Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5


Verilənlər bazasının layihələndirilməsi



Yüklə 0,74 Mb.
səhifə5/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   2   3   4   5   6   7   8   9   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

4. Verilənlər bazasının layihələndirilməsi


Verilənlər bazasının layihələndirilməsi informasiya sisteminin layihə­ləndirilməsinin əsasını təşkil edir. İstifadəçilərin informasiya tələblərinin tam təmin edilməsi üçün verilənlər bazasının layihələndirilməsi zamanı iki cəhəti nəzərə almaq lazımdır:


- Birincisi, mövzu sahəsinin sərhədlərini müəyyənləşdirmək və mövzu sahəsinin informasiya modelini yaratmaq;
- İkincisi, istifadəçilərin sorğularına tam və dəqiq cavab verən, verilənlər bazasını daima aktual vəziyyətdə saxlayan idarəetmə sisteminin yaradılması.
Bu tələblərdən asılı olaraq, verilənlər bazasının xidmət etdiyi istifadəçilərin sorğuları və funksional məsələlər dərindən təhlil edilməlidir. Verilənlər bazasının layihələndirilməsi “yuxarıdan-aşağıya” prinsipi əsasında ardıcıl iterasiya ilə aparılır. Verilənlər bazasının layihələndirilməsi mərhələləri və hər bir mərhələyə uyğun giriş və çıxış informasiyanın tərkibi şəkildə göstərilmişdir.





  • İlkin mərhələdə mövzu sahəsinin informasiya baxımından tədqiqi nəticəsində verilənlər bazasına qoyulan tələblər müəyyənləşdirilir və təhlil edilir.

  • Sonra mövzu sahəsinin informasiya-məntiqi (infoloji) modeli yaradlır. Həmin modeldə mövzu sahəsinə aid verilənlərin strukturu və onlar arasında əlaqələr əks etdirilir.

  • Verilənlər bazasının reallaşdırılması üçün konkret VBİS-in seçilməsi, seçilən VBİS-lə bağlı verilənlərin məntiqi və fiziki strukturlarının təsviri, verilənlərə müraciət metodlarının seçilməsi; proqram vasitələrinin seçilməsi və tətbiqi VBİS-in layihələndirilməsini əhatə edir.

  • İnfoloji layihələndirilmə nəticəsində verilənlər bazasının konseptual sxemi yaradılır. Bu mərhələdə həmçinin istifadəçilərin (şəxslərin və tətbiqi proqramların) sorğuları araşdırılır və nəticədə xarici modellər (altsxemlər) və onların konseptual infoloji modellə əlaqələri formalaşdırılır və təsvir edilir.

  • məntiqi layihələndirmədə əsas məqsəd VBİS-in tələblərinə uyğun sxemin yaradılmasından ibarətdir. Bu sxem istifadəçilərin bütün tələblərinə (tamlıq, ziddiyyətsizlik, VB-nin genişləndirilməsinin mümkünlüyü və s.) cavab verməlidir. Bu mərhələdə proqramlaşdırma xüsusiyyətlərinin təhlili aparılır. Məntiqi layihələndirmənin nəticələri ciddi surətdə sənədləşdirilir. Burada VB-yə daxil edilən bütün verilənləri və onlar arasındakı əlaqələri əks etdirən məntiqi sxem, altsxemlər, VBİS-ə və tətbiqi proqramlara qoyulan tələblər və s. ətraflı şərh olunur.

  • Fiziki layihələndirmədə əsas vəzifə məntiqi sxemin tələblərinə və VBİS-in vasitələrinə uyğun olaraq verilənlərin yaddaşda saxlanılmasının və onlara müraciətin səmərəli strukturunu və metodlarını seçmək və reallaşdırmaqdan ibarətdir. Verilənlərin fiziki təşkili VB-nin istismar xarakteristikalarına təsir edən əsas amildir. Fiziki strukturlarda verilənlərin əsas vahidi saxlanılan yazıdır (fiziki yazı).

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin