16.Access proqramında cədvəllərin yaradılması. Cədvəllərarası əlaqələr
Cədvəl verilənlər bazasının əsas obyekti olub, informasiya məhz onda saxlanılır. MS Excel əlavəsində olduğu kimi cədvəl sətirlərdən və sütunlardan ibarətdir və onların kəsişməsindən xana yaranır. MS Access-də cədvəlin sətrini yazı, sütununu isə sahə adlandırmaq qəbul edilmişdir. Yeni cədvəlin yaradılmasının aşağıdakı rejimləri vardır:
Cədvəl rejimi (Режим таблиöы) – bu rejim sadə cədvəllərin yaradılmasına xidmət edir. Verilənlər müvafiq xanalara daxil olunur. Sahələrdəki informasiyaya uyğun olaraq proqram cədvəlin sahələrinin tipini, formatını və əlavə xassələrini müəyyən edir.
Cədvəl konstruktoru (Конструктор таблиöы ) – yalnız cədvəlin strukturunu müəyyən edir.
Cədvəl ustası (Мастер таблиöы) – bu rejim MS Access-də nəzərdə tutulmuş bir sıra cədvəl nümunələri əsasında yeni cədvəlin yaradılmasını təmin edir.
Cədvəl idxal ustası (Мастер импорта таблиö) – cədvəl idxal rejimi vasitəsi ilə digər verilənlər bazasının cədvəlinin, MS Excel, Lotus 2-3 elektron cədvəllərinin, HTML mətn fayllarının surətinin yeni cədvəl şəklində cari bazada yaratmaq mümkündür.
Cədvəllərarası əlaqə ustası (Мастер свяcи с таблиöами) – bu rejim digər verilənlər bazasının, verilənlər bazasının idarəetmə sistemlərinin cədvəlləri, MS Excel, Lotus 1-2-3 elektron cədvəlləri, mətn və HTML faylları ilə əlaqəli yeni cədvəlin yaradılmasını təmin edir.
Verilənlər bazası ilə iş cədvəllərin yaradılması ilə başlayır. Cədvəlin yaradılması iki mərhələdə aparılır:
cədvəlin strukturunun yaradılması;
cədvəlin verilənlərlə doldurulması.
Cədvəlin strukturu konstruktor rejimində yaradılır. Konstruktor reyimində cədvəlin strukturunun blankı açılır.
Cədvəlin strukturunun yaradılması üçün:
Sahələrin adlarını Field Name sütununa daxil etmək.
Date Type sütunda siyahıdan sahələrdəki verilənlərin tipini seçmək.
Açar sahəni qeyd etmək.
Sahələrin əlavə xassələrini General vərəqəsində göstərmək lazımdır.
Bu sistemdə verilənlərin aşağıdakı tiplərini təyin etmək olar: Mətn, Memo, Ədəd, Tarix/Zaman, Pul , Sayğac, Məntiqi, OLE obyekti, Hiperistinad.
Cədvəli nəzərdən kecirmək və dəyişdirmək üçün də konstruktor rejimindən istifadə edilir. Cədvəli doldurmaq üçün isə cədvəl rejiminə keçmək lazımdır.
Dostları ilə paylaş: |