Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə13/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

Ekspert sistemlər - konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər.
70-ci illərin sonunda süni intellekt sahəsində çalışan mütəxəssislər mühüm bir amili başa düşdülər: məsələnin həlli zamanı proqramın effektivliyi təkcə onun istifadə etdiyi formalizmdən və çıxarış sxemindən deyil, onun malik olduğu bilikdən asılıdır. Prinsipial olaraq yeni konsepsiya qəbul olundu ki, onu aşağıdakı kimi ifadə edə bilərik:
- Proqramı intellektuallaşdırmaq üçün onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi biliklər çoxluğu ilə təmin etmək lazımdır.
Bu faktın başa düşülməsi xüsusi proqram sistemlərinin inkişafına gətirib çıxardı ki, bunların da hər biri müəyyən məhdud predmet sahəsində ekspert kimi çıxış edirlər. Bu proqramlar ekspert sistemlər adlanırlar.
Ekspert sistemlərin qurulması texnologiyasını bəzən mühəndis biliyi adlandırırlar. Bu prosesi təşkil edən mütəxəssislər-yaradıcılar bilik mühəndisləri adlanırlar və onlar hər bir predmet sahəsində bir və ya bir neçə ekspertlə qarşılıqlı əlaqəni yaradırlar. Bilik mühəndisi ekspertlərdən məsələnin həllində lazım olan proseduranı, strategiyanı, emprik qaydaları "çəkir" və şəkildəki kimi bu biliyi ekspert sistemdə quraşdırır:

Bilik– insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir.


Biliklər bu günkü sistemlərin əsas elementlərindən biridir və başa düşülmə vasitəsi olaraq bu sistemlərin intellektual funksiyasını təmin edir. Ümumiyyətlə, bilik - öyrənmək vasitəsi kimi qəbul olunur. Bilik mühəndisliyi baxımından bilik formalizə edilmiş informasiyadır.
Ekspert sistemlərin yaradılması mərhələləri aşağıdakılardır:

  1. İdentifikasiya - problemin xarakterinın öyrənilməsi

  2. Konseptualizasiya - əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması

  3. Formalizasiya - biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması

  4. Reallaşma - Kompüter proqramının işlənilməsi, nəticələrin təmini

  5. Eksperiment - Alınan nəticələrin adekvatlığının yoxlanılması.

1, 2 və 3-cü mərhələlər bilik mühəndisi, 4-cü mərhələ isə proqramist tərəfindən icra olunur. Eksperiment mərhələsində ilk öncə proqramın düzgün işləməsi yoxlanılır və sonra eksperimentlər o vaxta qədər keçirilir ki, alınan nəticənin reallığa adekvatlığı ekspertləri qane etsin. İlk zamanlar bir ekspert sisteminin yaranmasına 20-30 il tələb olunurdu. İndi isə bu sistemlərin yaradılmasını tezləşdirən üsullar, instrumental vəsitələr mövcuddur.
Sistemin necə qurulması, onun necə mühakimə edilməsi kimi biliklər metabiliklər adlanırlar - bilik haqqında bilik. Ekspert sistemində bu bilikləri əks etdirən blok izah mexanizmi adlanır.
Ekspert sisteminin funksional sxemini aşağıdakı kimi ğöstərə bilərik:




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin