15. Access proqramının əsas interfeys elementləri
Şəbəkələrdə informasiyanın idarə olunması klient server texnologiyası əsasında fəaliyyət göstərir. Bu gün aşağıdakı verilənlər bazasının idarəetmə sistemləri geniş tətbiq edilir: MS Access, Clipper, Visual Foxpro, IMSVS, Olacle, Paradox, SQL Server və s. MS Access Start menyusunun “Proqramlar” bölməsinin MS Office bölməsinin Microsoft Access adlı əmrini yerinə yetirməklə yüklənir. Bu zaman yeni verilənlər bazasının yaradılmasını və ya artıq mövcud bazanın çağırılmasını təmin edən dialoq pəncərəsi açılır. Yeni verilənlər bazası yaradıldıqda və ya artıq mövcud bazanı çağırdıqda açılan MS Access proqram pəncərəsi aşağıdakı elementlərdən təşkil olunur:
Başlıq sətri;
Menyu sətri;
Alətlər paneli;
Verilənlər bazası pəncərəsi;
Cari vəziyyət sətri.
Verilənlər bazası pəncərəsi öz növbəsində 6 bölmədən ibarətdir: cədvəllər, sorğular, formalar, makroslar, hesabatlar, modullar. Hər bir bölmədə müvafiq obyektlər yerləşir.
Access məlumatlar bazasının ilkin pəncərəsi çox sadə quruluşa malikdir. Bu pəncərə 6 növ obyektdən ibarətdir ki, onların da hər biri proqramlarla işləyir. Bu obyektlər aşağıdakılardır:
Cədvəl – məlumatlar bazasının əsas obyektidir. Bu obyektdə məlumatlar saxlanılır.
Sorğu – bu obyekt xüsusi quruluşa malik olub, məlumatlar bazasında işləmək üçün istifadə olunur. Sorğuların köməyi ilə məlumatlar nizamlanır, süzgəcdən seçilir, dəyişdirilir, birləşdirilir.
Forma – bu obyektin köməyi ilə bazaya yeni məlumatlar daxil edilir və ya mövcud olan məlumatlara baxılır.
Hesabat – formanın əksidir. Onun köməyi ilə məlumatlar əlverişli şəkildə çap olunur.
Makros – bu obyekt makro əmridir. Əgər məlumatlarla hər hansı bir əməliyyat tez- tez təkrarlanırsa, bir neçə əmri bir makrosda qruplaşdırmaq əlverişlidir və bunun üçün ayrılmış düymələr kombinasiyasından istifadə edilir.
Modul – bu Vizual Basic alqoritmik dilində yazılmış proqram prosedurudur. Əgər Access-in standart vasitələri sifarişçinin məlumatlar bazasını yaratmaq üçün kifayət etmirsə, onda proqramçı sistemin imkanlarını genişləndirməklə, yeni modul yaradır.
Dostları ilə paylaş: |