Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5


Lokal təsvirlərin birləşdirilməsi



Yüklə 0,74 Mb.
səhifə9/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

8. Lokal təsvirlərin birləşdirilməsi


Lokal təsvirlər “verilən-əlaqə” diaqramı vasitəsi ilə ifadə olunduqdan sonra konseptual layihələndirmənin sonuncu mərhələsində həmin təsvirlər birləşdirilərək verilənlər bazasının qlobal informasiya strukturu alınır. Bu zaman sxemə lokal təsvirlərə görə törəmə olan konstruksiyalar da daxil edilə bilər. Bu cür konstruksiyalar lokal təsvirdəki anlayışlara nisbətən yuxarı səviyyədə duran anlayışları sxemə daxil etməklə yaradılır. Bu cür anlayışları konseptual sxemə daxil edilməsi aşağıdakı məqsədləri güdür.


- eyni obyektin müxtəlif xassələri haqqında verilənlərin ümumi təsvirini əldə etmək;
- oxşar obyektlərin informasiya təsvirində mühüm olmayan fərqləri aradan qaldırmaq;
- məsələlərin həllini əlverişli aparmaq üçün abstrakt anlayışlardan istifadə etmək və bu anlayışların daha konkret anlayışlarla əlaqəsini yaratmaq (məsələn, “şəxsiyyət” - “işçi”, “müqavilə”- “müəssisə” və s.);
- oxşar obyektlərin siniflərini və altsiniflərini yaratmaq və müəyyən əlamətlərə görə obyektləri siniflərə ayırmaq;
- obyektlərin birləşdirilməsinə, kəsişməsinə və fərqinə uyğun törəmə tipləri təyin etmək.
Sxemə daxil edilən törəmə konstruksiyalar verilənlərin təsvirində ziddiyyətlər yaratmamalıdır.
Lokal təsvirlərin birləşdirilməsinə başlamazdan əvvəl birləşdirilmə dərəcəsini müəyyənləşdirmək lazımdır. Birləşdirilən lokal təsvirlərin sayı (n) 4-dən çox olmazsa, onları bir addımla birləşdirmək olar. Lakin n-in qiyməti böyük olanda bir addımla birləşdirmək çətinləşir və səhvlərin ehtimalı artır. Odur ki, birləşdirməni bir neçə addımda aparırlar. Hər addımda 2 lokal təsvir birləşdirilir. Bu cür binar birləşdirmədən alınan verilənlərin sayı (Nb) belə təyin olunur:

Nb= N1+N2 +T-R.


Burada N1, N2 - lokal təsvirlərdəki verilənlərin sayı;


T - əlavə olunan törəmə verilənlərin sayı;
R - birləşdirilən təsvirlərdə uyğun gələn verilənlərin sayıdır.

Təsvirlərin birləşməsində 3 əsas konsepsiyadan istifadə olunur: eynilik, aqreqatlaşdırma və ümumiləşdirmə. Modelin iki və daha çox elementi o vaxt eyni hesab olunur ki, onlar eyni semantikaya (mənaya) malik olsunlar.





Цнваны


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin