix02.01.2022
ölçüsü0,62 Mb.
#42965
1   2   3   4   5   6   7   8   9   ...   15
8 Movzu

Amortizasiya olunmayan aktivlər







Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər


elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriya-larda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər


məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar)



heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları



istismar vaxtı çatmayan çoxillik əkmələr



kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları)


tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda



konservasiya edilmiş əsas vəsaitlər


ümumi istifadədə olan avtomobil yolları



ümumi istifadədə olan parklardakı avadanlıqlar


istismara verilməmiş anbarda olan əsas vəsaitlər

Misal 1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin cari ilin sonuna qalıq dəyəri: nadir tarixi və memarlıq abidələri olan binalar üzrə 220 000 manat, dəzgahlar üzrə 40 000 manat, istismara verilməmiş anbarda olan əsas vəsaitlər üzrə 160 000 manatdır. Həmin fiziki şəxsin cari  il üçün amortizasiya ayırmaları məbləği nə qədər təşkil edəcək?

Məlum olduğu kimi, nadir tarixi və memarlıq abidələri olan binalar və  istismara verilməmiş anbarda olan əsas vəsaitlərə amortizasiya hesablanmır. Dəzgahlar üzrə amortizasiya ayırmasının norması isə 20%-dir. Bu halda amortizasiya ayırmasının məbləği:

40 000 * 20%=8 000  manat olacaqdır.

Misal 2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin cari il üçün ümumi gəliri 150 000 manat, amortizasiya ayırmaları nəzərə alınmadan gəlirdən çıxılan xərcləri 60 000 manat təşkil edir. Fiziki şəxsə məxsus konservasiya edilmiş əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 16 000 manat, yüksək texnologiyalar məhsulu olan hesablama texnikasının ilin sonuna qalıq dəyəri  6 000 manat, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərinin ilin sonuna qalıq dəyəri isə 2 000 manatdir. Bu fiziki şəxsin cari  il üçün vergiyə cəlb ediləcək gəliri nə qədər olacaq?

Konservasiya edilmiş əsas vəsaitlər amortizasiya olunmur. Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə amortizasiya norması 25%, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya norması isə 10%–dir. Fiziki şəxsin cari il üçün vergiyə cəlb ediləcək gəliri  aşağıdakı kimi hesablanır:

1) 6000*25%=1500

2) 2000*10%=200

3) 150 000- (60 000+1500+200)=88 300 manat

 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin