Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5


Verilənlər bazası sisteminin arxitekturası



Yüklə 0,74 Mb.
səhifə4/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   2   3   4   5   6   7   8   9   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

3. Verilənlər bazası sisteminin arxitekturası


İnformasiya sistemi kompüterdən, onun xarici yaddaşında saxlanılan verilənlər bazasından, verilənlər bazasının idarəetmə sistemindən (dil və proqram vasitələri) və sistemin administratorundan ibarət mürəkkəb “insan-maşın” kompleksidir. İnformasiya sisteminin əsasını verilənlər bazası təşkil etdiyindən, bəzən ona verilənlər bazası sistemi (VBS) də deyilir. Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün onlar 3 səviyyədə təsvir olunur: xarici (istifadəçi səviyyəsində), məntiqi (konseptual səviyyədə) və fiziki (yaddaş səviyyəsində). Hər səviyyəyə uyğun verilənlərin modeli yaradılır.


Xarici model (XM) istifadəçinin verilənləri necə görməsi deməkdir. Başqa sözlə, xarici model istifadəçinin (şəxsin və ya tətbiqi proqramların) VB-dən tələb etdiyi verilənlərin strukturunu və tərkibini əks etdirir. Xarici modelə başqa sözlə alt sxem də deyilir. İstifadəçilərin informasiya tələbləri müxtəlif olduğundan, alt sxemlərin sayı çox və strukturları müxtəlif ola bilər. Xarici model xüsusi dil vasitəsilə təsvir olunur və xüsusi halda o, məntiqi modelin təsvir dilinə uyğun ola bilər.
Məntiqi model (MM) verilənlərin mücərrəd təsvirini əks etdirir. Bu təsvirdə VB-yə daxil edilən bütün verilənlərin xarakteristikaları və onlar arasındakı əlaqələr əhatə edilir. Məntiqi model əsas sayılır və konkret verilənlər bazası üçün sinxronlaşdırıcı rol oynayır. Odur ki, ona başqa adla konseptual model (KM) deyilir. Məntiqi model konseptual sxem və ya sadəcə sxem vasitəsilə ifadə olunur. Verilənlər bazasının təşkili zamanı konseptual sxem xüsusi dil vasitəsilə təsvir olunur. İdeal halda məntiqi model verilənlərin bütün xarakteristkalarını və əlaqələrini əhatə etməlidir. Lakin real sistemdə bu tam mümkün olmur, sxemdə müəyyən məhdudiyyətlər olur və bu da özünü məntiqi modelin təsviri üçün istifadə olunan iyerarxik, şəbəkə və relyasiya sxemlərində göstərir. Yığcamlığı, əyaniliyi, zənginliyi və verilənlər üzərində lazımı əməliyyatların aparılmasının mümkünlüyü baxımından relyasiya sxemi daha geniş tətbiq tapmışdır və müasir sistemlərin böyük əksəriyyəti relyasiya modelinin əsasında yaradılır.
Fiziki model (FM) verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirir. Bu modeldə verilənlər bazasının daxili (maşın) sxemi təsvir edilir. Həmin sxemdə xarici yaddaşın xarakteristikaları, fiziki yazıların formatları, indekslər, kataloqlar və s. haqqında məlumat verilir. Verilənlər bazası xarici yaddaşda fiziki modelə uyğun saxlanılır.
Xarici, konseptual və fiziki modellər verilənlər bazasının idarəetmə sistemi vasitəsilə bir-biri ilə əlaqələndirilir (bir-birində əks olunur):

Bu əksolunmaların təsviri verilənlər bazasının administratoru (VBA) və ya VBİS tərəfindən aparılır. Beləliklə, informasiya sistemi 3 səviyyəli arxitektiura üzrə təşkil olunur. Şəkil-də VBS-in sadələşdirilmiş arxitekturası göstərilmişdir.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin