Verilənlər bazasının konsepsiyası



Yüklə 207,95 Kb.
səhifə21/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   15   16   17   18   19   20   21   22   23
İbadov Adil

Formaların hazırlanması


Formalar üzərində idarəetmə elementləri yerləşən pəncərə olub, təyinatından asılı olaraq verilənlər bazasına informasiyanın rahat daxil olmasını, redaktəsini, informasiyanın vizual görünüşünü təmin edir və idarəetmə funksiyasını yerinə yetirir. Formalar cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər:



  • Forma bir deyil, bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə edilməsini və onlara informasiya daxil olmasını təmin edə bilər.

  • Idarəetmə elementlərinin, informasiyanın tam şəkildə görünüşü üçün, rahat daxiletmə və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir.

  • Bir sıra informasiyaların (OLE obyektlərin), o cümlədən şəkillər, video və animasiya fayllarına baxışı vizual şəkildə təmin edir.

Forma elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındakı yazıların elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik olaraq baza cədvəllərinə daxil edilir.
Yeni forma yaratmaq üçün ilk növbədə Verilənlər bazası (Баcа данных) pəncərəsinin Forma (Форма) bölməsinin Yaratmaq (Соcдатü) düyməsini sıxdıqda və ya Daxiletmə (Вставка) menyusunun Forma (Форма) əmrini yerinə yetirdikdə açılan Yeni forma (Новая форма) pəncərəsində informasiya mənbəyini və forma yaratmaq rejimlərindən birini seçmək lazımdır. MS Access aşağıdakı forma yaradılması rejimlərini təklif edir:

  • Forma ustası (Мастер форм) – Yeni forma pəncərəsində informasiya mənbəyini və Forma ustası rejimini seçib, OK düyməsini sıxdıqdan sonra açılmış növbəti pəncərədə formanın yaradılmasında iştirak edən sahələri müəyyən etmək lazımdır.

  • Avtoforma: sütun (Автоформа: в столбеö), Avtoforma: lentşəkilli (Автоформа: ленточная), Avtoforma: cədvəl (Автоформа: табличная) – bu rejimlər seçilmiş cədvəl və ya sorğu əsasında insanın iştirakı olmadan avtomatik olaraq sütun, lent və cədvəl şəkilli formalar yaradır. Bu rejimlər yalnız bir informasiya mənbəyi əsasında və sorğunun yaradılmasında informasiya mənbəyinin bütün sahələri iştirak etdikdə yeni formaların yaradılması üçün məqbuldur.

  • Diaqram(Диаграмма), Yekun cədvəllər (Сводная таблиöа ) Konstruktor (Конструктор) – bu 3 rejim isə müvafiq olaraq bir neçə mərhələləri, təlimata uyğun sadə, diaqram və yekun cədvəl tipli formaların yaradılmasını təmin edir.

Yüklə 207,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin