Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5


Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri



Yüklə 0,74 Mb.
səhifə3/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   2   3   4   5   6   7   8   9   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

2. Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri


Sahə VB-nin strukturunun əsas elementidir. Onlar müəyyən xüsusiyyətlərə malikdirlər. Sahələrin xüsusiy­yətlərindən asılı olaraq verilənləri müxtəlif formada istifadə etmək olar. Məsələn, qiymət sahəsində olan verilənləri son nəticəni tapmaq məqsədilə cəmləmək olar.


Hər bir sahənin ən birinci cəhəti onun uzunluğudur. Sahənin uzunluğu simvollarla və ya işarələrlə verilir. Sahənin uzunluğu məlum olarsa, onda neçə simvolun yerləşdiyini müəyyən etmək mümkündür.
Sahənin unikal xüsusiyyəti onun adıdır. Verilənlər bazası iki eyniadlı sahəyə malik ola bilməz.
Verilənlər bazasında “verilənlərin tipləri” anlayışı proqramlaşdırma dillərində olan “verilənlərin tipləri” anlayışına uyğundur. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
VB-də verilənlərin aşağıdakı tiplərini göstərmək olar:

  • Mətn sahələr - mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var - onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.

  • Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlərin sayı da verilməlidir. Bu tip verilənlər üzərində hesab və məntiq əməllərinin yerinə yetirmək olur.

  • Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.

  • Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.

  • Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.

  • Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.

  • Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin