HƏMİN GÜN
Marid. İspaniya
Silva işlədiyi idarədən çıxıb evə gedərkən yolda tıxac olduğundan dayanmağa məcbur oldu. Başını pəncərədən çıxardıb yaxınlıqdakı polisdən qabaqda nə baş verdiyini soruşdu
-
burda nə baş verib ?
-
yol qəzası olub cənab. Qəza nəticəsində maşın aşaraq yolun ortasına düşüb. Onu yolan götürməyə çalışırıq
-
uzun çəkər ?
-
xeyr cənab. Artıq evakuator burdadır. Bir-iki dəqiqəyə yolu açacayıq
Silva əyilərək maqnitafonu işə salıb başına qaldıranda bir nəfərin onun maşınının yanında dayanaraq əlindəki səsboğucusu olan silahı onu tuşladığını gördü. - sizə nə lazımdı ? - deyə soruşduqda həmin adam heç nə demədən Silvanın sinəsinə 2 güllə vurub cəld ordan uzaqlaşdı. Silva özünə gələndə səkinin kənarında xərəkdə uzandığını gördü və ətrafında polislərlə ambulans işçiləri dayanmışdı. Sinəsində bərk ağrı var idi və güclə nəfəs alırdı. Onu müayinə edən həkimlərdən biri Silvanın ayılaraq durmaq istədiyini görüb dedi
-
sakit olun. Hələlik sizə tərpənmək olmaz
polislərdən biri onun ayıldığını görüb dedi
-
bəxtin gətirib dost. əgər ehtiyatlı tərpənib qoruuyucu jilet geyinməsəydin indi anan parçalanmış ürəyi və dağılmış ciyəri olan oğlunun meyidinin kənarında oturub özüyçün ağlıyırdı
-
( Silva polisin sözlərinə gülümsünərək həkimdən soruşdu ) ciddi bir zədə yoxdur ki ?
-
Xeyr yoxdur. Lakin atəş yaxın məsafədən açıldığından bir müddət sinəndə ağrı olacaq, nəfəsalma isə çətinləşəcək. Biz sizi xəstəxanaya aparacayıq. Səhərə qədər yatıb dincəlsəniz tam sağalaraq ayağa dura biləcəksiniz
Silva ambulansda hadisə yerindən uzaqlaşanda polislərdən biri Silvanın xaişiylə onun maşınını yaxınlıqdakı avtodayanacağa apardı.
7-8 nəfər üzü maskalı və əli silahlı adam abalos küçəsindəki 111-ci evin qarşısında dayanan maşından düşən kimi Lusianı öldürmək üçün iri addımlarla evə tərəf getdilər. Qapıya çatan kimi öndə gedən və gözündə eynək olan adam təpiklə qapını açdı və silahlılar Lusiyanın gizləndiyi evə girdilər. Otağa girən kimi ətrafa dağılışıb Lusianı axtarmağa başladılar. Kimi mətbəxə baxdı, kimi hamam-tualetə, kimi də şkafa. Nəhayət hər tərəfi axtardıqdan sonra dəstə rəhbəri Lusianın burda olmaığını görüb Cona zəng vurdu
- qız burda yoxdu boss. əşyalarınıda götürüb qaçıb
- hər ehtimala qarşı orda gözətçi qoy, bəlkə qayıtdı. Özünüz isə türkiyəyə gəlin. Burda mənə lazımsınız
Başçı - oldu deyib 2 nəfərə bir az aralıda tikilmiş hündür binanın damına çıxıb bura nəzarət eləmələrini tapşırdı, qalanlarıyla birgə isə maşına minib ordan uzaqlaşdı.
Azərbaycan
Gecənin qaranlığında 3 otaqlı həyət evinə bayırdan benzin çiləyən 4 nəfərin tək bir məqsədi vardı “ Samirə göz dağı vermək üçün Əlini öldürmək ” içəri girməyə cəhd eləsələr də pəncərəlrin qalın reşotkalarla örtülü olması və qapının möhkəmliyi onlara mane olmuşdu. Ona görə də əllərin reşotkadan içəri salaraq almazla pəncərənin şüşəsini kəsib içəri benzin tökürdülər. Pəncərəsi ola bütün otaqlara benzin tökdükən sonra qapıdan çıxmasınlar qapını arxadan qıfılla bağladılar və kömək çağrılmaması üçün telefon xəttini kəsdilər. Işlərini qurtardıqdan sonra benzin tokdükləri yerlərə od vurub cəld ordan uzaqlaşdılar.
Rəna sevimli teleserialından ayrılmaq istəməsə də aramsız gələn telefon zəngi onu ayağa qalxmağa məcbur elədi. Dəstyi götürüb acıqlı-acıqlı - alo - dedikdə dəstəkdə rəfiqəsinin təlaşlı səsini eşitdi
-
bu vaxta qədər hardasan ay qız ? mobil terlefonu da söndürmüsən. Az qalmışdım taksiyə minib gəlim sizə. Bir hadisə olmuyub ki ?
-
yox ay qız, nə olasıdı ki ? sadəcə serialdan ayrıla bilmidim
-
məndə dedim görəsən noolub. Bəs telefonu niyə söndürmüsən ?
-
mən söndürməmişəm. Yəqin zaryadka qurtarıb
-
yaxşı get serialıva bax, sonra zəng vuraram
-
narahat olma reklam fasiləsidir. Rahatca sözüvü deyə bilərsən.
-
Sabah tezdən həkimə getməliyəm, mənimlə gedərsən ?
-
Bağışla, gələ bilməyəcəm. Bu gün Əlinin nənəsi yıxılaraq ayağını zədələyib. Ona görə də bir neçə gün Əliyə mən baxmalı olacam
-
Əli sizdədi ? sabah həkimdən çıxan kimi gələcəm sizə, Əlini görməyə. Çox şirin uşaqdı
-
Bayaqan bəri məni o qədər güldürüb ki. Çox şən uşaqdı. Onun oyanma qorxusu olmasaydı heç telefona cavab verməyəcəydim
-
Nə əcəb belə tez yatıb ?
-
Bu gün lunaparka aparmışdım. O qədər oynadı ki yorğunluqdan yolda əsniyirdi
-
Day bağışla da, səni serialdan ayırdım
-
Innən beləsinə baxmağa imkan versən bağışlayaram
-
Hələlik. Sabah görüşərik
Rəna dəstəyi yerinə qoyan kimi cəld qaçaraq divanda oturub gözlərini telvizora zillədi.
Karabük. Türkiyə
Üzünə dəyən yağış damcilarından özünə gələndə bədəninin ağrısını hiss edib sevindi -yaşıyıram - bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli günlərinin dərdini çəkmək üçün bir vasitə idisə indi tamam başqa cür idi. Ona görə də başına gələn bu qədər əzab-əziyyətə və qarşıda onu gözləyən bəlalara baxmayaraq sağ qaldığı üçün Allaha şükr etdi. Hər yeri ağrıyırdı. əlini ehmalca sifətinə toxundurdu, burnu qırılmasada üzü qan içindəydi və alnı şişmişdi. Ona dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı, son yadında qalan başına dəyən zərbəydi. Başını çevirib qoluna baxdı. Yarası sarınsada ağrıyırdı. Qalxıb oturmaq istəsə də bacarmadı, zədələnən qabırğasından qopan dəhşətli agrının təsirindən ufuldayaraq əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı yerdən ətrafa göz gəzdirməyə başladı. qaranlıqda yaxşı görə bilməsə də dəhşətli bir yerdə olduğunu anladı. Hər tərəfi ağaclarla həhatəli bir yerdəydi, ətrafda tək-tük kəsilmiş ağac gözə dəyirdi. - aydındır - öz-özünə düşündü sağ qalmaq üçün təbiətlə mübarizə aparmalıydı. Bunun nə qədər davam edəcəyini, başına nələrin gələcəyini bilməsədə mübarizə aparmalıydı. Çünki buna məcburuydu, verdiyi sözü yerinə yetirmək üçün yarımçıq qalan işini tamamlamalıydı. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və taqətsiz olmasına baxmayaraq sol böyrü tərəfdən çevrilib üzü üstə uzanaraq yağışdan daldalanmaq üçün bir yer tapmaq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə başladı. sürünməyə başladı. bir az getdikdən sonra taqətdən düşüb dayanaraq başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Artıq qabırğasının ağrısı dözülməz olmuşdu. Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı və qarşısında qaranlıqda işıldayan gözləri görəndə canından üşütmə keçdi. Soyuq külək və yağışın təsirindən onsuzda sümüklərinə qədər üşüyürdü və indi belə üşüyə-üşüyə bu üşütməni necə hiss etdiyinə özü də təəcübləndi və parıldayan işıqları saymağa başladı. 6 dənəydi deməli 3 canavarla qarşı-qarşıyaydı. - bu da axırı - deyə pıçıldadığı vaxt canavarlar onu parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get-gedə qısalırdı, 5 metr, 4 metr, 3 metr, 2 metr, 1 metr, və yaxından açılan atəşdən bir neçə saniyə sonra onun yanında yalnız bir canavar qalmışdı. Başını qaldırıb xilaskarına baxmaq istəsədə bacarmadı, huşunu itirib başını nəm torpağın üstünə qoydu
Dostları ilə paylaş: |