Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə30/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   26   27   28   29   30   31   32   33   ...   46
HADİSƏDƏN 1 GÜN ƏVVƏL

Karabük. Türkiyə

Pedro artıq 2 saat idi ki kolun dalında gizlənib yuvada gizlənən dovşanın çölə çıxmasını gözləyirdi. Nəhayət dovşan başını yuvadan çıxararaq qulaqlarını şəkliyib ətrafı yoxlamağa başladı. Deyəsən onu gözləyən təhlükəni hiss etmişdi deyə yuvadan çıxmağa cəsarət eləmirdi. Başını bir neçə dəfə yuvadan çıxarıb - içəri saldıqdan sonra cəsarətlənib yuvadan çıxıb Pedronun yuvanın kənarına qoyduğu yerkökünü yeməyə başladı və bu vaxt Pedronun açtığı atəşdən sonra kənara sıçrayaraq düşdüyü yerdə qaldı. Pedro yaxınlaşıb dovşanı götürərək maşına doğru apardı. Artıq neçə gün idi ki ərzağı qurtardığından qarnını dovşn və quş ovlamaqla doydururdu. Dovşanın dərisini soya-soya “ artıq bəsdir ” deyə düşündü “ əgər məni tutmaq istəsəydilər indiyə qədər mütləq tutardılar. Yəqin ki uşaqlar məni satmıyıblar. Burda nə vaxta kimi qalacam. Yəqin indi evdəkilər əməlli-başlı narahat olublar. Bir də ki lap həps etsinlər, gördüyümüz işin nə cəzası olacaq ki ? “ dünən furqonda patron götürmək üçün paltarları bir kənara yığanda hansınınsa cibindən pulqabı düşmüşdü. Pedro ilk əvvəl pulqabının ağzını açmaq istəməsədə sonradan “ onsuzda burda heç kimə lazım deyil. Heç sahibi də bilinmir ” deyə fikirləşərək içinə baxmışdı. Pulqabının içindən çıxan pul böyük məbləğdə olmasa da 125 dollar paytaxta getmək üçün bəs eliyirdi. dovşanın dərisini bir kənara tullayaraq içalatını təmmizləməyə başlayan Pedro bu barədə düşünürdü “ paytaxta çatan kimi səfirliyə gedib deyərəm ki pullarımla sənədlərimi oğruyublar. Yox belə desəm mənə kömək etmələri üçün polisə müraciət eliyəcəklər. ən yaxşısı deyərəm itirmişəm. ” dovşanın içalatını təmmizləyib qurtardıqdan sonra tonqal qalamaq üçün odun yığmağa başladı.

Toledo. İspaniya



Samir qapının səsinə yuxudan ayılaraq gözlərini ovuşdurub gələnin kimliyini bilmək üçün qapıya baxdı. Içəri girənin Con olduğunu görüb qalxıb oturaraq soruşdu

  • gecə vaxtı nə olub ? yuxuda görmüsən məni ?

Con gəlib onun yanında otururaraq əlindəki qazeti Samirə uzadıb dedi

  • al oxu. Məncə bu səni maraqlandırmalıdır. ( bir neçə saniyə pauza verərək əlavə etdi ) dördüncü səhifədə

Samir Conun dediyi səhifəni açıb gözdən keçirməyə başladı. Şəhərdəki binalardan birində qaz sızması nəticəsində baş verən partlayış haqda və yumurtadan çıxan 3 ayaqalı toyuq cücəsi haqda olan məqalələri oxuyaraq heç nə anlamasa da maşın qəzası nəticəsində həlak olan türkiyə vətəndaşı haqda xəbəri oxuduqdan sonra hər şeyi başa düşdü və ucadan oxumağa başladı

  • aftomobil qəzası nəticəsində həlak olan türkiyə vətəndaşı Taruk Yılmazın cənazəsi sabah təyyarəylə vətəninə aparılacaq. Afərin. Pis fikirləşməmisən. Amma bir şeyi yaddan çıxartmısan

  • bilmək olar o nədi ?

  • mənim bacarığımımı düzgün qiymətləndirməmisən

  • ( gülümsünərək ) sən özündən çox razısan Samir. Muradın yaratdığı xüsusi həkim heyyəti türkiyədə səni gözdüyür. Onlar müxtəlif dərmanlarla və aparatlarla sənin bütün bildiklərini beynindən çıxardıb Murada verəcəklər. Sən isə onlara heç bir müqavimət göstərmədən sakitcə onlar deyəni eləyəcəksən. Murad isə sənin fikirlərindən, düşüncələrindən və mərkəz haqda olan planlarından istifadə edərək “ samir ” mərkəzinə rəhbərlik edəcək. Budur sənin bacarığın ? necə öləcəyini bilmək istəyirsən ?

  • Bunu ALLAHdan başqa heç kəs bilə bilməz

  • Bəlkə də belədi. Ancaq fikirləşirəm ki Muradın sənə necə ölüm hazırladığını bilməyə haqqın var. O səni öldürməyəcək. içi yırtıcı heyvanlarla bol olan meşəyə ataraq şərait yaradacaq özün öləsən. Bəli məhs özün. Yavaş-yavaş, əzabla, qorxu içində, vəziyyətin hər gün bir az daha da pisləşəcək. Acından öləcəksən, acından ölməsən aldığın yaralardan, itirdiyin qandan öləcəksən, onnan da ölməsən vəhşi heyvanlara yem olacaqsan, o da olmasa başqa şeydən öləcəksən, amma mütləq öləcəksən. Kim olduğuvu bilmədən, nə baş verdiyini anlamadan. Murad bütün düşmənlərini bu üsulla öldürür. Deyir kimisə öldürmək və öldürtmək günahdır. Güya ki onları öz taleylərinin ixtiyarına buraxır. Hələ heç kim bu tələdən sağ çıxmıyıb. Bir də ki bilmək olmaz, bəlkə də səni yuxudan ayıltmadan öldürtdü.

  • Niyə bunları mənə deyirsən ?

  • Bunları bütün qurbanlara deyirəm. Ölümün bir addımlığında çarəsiz vəziyyətə düşəcəklərini bilən adamların üzlərinə baxmaq xoşuma gəlir. Nə qədər gizlətməyə çalışsalarda daxildəki narahatlıqları qorxu dolu gözlərindən və titrəyən əllərindən hiss olunur. ( gülümsünərək ) bu da mənim hobbimdi.

  • Bəs mənim Murad üçün nə hazırladığımı bilirsən ?

  • Yenə lovğalandın ? Muradın qüdrətindən xəbərin yoxdur ona görə belə danışırsan. Murad səninçün 2 dənə sürpriz hazırlayıb. O sürprizləri görəndən sonra onun kim olduğunu başa düşəcəksən

  • O nə sürprizlərdi elə ?

  • Desəm sürpriz olmayacaq. Tək onu deyə bilərəm ki şəxsən mən heç vaxt belə sürprizlərlə qarşılaşmaq istəməzdim ( cibindən içinə dərman doldurulmuş şprisi çıxardıb dedi ) indi isə bacarıqlı oğlan, sakit dayan bu iynəni qoluna vurum

  • O nə iynədir ki belə ?

  • Yuxu dərmanıdır. Çox güclü təsiri var, ən az 20-24 saat şirin-şirin yatassan

  • Mən bacarığımdan danışanda bilirsən nəyi nəzərdə tuturdum ?

  • Nəyi ?

Samir - bax bunu - deyərək Conun sifətinə bir yumruq vurdu. Zərbə nəticəsində Conun burnundan qan açıldı, əlindəki şpris isə yerə düşdü. Con bunun cavabında Samiri vurmaq istəyəndə Samir qolunu onun zərbəsinin qarşısına verdi. Samirin qolu Conun dirsəyinin iç tərəfinə dəydiyindən Con ağrıdan qışqırdı. Con onun səsinə içəri girən 2 nəfərə - bunu əzişdirin, amma öldürməyin - deyə əmr etdi. adamlar əllərindəki silahı dəhlizə ataraq Samirin üstünə cumdular. Samir bir neçə zərbədən yayınıb adamlardan birinin dıxanyasına zərbə vura bilsə də Conun atdığı bıçağın qoluna batmasından sonra ağrı hiss edib dayandı. Qoluna batmış bıçağı çıxardıb silah kimi istifadə etmək istəyəndə onun başının qarışdığını görən adamlardan biri Samirin sifətinə güclü bir yumruq vurdu. Zərbənin təsirindən özünü itirən Samir oturduğu çarpayıdan yerə yıxıldı. Samirin yerə yıxıldığını görən 2 nəfər onu təpikləmək üçün irəli şığıdılar. Hər tərəfdən bədəninə çoxsaylı zərbələr dəyməyə başladı. Zərbələrdən biri qabırğasını qırdı, digəri isə əlini zədələdi. Başını əlləri ilə qorumağa çalışsa da artıq taqətdən düşmüşdü. Ağrıdan və vurulan zərbələrdən artıq huşunu itirirdi və son gördüyü şey qarşıdan sürətlə üzünə tərəf gələn təpik zərbəsiydi. Zərbədən yayınmaq üçün başını kənara çəkmək istəsədə alınmadı və zərbənin təsirindən huşunu itirərək yerdə hərəkətsiz qaldı. Onun hərəkətsiz qaldığını görən Con burnunun qanını silə-silə əsəbi halda adamlarına Samiri yerdən qaldıraraq çarpayıda uzatmalarını əmr etdi. Özü isə əyilərək çarpayının altına düşmüş iynəni götürərək Samirin qoluna vurdu. Sonra Danieli çağıraraq dedi

  • bıçağı çıxardaraq yaranı sarıyarsan. Yolumuz uzundu, gərək tezliknən yola düşək.

  • yaxşı. Indi onu da hazırlayaram, özüm də hazırlaşaram

  • sən burda qalacaqsan. Mənə burda lazımsan

  • baş üstə

Con gedəndən sonra Daniel tibb çantasını gətirib ehtiyatla bıçağı Samirin qolundan çıxartmağa başladı.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin