Verilənlər bazasının konsepsiyası



Yüklə 207,95 Kb.
səhifə20/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   15   16   17   18   19   20   21   22   23
İbadov Adil

17.Sorğu və onun növləri


Verilənlərə müraciət etmək üçün adətən sorğulardan (cапросы - query) istifadə olunur. Sorğularla işləmək sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.


Bir cədvəl üçün bir neçə sorğu formalaşdırmaq olar. Hər bir sorğu cədvəldə saxlanılan informasiyanın yalnız ona lazım olan hissəsini seçib götürə bilər. Sorğu nəticəsində ilkin verilənlər bazasının əsasında yekunlaşdırıcı cədvəl yaradılır. Bu cədvəldə yalnız sorğuya uyğun olan verilənlər toplanır.
Sorğular xüsusi qaydalara uyğun yazılır. Bu qaydaların toplusuna sorğu dili (query language) deyilir.
Cədvəldə lazım olan verilənləri tez tapmaq üçün süzgəc , xüsusən genişləndirilmiş süzgəc gözəl bir vasitədir. Ancaq təkcə verilənlərə baxmaq deyil, eyni zamanda onları hər hansı qaydada emal etmək zərurəti yarandıqda süzgəc yetərli olmur. Bu cəhətdən sorğuların bir sıra üstünlükləri var:

  • Sorğunu eyni zamanda bir neçə cədvələ tətbiq etmək olar;

  • Ekrana yalnız lazım olan sahələri çıxarmaq olar;

  • Sorğu nəticəsində alınan yekun cədvəldə sahələrin ardıcıllığını dəyişmək olar;

  • Ekrana yalnız zəruri olan sayda yazı çıxarmaq olar. Aşağıdakı sorğu növlərini yaratmaq mümkündür:

  • Seçim – bu sorğu bir və ya bir neçə informasiya mənbəyindən – cədvəldən və ya sorğudan yalnız tələb olunan informasiyanın baxış üçün əldə olunmasını təmin edir.

  • Kəsişən – praktikada informasiyanın analizi məqsədilə verilənləri bir neçə əlamətə görə qruplaşdırmaq və nətiçənin xüsusi şəkildə əks olunması tələb oluna bilər. Məhz bu məqsədlə MS Access-də kəsişən sorğular nəzərdə tutulmuşdur.

  • Dəyişdirici – bu sorğular bir neçə yerə ayrılır: cədvəl yaradan və əlavə edən sorğular, ləğv edən sorğular, yeniləşdirən sorğular və s.

  • Parametrik – praktikada oxucuların tələbatından asılı olaraq müxtəlif illərdə nəşr olunana kitablar haqqında informasiya tələb olunur. Hər tələbata uyğun isə sorğu yaratmaq qeyri mümkündür. Bu çətinlik parametrik sorğular vasitəsilə aradan qaldırıla bilər.

  1. Yüklə 207,95 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin