Verilənlər” ingiliscə data



Yüklə 23,11 Kb.
səhifə2/3
tarix08.05.2023
ölçüsü23,11 Kb.
#109276
1   2   3
sual 1,2

Alqoritmlər və verilənlərin strukturu – istənilən proqramın, proqram sistemlərinin və ya komplekslərinin zəruri komponentləridir. Belə proqram, proqram sistemləri və ya kompleksləri kimi adi sadə proqramlar, paylanmış sistemlər, mobil əlavələr, verilənlər bazaları, web-əlavələr və s. ola bilər. Buna görə verilənlərin strukturu və alqoritmlər nəzəriyyəsini, xüsusi halda, məntiqi və maşın səviyyələrində verilənlərin təsvir edilməsi metodlarını və, həmçinin, müxtəlif strukturlar üzərində mümkün əməliyyatların yerinə yetirilməsini bilmək avtomatlaşdırılmış idarəetmə sistemlərinin, proqramlaşdırma dillərinin kompilyatorlarının, əməliyyat sistemlərinin, həmçinin imitasiya modelləşdirməsi üçün proqram sistemlərinin, verilənlər bazalarını idarəetmə sistemlərinin, süni intellekt və s. kimi bölmələrin dərindən öyrənilməsi, aydınlaşdırılması və layihələndirilməsi üçün lazımdır. Bütün bunlar kompüter elmləri və proqram mühəndisliyi sahələrində sonrakı biliklər üçün əsas bünövrə kimi xidmət edir.
“Alqoritmlər” və “verilənlərin strukturu” kompüter elmlərinin əsas anlayışlarından biridir. İsveçrəli alim Niklaus Virt iddia edir kı, proqramçı üçün müvəffəqiyyətin klassik düsturu belədir:
Yaxşı proqram – ağıllı düşünülmüş alqoritmin və verilənlərin effektiv strukturlarının vəhdətindən ibarətdir”.
Əgər onun iddiasına əlavə etsək ki, proqramın yazılması və reallaşdırılması üçün alqoritmik dil də lazımdır, onda aşağıdakı düsturu almaq olar:
Proqram = Alqoritm + Verilənlərin strukturu + Alqoritmik dil.
Alqoritmlərin və verilənlərin strukturunun tədqiqi proqramlaşdırmanın əsaslarından, həmçinin mükəmməl texnologiyaların və mürəkkəb riyazi araşdırmaların zəngin sahələrindən biridir. Həm də bu, nəzəri hazırlıqlı mütəxəssislər üçün nə isə sadəcə bir əyləncə sahəsi deyil: yaxşı alqoritm və ya verilənlərin strukturu problemi bir neçə saniyə ərzində həll etməyə imkan verə bilər, onların yoxluğu isə həmin problemin həlli üçün illərlə vaxt tələb edə bilər.
Məsələnin həllinin mümkünlüyü tamamilə xüsusi alqoritmlərin mövcudluğundan və verilənlərin strukturundan asılıdır. Əgər Siz, Sizin üçün yeni olan proqramlaşdırma sahələrində proqramlar hazırlayırsınızsa, onda aydınlaşdırmalısınız, bu sahədə hansı hazır işlənmələr artıq mövcuddur, əks halda Siz kiminsə tərəfindən yaxşı yerinə yetirilmiş bir işi pis yerinə yetirmək üçün boş vaxt sərf edəcəksiniz. Hər proqram alqoritmlərdən və verilənlərin strukturundan asılıdır, amma nadir hallarda yeni alqoritmlər icad etmək lazım gəlir. Hətta mürəkkəb proqramlarda, məsələn, kompilyatorlarda və ya Web-brauzerlərdə verilənlərin strukturu, ümumiyyətlə, massiv, siyahı, ağac və xeş-cədvəllərdən ibarət olur. Proqrama daha təkmilləşmiş struktur lazım gəldikdə isə o, çox ehtimal ki, həmin bu sadə strukturlara əsaslanacaq. Müvafiq olaraq, proqramçının işi, hansı alqoritmlərin və strukturların əlçatan olduğunu bilmək, həmçinin, onların arasında ən səmərəlisini necə seçməyi anlamaqdır.
Əgər insan özü üçün proqramçı və ya veb-istehsalçı yolunu seçməyə qərar vermişdirsə, onda o bir və ya bir neçə proqramlaşdırma dili ilə rastlaşmalı olacaq. Yaxşı ilkin kod yazmaq üçün alqoritmləri və verilənlərin strukturlarını mütləq öyrənmək lazımdır. Hazırda ən məşhur proqramlaşdırma dilləri bunlardır:

  • PHP;

  • C#;

  • JavaScript;

  • Python;

  • Java;

  • C++.

Dillərdən hər biri sintaksis adlanan əmrlər (operatorlar) və qaydalar yığımına malikdir. Bu sintaksisdə iki əhəmiyyətli komponentə fikir yönəltmək lazımdır: kodda bu və ya digər operatorların düzgün istifadə edilməsi və verilənlərin təsvir edilməsini düzgün seçmək.
Verilənlərin strukturunun seçilməsi proqramların hazırlanmasının əhəmiyyətli mərhələlərindən biridir və proqramın effektivliyi, onun yazılmasına tələb olunan zəhmət və proqram tərəfindən həll edilən məsələlərin yerinə yetirilmə vaxtı bu seçimin düzgünlüyündən asılıdır. Bu həm də verilənləri emal edən alqoritmlər və onların strukturları üçün doğrudur. Müasir proqramlaşdırma dillərinin tərkibində mövcud olan kitabxanaların və verilənlərin strukturları siniflərinin, məsələn, müxtəlif növ siyahıların, müxtəlif növ ağacların, steklərin, deleqatların və s. meydana çıxması yüksək ixtisaslı mütəxəssislər tərəfindən verilənlərin bu strukturlarından istifadənin incəliklərini və onların emalı alqoritmlərini bilmək zərurətini aradan qaldırmır.
İstənilən proqram konkret qiymətlərlə və ya verilənlərlə işləyir. Onların üzərində müxtəlif hesablama əməliyyatları aparmaq olar, onları dəyişdirmək və ya silmək olar. Bir proqram çərçivəsində onlar iki cür təsvir oluna bilər: dəyişənlər və sabitlər.
Dəyişənlər - proqram kodunun icrası prosesində aldıqları qiymətlərini dəyişən kəmiyyətlərdir və onlar müxtəlif proqramlaşdırma dillərində müxtəlif qaydalarda elan edilir. Məsələn, Pascal, C++ və C# dillərində qabaqcadan dəyişənləri elan etmək lazım gəldiyi halda, Python dili onlarla yerində işləməyə imkan verir. Hər dilin verilənlərinin öz strukturları mövcuddur. Dəyişənlərin, demək olar ki, bütün dillərdə mövcud olan bir neçə baza tipləri var: tam ədəd, həqiqi (qeyd olunmuş və sürüşkən nöqtəli), sətir, simvol, məntiqi və sair.

Yüklə 23,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin