VBİS-in proqram təminatı verilənlər bazasının yaradılması və istismarı ilə əlaqədar olan prosedurları yerinə yetirilən bir sıra proqram modullarından ibarət olan mürəkkəb kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır:
Verilənlər lüğətinin yaradılması və idarə olunması.
Göstərilən funksiyaları yerinə yetirən proqramlar VBİS-in idarəedici proqramları sayılır. Bu proqramlardan əlavə VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə verilənlərin sıxlaşdırılması və açılmasını yerinə yetirən, verilənlərin düzgünlüyünü yoxlayan proqramlar və digər servis xarakterli proqramlar da daxil edilir.
Informasiya sistemi tətbiq edilən müəssisədə verilənlərin mərkəzləşdirilmiş emalına və idarə olunmasına məsuliyyəti verilənlərin adminstratoru adlanan bir və ya bir neçə şəxsdən ibarət qrup daşıyır. Verilənlərin adminstratoru verilənləri yaxşı anlamalı və müəssisənin idarə olunması üçün hansı verilənlərə ehtiyac olmasını bilməlidir.
Verilənlərin administratorunun vəzifələrinə aşağıdakılar aiddir:
Verilənlərə xidmət zamanı mövcud qaydalara əməl olunmasına və istifadəçilərin sorğularının təmin olunmasına nəzarət etmək;
Verilənlərin mühafizəsini təmin etmək.
Verilənlərin adminstratorunun tələblərinin yerinə yetirilməsi verilənlər bazasının adminstratoru tərəfindən aparılır. Verilənlər bazasının adminstratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət olan qrupdur. Verilənlər bazası adminstratorunun vəzifəsi verilənlər bazasını yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin sorğularının cavablandırılmasını təmin etməkdir. O, həmçinin sistemin operativliyinə və texniki təminatına da cavabdehlik edir.