Verilənlərin təhlükəsizliyi və tamlığı. Verilənlərin təhlükəsizliyi və tamlığını təmin edən qaydalara konseptual sxemin bir hissəsi kimi baxılır. Verilənlərin konseptual təsvir dili bu qaydaların təyini üçün vasitələrə malik olmalıdır.
Ehtiyat surətinin çıxarılması və bərpaetmə proseduru.Insanın səhvi özündən, kompüterin və ya əməliyyat sitemin nasazlığından VB-nın hə hansı bir hissəsinin
zədələnməsi zamanı verilənlərin minimal vaxtda və sistemin sistemin digər hissələrinə təsir etmədən bərpa olunması çox vacib məsələdir. Ideal halda zədələnməyən verilənlərə toxunulmamalıdır.
Verilənlər bazası adminstratoru verilənlərin bərpası üçün səmərəli üsul təyin etməli və yerinə yetirilməlidir. Belə nəticəyə gəlmək olar ki, verilənlər yığımının bir bazada yox, bir neçə bazada saxlanması daha məqsədəuyğundur.
Məhsuldarlığın təmini və dəyişilən tələblərə reaksiya.Verilənlər bazasının adminstratoru (VBA) sistemin elə təşkilini təmin etməlidir ki, o bütün müəssisə üçün məhsuldarlığı təmin etsin və dəyişilən tələblərə uyğun yenidən qurula bilsin. Sistemin istismarı zamanı məhsuldarlıq səviyyəsini saxlamaqla, verilənlər bazasının (VB) mərhələ-mərhələ yenidən təşkilinə ehtiyac ola bilər. fiziki səviyyədə aparılan dəyişikliklər konseptual səviyyədə əksolunmanın dəyişilməsini tələb edir, lakin bu halda konseptual sxem dəyişilməyə bilər. VBA bir mütəxəssis kimi ciddi tələblər qoyur. O, informasiya texnologiyası üzrə yüksək səviyyəyə malik olmalıdır ki, verilənlərin strukturunu, təşkil və emal üsullarını, dil və proqram vasitələrini araşdıra bilsin və düzgün qərarlar qəbul etsin. VB-nın adminstratoru həmiçinin verilənlərin aid olduğu müəssisənin işini yaxşı təsəvvür etməli və verilənlərdən necə istifadə olunmasını bilməlidir. Bir sözlə, VBA texniki bilikdən əlavə tətbiq sahəsini yaxşı bilmək, istifadəçilərlə ünsiyyəti bacarmaq və alternativ halları standart prosedurlara tabe etmək tələb olunur. Hazırda VBİS-in inkişafında perspektiv sahələrdən biri VBA-nın bəzi funksiyalarının avtomatlaşdırılmasıdır. Buna baxmayaraq, VB-də müxtəlif istifadəçilərə xidmət edildiyindən və onların sorğularında tələb olunan verilənlərin təsviri bir-birindən fərqləndiyindən həmçinin bu sorğuların çox vaxt ayrı prosedur xarakter daşıması səbəbindən, VBA rolu əvəzsizdir.