Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə12/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

11. VBİS-in proqram təminatı


VBİS-sin proqram təminatı verilənlər bazasının yaradılması və istismarı ilə əlaqədar olan proseduraları yerinə yetirən bir sıra proqram modullarından ibarət olan mürəkkəb kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır:



  • verilənlər bazasının yaradılması;

  • verilənlər bazasının təshih edilməsi;

  • verilənlər bazasının genişləndirilməsi;

  • istifadəçi sorğularının emal üçün hazırlanması;

  • verilənlərin axtarışı;

  • verilənlər bazası ilə istifadəçilər arasında interfeysin təşkili;

  • axtarış nəticələri üzərində sorğunun tələb etdiyi əməliyyatların yerinə yetirilməsi;

  • verilənlərin tamlığının və mühafizəsinin təmin edilməsi;

  • sistemin interaktiv rejiminin idarə olunması;

  • teleemal rejiminin idarə olunması;

  • verilənlər lüğətinin yaradılması və idarə edilməsi.

Göstərilən funksiyaların yerinə yetirən proqramlar VBİS-in idarəedici proqramları sayılır. Bu proqramlardan əlavə VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə verilənlərin sıxlaşdırılması və açılmasını yerinə yetirən proqramlar, verilənlərin düzgünlüyünü yoxlayan proqramlar və digər servis xarakterli proqramlar da daxil edilir. VBİS-in proqram vasitələrinin strukturu və tərkibi şəkildə göstərilmişdir.



12. Verilənlər bazasının administratoru


Qeyd etdiyimiz kimi, müəssisədə verilənlərin mərkəzləşdirilmiş idarə olunmasına məsuliyyəti verilənlərin administratoru daşıyır. Bu işin texniki təminatı isə verilənlər bazası administratorunun üzərinə düşür. Beləliklə, verilənlər bazası administratoru verilənlərin mərkəzləşdirilmiş idarə olunmasına texniki səviyyədə cavab verir.


Verilənlər bazası ilə bir neçə istifadəçi qarşılıqlı əlaqədə olur. Buna görə də müxtəlif tələblərin nəzərə alınması və mübahisələrin aradan qaldırılması tələb olunur. Digər tərəfdən verilənlər bazasının daim nəzarət altında saxlanması, onun fəaliyyətinin müşahidə və tənzim olunması lazımdır. Bir sözlə, verilənlər bazasının layihələndirilməsinin, reallaşdırılmasının və fəaliyyətinin istiqamətləndirilməsinə və yerinə yetrilməsinə, həmçinin verilənlərin saxlanmasına cavabdehliyi verilənlər bazasının administratoru daşıyır. Verilənlər bazasının administratorunun yerinə yetirdiyi funksiyalara baxaq.

  1. Konseptual sxemin tərtib edilməsi.

Müəssisənin idarə olunmasında tələb olunan informasiya əsasında verilənlərin administratoru verilənlər bazasında hansı verilənlərin saxlanmasını müəyyənləşdirir. Bu proses verilənlər bazasının konseptual layihələndirilməsini əhatə edir. Verilənlərin administratoru tərəfindən verilənlər bazasının tərkibi abstrakt səviyyədə təyin edildikdən sonra verilənlər bazasının adminstratoru verilənlərin konseptual təsvir dilindən istifadə etməklə konseptual sxemi tərtib edir.
Bu sxemin kompilyasiya olunmuş forması VBİS tərəfindən istifadəçilərin sorğularına cavab vermək üçün istifadə olunur. Onun ilkin (kompilyasiya olunmamış) forması isə sistemin istifadəçiləri üçün arayış sənədi rolunu oynayır.
Qeyd edək ki, praktikada həmişə belə olmur. Bəzən verilənlərin administratoru özü konseptual sxemi tərtib edir, bəzən isə verilənlər bazasının adminstratoru konseptual layihələndirmə ilə də məşğul olur.

  1. Daxili sxemin tərtib edilməsi.

Verilənlər bazasının administratoru həmçinin verilənlərin yaddaşda necə saxlanması məsələsini də həll etməlidir. Bu prosesə verilənlər bazasının fiziki layihələndirilməsi deyilir. Fiziki layihələndirmədə verilənlər bazasının adminstratoru verilənlərin daxili təsvir dilindən istifadə etməklə verilənlərin saxlanma strukturunu, yəni daxili sxemi təyin edir. Bu zaman o konseptual sxemlə daxili sxem arasında uyğun əksolunmanı təyin etməlidir. Praktikada verilənlərin konseptual və daxili təsvir dilləri bu əksolunmanı təyin edən vasitələrə malik ola bilərlər. Lakin bu iki funksiyaya (daxili sxemin tərtibi və əksolunmanın təyini) ayrıca baxılmalıdır. Konseptual sxemdə olduğu kimi, daxili sxem və uyğun əksolunma ilkin və obyekt formalarda mövcud olur.

  1. İstifadəçilərlə qarşılıqlı əlaqə.

Verilənlər bazasının administratoru funksiyalarına istifadəçilərlə qarşılıqlı əlaqələri, onlara lazım olan verilənlərin verilənlər bazasında olmasını təmin etmək, xarici təsvir dillərində sorğuların təsvirini yaratmaq və ya bu işdə istifadəçilərə kömək etmək də daxildir. Bundan əlavə hər bir xarici sxemlə konseptual sxem arasında əksolunmanı də təyin etmək lazımdır. Praktikada verilənlərin xarici təsvir dili bu əksolunmanı təyin edən vasitələrə malik ola bilər. Lakin xarici sxem və onun konseptual sxemdə əksi bir-birindən ayrılmalıdır. Xarici sxem və onun əksi ilkin və obyekt formalarında mövcud olur.
İstifadəçilərlə qarşılıqlı əlaqənin digər cəhəti tətbiqedilmələrin işlənib hazırlanması, texniki təhsilin təmininə və istifadəçilərə xidmətdə yaranan problemlərin həllinə kömək etməkdir.

  1. Verilənlərin təhlükəsizliyi və tamlığı.

Verilənlərin təhlükəsizliyini və tamlığını təmin edən qaydalara konseptual sxemin bir hissəsi kimi baxılır. Verilənləirn konseptual təsvir dili bu qaydaların təyini üçün vasitələrə malik olmalıdır.

  1. Ehtiyat surətin çıxarılması və bərpaetmə prosedurası.

İnsanın səhvi üzündən, kompyüterin və ya əməliyyat sisteminin nasazlığından verilənlər bazasının hər hansı bir hissəsinin zədələnməsi zamanı verilənlərin minimal vaxtda və sistemin digər hissələrinə təsir etmədən bərpa olunması çox vacib məsələdir. İdeal halda zədələnməyən verilənlərə toxunmamalıdır.
Verilənlər bazasının administratoru verilənlərin bərpası üçün səmərəli üsul təyin etməli və yerinə yetirməlidir (məsələn, verilənlər bazasının vaxtaşırı ehtiyat surət qurğusuna köçürülməsi (“dampinq”) və lazım gəldikdə verilənlər bazasının sonuncu surətdən (“damp”dan) öz yerinə yüklənməsi). Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, verilənlər yığımının bir bazada yox, bir neçə bazada saxlanması daha məqsədə uyğundur. Bu halda ayrı-ayrı verilənlər bazaları “damp” və köçürülmə üçün əlverişli olur.

  1. Məhsuldarlığın təmini və dəyişilən tələblərə reaksiya.

Verilənlər bazasının administratoru sistemin elə təşkilini təmin etməlidir ki, o bütün müəssisə üçün məhsuldarlığı təmin etsin və dəyişilən tələblərə uyğun yenidən qurula bilsin. Sistemin istismarı zamanı məhsuldarlıq səviyyəsini saxlamaqla verilənlər bazasının mərhələ-mərhələ yenidən təşkilinə ehtiyac ola bilər. Fiziki səviyyədə aparılan dəyişikliklər konseptual səviyyədə əksolunmanın dəyişilməsini tələb edir, lakin bu halda konseptual sxem dəyişilməyə bilər.
Verilənlər bazasının administratoruna bir mütəxəssis kimi ciddi tələblər qoyulur. O informasiya texnologiyası üzrə yüksək səviyyəyə malik olmalıdır ki, verilənlərin strukturunu, təşkil və emal üsullarını, dil və proqram vasitələrini araşdıra bilsin və düzgün qərarlar qəbul etsin. VB-nin administratoru həmçinin verilənlərin aid olduğu müəssisənin işini yaxşı təsəvvür etməli və verilənlərdən necə istifadə olunması bilməlidir. Bir sözlə, verilənlər bazasının administratorundan texniki bilikdən əlavə tətbiq sahəsini yaxşı bilmək, istifadəçilərlə ünsiyyəti bacarmaq və alternativ halları standart proseduralara tabe etmək tələb olunur.
Hazırda VBİS-in inkişafında perspektiv sahələrdən biri verilənlər bazasının administratorunun bəzi funksiyalarının avtomatlaşdırılmasıdır.

13. Ekspert sistemlər





Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin