Vii L e m I l L


§3. ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   25   26   27   28   29   30   31   32   ...   40
§3. ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT 

 

Azərbaycan  Respublikası  müstəqilliyinin  təşəkkülündə  ədəbiyyat  və 

incəsənət  önəmli  rol  oynadı.  Azərbaycan  ədəbiyyatı  xəzinəsi  yeni  əsərlərlə 

zənginləşdi. Müstəqillik uğrunda mübarizə və sonrakı illərdə ədəbiyyatda Bəxtiyar 



352 

 

Vahabzadə, Xəlil Rza (Ulutürk) və Məmməd Araz zirvələri daha aydın görünürdü. 



Xəlil  Rzanın  "Davam  edir  37"  şeirlər  toplusu,  Bəxtiyar  Vahabzadənin  "Şəhidlər" 

poeması, "Göytürklər" pyesi böyük poetik və tərbiyəvi təsir gücünə malik idi. 

Qabil,  Nəbi  Xəzri,  Fikrət  Qoca,  İsa  İsmayılzadə,  Söhrab  Tahir,  Cabir 

Novruz,  Nəriman  Həsənzadə,  Vaqif  Səmədoğlu,  Ramiz  Rövşən,  Fikrət  Sadığın 

şeirləri dərin məzmunu və lirizmi ilə fərqlənirdi. 

Gənc  poeziya  axtarış  yollarında  idi.  Onun  nümayəndələri  "realist-

publisistik",  "mediativ",  sufiliyə,  dərvişliyə  meyil  edən  "romantik",  "urbanist", 

habelə "avanqardçı" poeziya nümunələri yaradırdılar. 

Ədəbiyyata müharibə, yeni iqtisadi münasibətlərə keçid, 90-cı illərin birinci 

yarısındakı  siyasi  qeyri-sabitlik,  hakimiyyət  uğrunda  mübarizə  şəraitində 

cəmiyyətdə,  insanların  mənəviyyatında  baş  verən  dəyişiklikləri  əks  etdirən  yeni 

mövzularda  kitablar  çıxmışdı.  İsmayıl  Şıxlının  "Ölən  dünyam",  "Sapı 

özümüzdəndir",  Anarın  "Otel  otağı",  İlyas  Əfəndiyevin  "Hökmdar  və  qızı", 

Bəxtiyar  Vahabzadənin  "Hara  gedir  bu  dünya",  Elçinin  "Ah,  Paris,  Paris!",  İsa 

Hüseynovun  "Cəhənnəm",  Sabir  Rüstəmxanlının  "Ömür  kitabı",  Nəriman 

Həsənzadənin  "Pompeyin  Qafqaza  hücumu",  Vidadi  Babanlının  "Ana  intiqamı", 

Afaq  Məsudun,  Vaqif  Nəsibin  və  başqalarının  əsərləri  bu  dövrün  ədəbi  hadisələri 

idi. 


Detektiv  roman  ustası  Çingiz  Abdullayevin  əsərləri  bütün  dünyada  böyük 

maraqla qarşılanmışdı. 

Ənvər  Məmmədxanlının,  Əzizə  Cəfərzadənin,  Aqil  Abbasın  tarixi 

romanları  xalqın  qəhrəman,  ibrətamiz  keçmişini  işıqlandırır,  böyük  tərbiyəvi 

əhəmiyyət  kəsb  edirdi.  İsi  Məlikzadənin  "Qırmızı  şeytan",  Aqşin  Babayevin 

"Dünyanın  axırı",  Arif  Abdullazadənin  "Qanlı  yaddaş",  Əli  Əmirlinin  "Meydan", 

Məmməd Orucun "Köçürmə" əsərləri xalqın yaxın tarixinin realist səhnələrini əks 

etdirirdi. 

Ədəbiyyatın,  filologiyanın  inkişafına  diqqəti  artırmaq  üçün  Prezident 

Heydər Əliyev 1996-cı ildə Füzuli adına Beynəlxalq mükafat təsis etdi. 1997-ci ilin 

noyabr  ayında  "Azərbaycan  yazıçılarına  dövlət  qayğısını  artırmaq  haqqında" 

Fərman  verdi.  "Azərbaycan",  "Qobustan",  "Ulduz",  "Literaturnı  Azerbaydjan" 

jurnallarının,  "Ədəbiyyat"  qəzetinin  nəşri  dövlət  hesabına  həyata  keçirilməyə 

başlandı. 

1997-ci  ilin  noyabr  ayında  Azərbaycan  yazıçılarının  X  qurultayı  keçirildi. 

Qurultay ərəfəsində Prezident Heydər Əliyev qocaman və gənc yazıçılarla görüşlər 

keçirdi.  Bu  görüşlərdə  ədəbiyyat  qarşısında  duran  vəzifələr  ətraflı  müzakirə 

edildi.


109

 

1997-ci  il  noyabrın  10-da  Prezident  "Azərbaycan  Respublikasında 



ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" Fərman 

353 

 

imzaladı.  Qocaman  ədəbiyyat  və  incəsənət  xadimləri,  gənc  istedadlı  yazıçı  və 



şairlər  üçün  fərdi  təqaüdlər  təyin  edildi.  1998-ci  il  mayın  22-də  "Azərbaycan 

Respublikasında  fəxri  adlar  haqqında",

110

  2002-ci  il  iyunun  11-də  "Azərbaycan 



Respublikası  Prezidentinin  fərdi  təqaüdlərinin  təsis  edilməsi  haqqında"  fərmanlar 

verildi.  2002-ci  ilin  iyun  ayında  Prezident  elm,  mədəniyyət  incəsənət,  maarif  və 

digər sahələrdə xidməti olmuş 150 nəfərə Prezident təqaüdü təyin etdi.

111


 

Respublikada  "Bakı  Bələdiyyə  Teatrı",  "Tənqid-Təbliğ  Teatrı",  "Milli 

Dastan  Teatrı",  "Dövlət  Gənclər  Teatrı",  "Yuğ"  teatrı,  "Bakı  Kamera  Teatrı", 

"Pantomim Teatrı" kimi yeni teatrlar təşkil olunmuşdu. 2000-ci ildə 26 dövlət teatrı 

fəaliyyət  göstərirdi.  Təmir  edildikdən  sonra,  1996-cı  ildə  Azərbaycan  Milli  Dram 

Teatrı  qapılarını  yenidən  tamaşaçıların  üzünə  açmışdı.

112

  1995-2000-ci  illərdə 



Azərbaycan Dövlət Filarmoniyasının binasında əsaslı təmir işləri aparıldı. 2002-ci 

il  noyabrın  29-da  Azərbaycan  Prezidenti  bu  binanı  müasir  konsert  müəssisəsi 

tələblərinə uyğunlaşdırmaq məqsədilə əlavə tikinti işləri aparılması və onun lazımi 

avadanlıqlarla təmin edilməsi üçün xüsusi sərəncam verdi.

113

 

Fərahim  Fərzəlibəyov,  Azərpaşa  Nemətov,  Hüseynağa  Atakişiyev  kimi 



istedadlı rejissorlar Azərbaycan rejissorluq məktəbinin ən yaxşı ənənələrini davam 

və inkişaf etdirirdilər. 

Azərbaycan teatrları xalqın qəhrəmanlıq tarixindən, müasir həyatından bəhs 

edən  onlarla  əsərə  səhnə  həyatı  verdilər.  Opera  və  Balet  Teatrında  1997-ci  ildə 

Üzeyir  Hacıbəyovun  "Koroğlu"  operası,  "Arşın  mal  alan"  operettası,  Milli  Dram 

Teatrında  Səməd  Vurğunun  "Fərhad  və  Şirin"  pyesi,  1998-ci  ildə  Musiqili 

Komediya Teatrında Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası, habelə 

onlarla  başqa  klassik  əsər  yenidən  səhnə  həyatı  yaşamağa  başladı.  2002-ci  ildə 

Azərbaycan  Milli  Dram  Teatrı  V.Şekspirin  "Hamlet"  faciəsini  yeni  quruluşda 

tamaşaya qoydu. 

Azərbaycanın "Bakılı oğlanlar" klubu 2000-ci ilin noyabr ayında Moskvada 

"Şən  və  Hazırcavablar"  klublarının  beynəlxalq  yarışında  XX  əsrin  ən  yaxşı 

komandası adına və "XX əsr Çempionları Kuboku"na layiq görülmüşdü.

114


 

Azərbaycanın  musiqi  sənəti  yeni  əsərlərlə  zənginləşirdi.  1991-ci  ildə 

görkəmli  bəstəkar  Fikrət  Əmirovun  "Nizami"  baletinin  tamaşaya  qoyulması 

respublikanın  mədəni  həyatında  əlamətdar  hadisə  idi.  1996-cı  ildə  Süleyman 

Ələsgərovun "Solğun çiçəklər" operası tamaşaya qoyuldu. Dünya şöhrətli bəstəkar 

Arif Məlikov VII simfoniyasını yazdı. Bu simfoniyanın səslənməsi üçün Türkiyədə 

İhsan  Doğramacı  tərəfindən  xüsusi  konsert  salonu  inşa  olunmuşdu.  Bəstəkar 

Cövdət Hacıyevin dövrün dramatizmini, xalqın ümid və inamını musiqi dili ilə əks 

etdirən  "Onu  zaman  seçib"  adlı  VIII  simfoniyası,  bəstəkar  Sərdar  Cəfərovun 

"Böyük  vətəndaş  haqqında"  odası  xalqının  səadəti,  müstəqilliyin  əbədi  olması 

uğrunda  mübarizədə  yorulmaz  və  dönməz  şəxsiyyətə  -  Prezident  Heydər Əliyevə 


354 

 

həsr  olunmuşdu.  1997-ci  ildə  bəstəkar  Vasif  Adıgözəlov  "Qarabağ"  oratoriyası 



əsərini  yazmışdı.  Onun  "Çanaqqala"  oratoriyası  respublikanın  musiqi  həyatında 

əlamətdar hadisə idi.

115

 

Azərbaycan  musiqisində  hərbi  mövzu  xeyli  inkişaf  etmişdi.  Süleyman 



Ələsgərovun "Əsgər marşı", Ş.Musaoğlunun əsgər mahnıları xalqda qələbəyə inam 

hissi oyadırdı. Cavanşir Quliyevin "Əsgər marşı" dillər əzbəri olmuşdu.

116

 

Azərbaycan  musiqi  ifaçılığı  sənəti  də  inkişaf  etməkdə  və  geniş  təbliğ 



olunmaqda idi. Muğam, xalq  mahnıları və təsnif ifaçılarının ənənəvi müsabiqələri 

keçirilirdi.  1997-ci  ilin  noyabr  ayında  Bakıda  vokalçıların  Bülbül  adına  Birinci 

Beynəlxalq  Müsabiqəsi  keçirildi.  Münsiflər  heyətinə  dünyanın  adlı-sanlı  musiqi 

xadimləri daxil olan bu nüfuzlu müsabiqədə Azərbaycanın və xarici ölkələrin gənc 

ifaçıları iştirak edirdilər.

117


 

İstedadlı  gənc  ifaçıların  təqdim  konsertləri  təşkil  olunurdu.  1992-ci  ildə 

Azərbaycan  Dövlət  Uşaq  Filarmoniyası  yaradılmışdı.

118


  Prezident  Heydər  Əliyev 

1996-cı il iyunun 22-də "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında", 

1997-ci  il  sentyabrın  13-də  "Gənc  istedadlar  üçün  xüsusi  təqaüdlər  təsis  edilməsi 

haqqında" fərmanlar verdi.

119

 

Fidan  və  Xuraman  Qasımova  bacılarının  bənzərsiz  ifaçılıq  sənəti  yeni 



zirvələr fəth etmişdi. 

Respublikanın  musiqi  kollektivləri,  ayrı-ayrı  ifaçılar  tez-tez  xarici  ölkələrə 

qastrola dəvət olunur, Azərbaycan musiqisini dünyada təbliğ edirdilər. Müğənnilər 

Zeynəb Xanlarovanın, Alim Qasımovun, Səkinə İsmayılovanın, caz vokal ustası və 

pianoçu Əzizə Mustafazadənin və onlarla başqa sənətçinin ABŞ, Kanada, Fransa, 

İngiltərə,  Almaniya,  İsveç,  İtaliya,  Rusiya,  Türkiyə,  İraq,  İsrail,  Çin  və  başqa 

ölkələrdə  çıxışları  böyük  maraqla  qarşılanırdı.  2000-ci  ildə  Alim  Qasımov 

Avropada  diskləri ən çox satılan 5 ifaçıdan biri idi.

120 

Lütfiyar  İmanov,  Xuraman 



Qasımova  kimi  görkəmli  vokal  ustaları,  onlarla  başqa  musiqiçi  Türkiyə  musiqi 

təhsili müəssisələrində dərs deməyə dəvət olunurdular.

 

Dövlət, maddi imkanları hələ məhdud olsa da, teatr, musiqi kollektivlərinin 



yaşamasına, inkişaf etməsinə qayğı göstərirdi. Prezident Heydər Əliyev 1997-ci il 

dekabrın 2-də "Üzeyir Hacıbəyov adına  Azərbaycan Dövlət Simfonik Orkestrinin 

fəaliyyətini  yaxşılaşdırmaq  tədbirləri  haqqında",  1999-cu  il  dekabrın  6-da 

"Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası işçilərinin 

sosial təminatının yaxşılaşdırılması haqqında", 2000-ci il iyunun 2-də "Azərbaycan 

Dövlət  Xor  Kapellasının  sosial  təminatını  yaxşılaşdırmaq  haqqında",  2001-ci  il 

oktyabrın  15-də  "Azərbaycan  Dövlət  Rəqs  Ansamblı  işçilərinin  sosial  təminatını 

yaxşılaşdırmaq haqqında" fərmanlar verdi.

121

 


355 

 

2002-ci ilin yayında YUNESKO katibliyinin qeyri-maddi irsin öyrənilməsi 



şöbəsinin  himayəsi  ilə  Alim  Qasımov  "Alim"  Ümumdünya  Muğam  Mərkəzi 

yaratmağa başlamışdı.

122

 

Azərbaycan  kinosu,  bütün  maddi  çətinliklərə  baxmayaraq,  inkişaf  etməkdə 



idi.  Müstəqil  kinostudiyalar  təşkil  olunmuşdu.  "Azərbaycanfilm"  kinostudiyası 

1994-cü  ildən  yenidən  dövlət  büdcəsindən  maliyyələşdirilməyə  başlanmış, 

Azərbaycanda  istehsal  olunmuş  filmlərin  toplanması,  bərpası  və  səmərəli  istifadə 

olunması üçün Dövlət Kino Fondu təşkil edilmişdi.

123

 

Azərbaycan  kinosunun  görkəmli  rejissorları  sırasına  Vaqif  Mustafayev, 



Ayaz Salayev, Hüseyn Mehdiyev  kimi istedadlı sənətkarlar daxil olmuşdu. Vaqif 

Mustafayev Avropa Televiziya və Kino Akademiyasının üzvü seçilmişdi. 

Azərbaycan  kinematoqrafçıları  "Əhli-kef",  "Fransız",  "Hər  şey  yaxşı 

olacaq"  (rejissor  V.Mustafayev),  "Yarasa"  (rejissor  Ayaz  Salayev),  "Həm  ziyarət, 

həm  ticarət", "Yerlə  göy  arasında"  (rejissor  Rasim  Ocaqov), "Uçurulmuş  körpü", 

"Özgə vaxtı" (rejissor Hüseyn Mehdiyev) kimi bir sıra yüksək bədii dəyərli filmlər 

yaratmışdılar.  Müharibə,  erməni  quldurlarının  vəhşiliyi,  qaçqınlıq  həyatının 

dəhşətləri Azərbaycan kinosuna yeni mövzular gətirmişdi. "Ağ atlı oğlan" (rejissor 

Ə.Əbluc),  "Fəryad"  (rejissor  C.Mirzəyev)  kimi  təsirli,  realist  kinolentlər 

yaradılmışdı. 

Azərbaycan  sənədli  kinosu  da  xeyli  inkişaf  etmişdi.  Müstəqillik  uğrunda 

mübarizə,  Qarabağ  müharibəsi,  ölkədə  siyasi  sabitlik  yaradılmasını,  iqtisadi 

tərəqqini,  demokratik  prosesləri,  dövlətin  xarici  aləmdə  nüfuzunun  yüksəlməsini 

əks  etdirən  yüzlərlə  maraqlı,  ibrətamiz  kino-videolent  çəkilmişdi.  Müdafiə 

Nazirliyinin sənədli kinostudiyası da bu sahədə fəal iş görürdü. 

Heydər Əliyevin fenomen şəxsiyyəti və ömür yolu haqqında rejissor Vaqif 

Mustafayevin  yaratdığı  "General",  "Birinci",  "Moskva-Kreml",  "Lider",  "Tale", 

"Əsil məhəbbət haqqında" və "Bir həsədin tarixi" sənədli filmləri Azərbaycan kino 

tarixində əlamətdar hadisəyə çevrildi. 

Azərbaycan  kinosu  dünya  ekranlarında  geniş  təmsil  olunmağa  başlamışdı. 

1995-ci  ilin  noyabr  ayında  10  Azərbaycan  bədii  filmi  ilk  dəfə  Beynəlxalq  Nant  - 

"Üç  qitə"  kinofestivalında  nümayiş  etdirildi.

124

  "Yarasa"  bədii  fılmi  1996-cı  ildə 



Fransada  keçirilən  "Birinci  plan"  Beynəlxalq  Kinofestivalında  "Avropanın 

tammetrajlı  ən  yaxşı  bədii  filmi"  adına,  Misir  Beynəlxalq  Kinofestivalında  ən 

yüksək  mükafata  layiq  görüldü.

125


 

1997-ci 


ildə  Beynəlxalq  Madrid 

Kinofestivalında  "Özgə  vaxt"  filmi  yüksək  qiymətləndirildi,  onun  yaradıcıları 

H.Mehdiyev ən yaxşı rejissor, A.Mirqasımova isə ən yaxşı qadın rolu ifaçısı adına 

layiq  gorüldülər.

126

  Həmin  il  "Cavan  qadın  üçün  kişi"  filmi  (rejissor  Murad 



İbrahimbəyov) Kolumbiyanın paytaxtı Boqotada XIV Beynəlxalq Kinofestivalında 

Bürünc  mükafat  aldı.

127

  2001-ci  ildə  Moskvada  Avrasiya  teleforumunda  "Əsil 



356 

 

məhəbbət  haqqında"  sənədli  film  (rejissor  V.Mustafayev)  üç  mükafata,  2002-ci 



ildə "Bir həsədin tarixi" filmi (rejissor V.Mustafayev) "Qran-Pri" mükafatına layiq 

görüldü. İkinci film 2002-ci ildə Rusiyada keçirilmiş XIII sənədli kinofestivalının 

"Dünyanın  qüdrətli  şəxsiyyətlərinin  inandırıcı  və  parlaq  portretinə  görə"  xüsusi 

mükafatını almışdı.

128

 

90-cı  illərin  əvvəllərində  respublikanın  şəhər  və  qəsəbələrində  meydanlar, 



parklar  "monumental  kommunist  təbliğatı"na  xidmət  edən  heykəl  və  abidələrdən 

təmizlənirdi. Dağüstü parkda Şəhidlər Xiyabanı salındı. Prezident Heydər Əliyevin 

təşəbbüsü ilə 1998-ci ildə burada şəhidlərə 21 metr hündürlüyü olan möhtəşəm bir 

abidə  və  əbədi  məşəl  (müəllifləri  -  Ö.Eldarov,  E.Qasımzadə,  A.Abdullayev  və 

N.Vəliyev)  qoyuldu.  Paytaxtda  Hüseyn  Cavidin  (1994-cü  il,  heykəltəraş 

Ö.Eldarov),  Şah  İsmayıl  Xətainin  (1993-cü  il,  heykəltəraşlar  İ.Zeynalov  və 

Z.Mehdiyev),  akademik  Yusif  Məmmədəliyevin  (1998-ci  il,  heykəltəraş 

A.Ələsgərov),  Xızıda  Cəfər  Cabbarlının  (1999-cu  il,  heykəltəraş  C.Qaryağdı) 

yüksək  bədii  dəyərli  heykəlləri  ucaldıldı.  1996-cı  ildə  Naxçıvanda  möhtəşəm 

Hüseyn Cavid məqbərəsi (müəlliflər - Ö.Eldarov və R.Əliyev) tikildi. 1997-ci ilin 

baharında  görkəmli  heykəltəraş  Ömər  Eldarov  akademik  Zərifə  Əliyevanın 

xatirəsinə həsr etdiyi məşhur "Elegiya" əsərini tamamladı. 

Azərbaycanın fırça ustaları da gözəl sənət əsərləri yaradırdılar. Azərbaycan 

rəssamlarının əsərləri dünyanın sərgi salonlarında böyük uğurla nümayiş olunurdu. 

1995-ci ildə ABŞ-da, 1996-cı ildə Almaniyada Səttar Bəhlulzadənin əsərləri sərgisi 

təşkil  olunmuşdu.

129 

1996-cı  ildə  Parisdə  dünya  rəssamları  sərgisində  Toğrul 



Nərimanbəyovun,  1997-ci  ildə  Vaşinqton,  Nyu-York  və  Çikaqoda  Kamil 

Nəsibzadənin əsərləri nümayiş etdirilmişdi.

130

 

Xalça  rəssamları  Kamil  Əliyevin  və  Eldar  Mikayılovun  əsərləri  yüksək 



bədii  sənətkarlıq  nümunələri  idi.  K.Əliyevin  Atatürkün,  Heydər  Əliyevin 

portretləri  toxunmuş  xalçalarında  Azərbaycan  xalçaçılıq  sənətinin  ən  yaxşı 

ənənələri  yaradıcılıqla  inkişaf  etdirilmişdi.  1996-cı  ildə  Brüsseldə  E.Mikayılovun 

bənzərsiz gözəlliyə malik xalçaları böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdi.

131

 

Xalça  rəssamı  Tahir  Məcidovun  Heydər  Əliyevə  həsr  etdiyi  "Qayıdış"  xalçası 



yüksək sənətkarlığı ilə diqqəti cəlb edirdi.

132


 

Respublikanın  fırça  və  tişə  ustaları  bu  illərdə  müharibə,  qəhrəmanlıq, 

vətənpərvərlik mövzularına tez-tez müraciət edirdilər, xalqı birliyə, düşmənə qarşı 

döyüşə,  qələbəyə  çağıran  əsərlər  yaranırdı.  C.Qasımovun,  F.Hüseynovun, 

K.Əlizadənin  və  başqalarının  bu  mövzularda  plakatları  xüsusən  maraqlı və təsirli 

idi. 


Müstəqillik illərində Azərbaycan incəsənətində formaca ənənəyə bağlılıq və 

müasirlik,  məzmunca  özəl  milli  və  bəşəri  dəyərlərin  tərənnümü  üstünlük  təşkil 

edirdi. 


357 

 

Azərbaycan  cəmiyyətinin  mədəni,  mənəvi  həyatında  mühüm  dəyişikliklər 



baş  verdi.  Müharibəyə,  erməni  işğalçıları  tərəfindən  minlərlə  sosial-mədəni 

obyektin  məhv  edilməsinə,  postsovet  respublikaları  ilə  mədəni  əlaqələrin 

zəifləməsinə  və  bir  çox  sahələrdə  tam  qırılmasına,  vəsait  çatışmazlığına, 

təxribatçıların  törətdiyi  çətinliklərə  baxmayaraq,  bu  dövrdə  Azərbaycan 

mədəniyyəti  mübarizliyi,  mənəvi  qüvvələrin  öz  kökünə  və  bəşəri  dəyərlərə  daha 

möhkəm bağlılığı ilə səciyyələnirdi. 

 

§4. MĠLLĠ ĠDEOLOGĠYANIN FORMALAġMASI 

 

Respublikanın  dövlət  müstəqilliyinin  bərqərarlaşması,  ölkədə  siyasi  və 

iqtisadi  sabitlik,  beynəlxalq  əlaqələrin  genişlənməsi,  iqtidar  tərəfindən  ardıcıl 

həyata  keçirilən  əməli  tədbirlər  azərbaycançılıq  məfkurəsinin-milli  və  bəşəri 

dəyərlərə  əsaslanan  suveren,  dünyəvi  dövlətçilik,  mədəni  və  iqtisadi  yüksəliş 

ideologiyasının formalaşması, inkişaf etməsi üçün zəmin yaratmışdı. 

Vətənpərvərlik,  öz  xalqı,  dili,  dini,  zəngin  mədəniyyəti,  keçdiyi  tarixi  yol 

üçün  milli qürur, humanizm  kimi  Azərbaycan  xalqının ən səciyyəvi  milli-mənəvi 

dəyərlərini inkişaf etdirmək, gənc nəsli bu dəyərlər ruhunda tərbiyə etmək ideoloji 

fəaliyyətin  əsas  meyarı  idi.  Prezident  Heydər  Əliyev  qeyd  edirdi:  "Milli 

vətənpərvərlik,  milli  qürur  hissi  bizim  dövlətçiliyimizin  yaşaması  üçün  ən  böyük 

amillərdən biridir".

133

 

Milli  özünəməxsusluğun  ən  mühüm  təzahürü  olan  Azərbaycan  dilinin 



inkişafı,  təmizliyinin  qorunması,  dövlət  dili  statusunun  tətbiqi  sahəsində  mühüm 

addımlar  atıldı.  Prezident  Heydər  Əliyev  2001-ci  il  iyunun  18-də  "Dövlət  dilinin 

tətbiqinin  təkmilləşdirilməsi  haqqında"  Fərman  verdi.  Dövlət  başçısı  yanında 

"Dövlət  Dil  Komissiyası"  yaradıldı.

134

  2002-ci  il  sentyabrın  30-da  "Azərbaycan 



Respublikasında dövlət dili haqqında" Qanun qəbul edildi. Bu Qanun Azərbaycan 

Prezidentinin 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qüvvəyə mindi.

138a

 

Xalqın  ümumtürk  mədəniyyətinə  qovuşmasında  önəmli  əhəmiyyəti 



olduğunu nəzərə alaraq, hələ 1991-ci il dekabrın 24-də latın qrafikalı Azərbaycan 

əlifbasının bərpa olunması haqqında Qanun qəbul edilmişdi. 1992-ci ilin sentyabr 

ayından  orta  məktəblərin  birinci  sinfində  dərslər  bu  qrafika  üzrə  keçirilməyə 

başlanmışdı, lakin texniki çətinliklərə görə qəzet və jurnallar hələlik kiril qrafikası 

ilə çap olunur, kargüzarlıq işləri əsasən bu qrafika ilə aparılırdı. Prezident Heydər 

Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanına əsasən həmin il avqust ayının 1-dən 

latın qrafikalı əlifba qəti tətbiq edildi. Bu gün "Azərbaycan əlifbası və Azərbaycan 

dili günü" elan olundu.

135

 

Ölkədə  aparılan  demokratik  islahatlar  milli  ideologiyanın  humanist, 



demokratik xarakterini daha da dərinləşdirirdi. 

358 

 

Prezident  Heydər  Əliyev  islam  dininin  insan  mənəviyyatını  saflaşdırıcı 



xüsusiyyətlərindən  və  mənəvi  emosional  təsir  gücündən  milli  birlik  və  barışıq 

vasitəsi  kimi  səmərəli  istifadə  edilməsini  Azərbaycançılıq  məfkurəsinin 

fundamental  prinsiplərindən  biri  kimi  qiymətləndirdi.

136


  İslam  dini  icmaları, 

müqəddəs ocaqlar bərpa olunur, yeniləri yaradılırdı. 1992-ci il iyulun 21-də "Dini 

etiqad azadlığı haqqında" Qanun qəbul edildi.

137


 1991-2001-ci illərdə respublikada 

məscidlərin  sayı  19-dan  1236-ya  çatmışdı.  Şəhər  və  kəndlərdə  160-a  qədər,  o 

cümlədən Bakının Şəhidlər Xiyabanında, Yeni Yasamal, Qaraçuxur qəsəbələrində, 

Novxanı,  Hökməli,  Nardaran  kəndlərində,  "Mir  Möhsün  ağa",  "Əliayağı"  pirləri 

üzərində  məscidlər  tikilmişdi.

138


  1999-cu  ilin  noyabr  ayında  Naxçıvanda  yeni 

tikilmiş  "Həzrəti  Zəhra  (s.)  məscidi"  açılmışdı.  "İmamzadə"  məscidi  və  türbələr, 

"Əshabü-kəf"  ziyarətgahı  təmir  edilib  abadlaşdırılmışdı.  Şərur  rayonunun  Aralıq, 

Babək rayonunun Çeşməbazar kəndlərində "Heydər məscidləri" tikilmişdi.

139

 

Sovet  hakimiyyəti  illərində  dağılmış  müqəddəs  ocaqlar,  pirlər,  məscidlər 



bərpa  olunmağa  başlanmışdı.  Bayıl  qəsəbəsində  "Bibiheybət  piri"  bərpa  edilmiş, 

İmam  Rzanın  bacısı  Hökümə  xanımın  müqəddəs  qəbri  üzərindəki  1935-ci  ildə 

yerlə  -  yeksan  edilmiş  "Bibiheybət  məscidi"  yerində  ikiminarəli,  irigünbəzli 

əzəmətli məscid binası tikilmişdi. 

Hər  il  Həcc  mərasimi  günlərində  yüzlərlə  dindarın  müqəddəs  Kəbəni, 

habelə  islamın  başqa  müqəddəs  ocaqlarını  ziyarət  etməsi  üçün  lazımi  tədbirlər 

görülürdü. 

"Qurani-Kərim"in  yeni  tərcümə-təfsirləri  hazırlanmış  (biri  Ziya  Bünyadov 

və Vasim Məmmədəliyev, digəri isə N.Qasımoğlu tərəfindən) və çap olunmuşdu. 

"İslamın səsi", "İslam dünyası", "İslam" qəzetləri nəşr edilirdi. 

1989-1990-cı  illərdə  fəaliyyət  göstərmiş  "Bakı  Mədrəsəsi"  1991-ci  ildə 

"Bakı  İslam  İnstitutu"na,  1994-cü  ildə  isə  bu  institut  "Qafqaz  İslam 

Universiteti"nə,  1997-ci  ildə  isə  "Bakı  İslam  Universiteti"nə  çevrilmişdi.  Bir  çox 

şəhərlərdə mədrəsələr fəaliyyət göstərirdi.

140

 

İqtidar  dindarlara,  qanuni  dini  icmalara  qayğı  ilə  yanaşır,  islam  dininin 



müstəqillik  və  dövlətçiliyin  dayağı  olan  vətəndaş  həmrəyliyi,  xalq  birliyi 

yaradılmasında  böyük  imkanlarını  düzgün  qiymətləndirirdi.  Dövlət  müstəqilliyi 

şəraitində  xalqın  ənənəvi  mədəniyyətinə  ehtiram  və  qayğı  ilə  yanaşılmağa 

başlanmışdı.  Milli  Məclisin  1992-ci  il  oktyabrın  27-də  qəbul  etdiyi  "Azərbaycan 

Respublikasının  bayramları  haqqında"  Qanuna  əsasən  "Novruz",  "Mövlud", 

"Qurban"  və  "Ramazan"  (Orucluq)  bayramları  hər  il  rəsmi  qeyd  olunurdu.

141 

Prezident  Heydər  Əliyev  dinə  və  dindarlara  ehtiramla  yanaşırdı.  O,  islam  dini 



mərkəzlərini,  müqəddəs  Kəbəni  ziyarətə  getmişdi.  Tez-tez  dindarlarla  görüşürdü. 

1997-ci  ilin  payızında  Prezident  Bibiheybət  pirini  ziyarət  edərkən  burada 

başlanmış  məscid  tikintisini  öz  himayəsinə  götürmüş,  bu  məqsədlə  3  milyard 


359 

 

manat  vəsait  ayırmışdı.



142 

Heydər  Əliyev  milli-əxlaqi  mentalitetdə  islam  əxlaqı 

normalarının  əhəmiyyətini  yüksək  qiymətləndirir,  onların  inkişaf  etdirilməsinə, 

yayılmasına  səsləyirdi.  Eyni  zamanda  qeyd  edirdi  ki,  fundamentalizmə  və 

fanatizmə yol verilməməlidir.

143


 

İslam dini Azərbaycan xalqını birləşdirici amil olduğundan əhalinin mənəvi 

birliyini parçalamağa çalışan qüvvələr sünni və şiələr arasında nifaq salmağa cəhd 

göstərirdilər.  Xüsusi  xidmət  zabitləri  Şərq  və  Qərb  dini  missionerləri  libasında 

geniş pozucu təbliğat işləri aparır, informasiya mərkəzləri açır, pulsuz dini kitablar, 

qəzet  və  jurnallar  yayırdılar.

144

  Bu  sahədə  xüsusən  İrandan  gələn  "missionerlər" 



daha  fəal  idilər.  Lakin  islam  dini  bayrağı  altında  məkrli  siyasi  məqsədlər,  qara 

niyyətlər güdən qüvvələr layiqli cavablarını alırdılar. 

Respublikada  pravoslav,  yəhudi  dini  konfessiyalarının  azad  inkişafı  üçün 

şərait vardı.  1999-cu ilin əvvəllərində  Rus  kilsəsinin Bakı-Xəzəryanı  Yeparxiyası 

təşkil olundu (bu yeparxiya əvvəllər -1934-cü ilədək də mövcud olmuşdu). Buraya 

Azərbaycan, Dağıstan və Çeçenistandakı pravoslav kilsələri daxil idi.

145

 

2001-ci  ilin  mayında  Bakıda  olmuş  Moskva  və  Bütün  Rusiya  Patriarxı  II 



Aleksi  Qafqaz  Müsəlmanları  İdarəsinin  rəhbəri  Allahşükür  Paşazadəyə 

məktubunda qeyd edirdi ki, Azərbaycanda qeyri millətlərə mənsub insanlar özlərini 

"ikinci  növ adam" kimi hiss  etmirlər, sülh  və  əmin-amanlıq şəraitində  yaşayırlar. 

Burada  dinlərarası  əlaqə  səviyyəsi  müsəlmanlarla  xristianlar  arasında  qarşılıqlı 

əməkdaşlığın  etalonu  ola  bilər.

146


  2001-ci  il  sentyabrın  ortalarında  Azərbaycanda 

olmuş  Avropa  Şurası  Parlament  Assambleyasının  sədri  Lord  Rassel  Conston 

bildirmişdi  ki,  burada  "bütün  dini  konfessiyaların  qarşılıqlı  dözüm  şəraitində 

fəaliyyət göstərməsi dünyada nadir hadisələrdəndir".

147

 2002-ci il may ayının 22-də 



Bakıya  rəsmi  səfərə  gəlmiş  Vatikan  dövlətinin  başçısı,  dünya  katoliklərinin  dini 

rəhbəri  olan  Roma  Papası  II İohan  Pavel  Azərbaycanı  "dini  dözümlülüyü  hər  bir 

həqiqi sivilizasiyanın  ilkin dəyəri kimi dərk və  qəbul edən...  ölkə" adlandırmışdı, 

O,  dövlət  başçısı,  din,  mədəniyyət,  incəsənət  və  siyasət  xadimləri  ilə  görüşündə 

qeyd  etmişdi  ki,  "...ürək  açıqlığına,  qonaqpərvərliyə  görə,  digər  dinlərə  etiqad 

bəsləyənləri  öz  qardaşlarınız  kimi  qəbul  etdiyinizə  görə  Azərbaycandakı  islam 

övladlarına  eşq  olsun...  Qoy  üç  böyük  din  (islam,  xristian  və  yəhudi  -  red) 

tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun!"

148



Prezident Heydər Əliyev dediyi kimi, çoxkonfessiyalı ölkə olan Azərbaycan 



dünyada 

dinlərarası, 

mədəniyyətlərarası 

əlaqələrin 

genişlənməsi 

və 


möhkəmlənməsi  işinə  öz  layiqli  töhfəsini  verir.  1998-ci  ildə  Bakıda  keçirilmiş 

"İslam sivilizasiyası Qafqazda" mövzusunda geniş tərkibli beynəlxalq simpozium, 

2002-ci ilin oktyabrında "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm 

və  ekstremizmə  qarşı  mübarizə  yollarının  araşdırılması"  mövzusunda  ATƏT-in 

Bakı konfransı bu baxımdan mühüm hadisələr idi.

149


 

360 

 

Vicdan  azadlığı,  başqa  dinlərə  hörmət  hissləri  hakim  olduğu  respublikada 



37  xristian  təşkilatı  qeydə  alınmışdı.  Lakin  çoxları  da  qeydiyyatsız,  xeyriyyə 

cəmiyyətləri  adı  altında  fəaliyyət  göstərirdi.  Xristian  missionerlərinin  "Bakı 

Bibliya  İnstitutu",  "Löninq  sentə"  və  digər  tədris  müəssisələri,  "Həyat  sözü", 

"Həyatverici  lütf",  "Yeni  Apostol",  "Yevangelçi  xristian  baptistləri",  "Yeddinci 

günün şahidləri" və başqa icmalar təşkil edilmişdi. Bakıda "Krişna şüuru"nu yayan 

icma  fəaliyyət  göstərirdi.  Yüz  minlərlə  nüsxə,  o  cümlədən  Azərbaycan  dilində, 

pulsuz dini ədəbiyyat yayılırdı.

150


 

Missionerlər çox vaxt Azərbaycan Konstitusiyasını pozur, zorakı tədbirlərə 

əl  atır,  fırıldaqçılıq  edir,  orduda,  qaçqın  və  köçkünlərin  məskunlaşdığı  yerlərdə, 

xüsusən  çadır  şəhərciklərində,  azsaylı  xalqlar  arasında  təbliğat  işi  aparır,  islam 

ənənələrini təhqir edir, fatalist fikirlər yayırdılar.

151


 

Qeyri-islam  dini  icmaların  zorakı,  təhqiredici  əməlləri  islam  təəssübkeşləri 

arasında  əks  reaksiya  doğururdu.  1990-cı  illərin  ortalarında  "Ceyşüllah"  (Allah 

Ordusu  təşkilatı)  aşkar  edilib  zərərsizləşdirilmişdi.

152

  Prezident  Heydər  Əliyevin 



1997-ci  il  8  yanvar  tarixli  xüsusi  sərəncamı  ilə  Azərbaycanda  xarici  dini 

missionerlərin pozuculuq fəaliyyəti qadağan edildi.

153

 

Humanist  islam  dəyərlərinə  sadiq  olan  dini  icmalar,  Qafqaz  Müsəlmanları 



Ruhani İdarəsi əhalinin mənəvi birliyi, müxtəlif dünyagörüşlərinə, dinlərə mənsub 

insanlar  arasında  qarşılıqlı  tolerant  yaranması  işində,  dindarlar  tərəfindən 

dövlətçiliyin və müstəqilliyin müdafiə olunmasında fəal mövqe tuturdular. 1995-ci 

ildə  "Avrasiya  İslam  Şurası"  təşkil  edilmişdi.  1997-ci  ildə  təbliğat  vasitələri  ilə 

islam  dəyərlərini  qoruyub  saxlamaq,  missionerlərin  pozucu  fəaliyyətinə  qarşı 

mübarizə aparmaq məqsədilə Qafqaz Müsəlmanları Ruhani İdarəsində tanınmış din 

və  elm  xadimlərinin  "Elmi-Dini  Məsləhət  Şurası"  yaradılmışdı.

154


  2001-ci  il 

iyunun 21-də "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi" təsis edilmişdi.

155

 

Azərbaycan  açıq,  dünyəvi  cəmiyyət  idi.  Əhalinin  həyat  tərzinə  bəşər 



mədəniyyətinin  ən  yüksək  dəyərləri  ilə  yanaşı,  xalqın  mənəviyyatına,  milli 

psixologiyasına,  dininə  yad  olan  cəhətlər  də  təsir  göstərirdi.  Çoxlu  kazino,  gecə 

barı, oyun totalizatoru peyda olmuşdu. Bəzi gecə klublarında səhərə qədər müxtəlif 

oyunlar,  əyləncələr  təşkil  edilir,  çox  vaxt  bu  əyləncələr  ifrat  dərəcəyə  çataraq, 

xalqın mənəviyyatına zidd forma alır, gənclərin əxlaqını pozurdu. "Sarı mətbuat", 

"bulvar ədəbiyyatı" insanlar arasında mənəvi pozuculuq işləri aparırdı.

156

 Prezident 



Heydər Əliyev 1998-ci ilin yanvarında xalqın mentalitetinə zidd müəssisələrin ləğv 

edilməsi  haqqında  sərəncam  verdi.  Prezident  2001-ci  il  avqustun  13-də  verdiyi 

bəyanatda  "əxlaqsızlıq  biznesi"nə,  "harınlamış  zənginlər"in  alçaq  hərəkətlərinə 

qarşı  qanun  çərçivəsində  mübarizəni  gücləndirmək  üçün  xalqın  bütün  sağlam 

mənəvi qüvvələrini səfərbər olmağa çağırdı.

157


 

361 

 

Xalqda öz tarixi və mədəniyyəti üçün qürur hissinin inkişaf etdirilməsi milli 



ideologiyanın mühüm qaynaqlarından idi. Prezident Heydər Əliyev qeyd edirdi ki, 

"Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir 

çox  qaranlıq  səhifələrini  açmaqla  kimliyimizi  tam  müəyyən  etməyi,  milli  kökləri 

ilə  bağlı  yeni  təfəkkürlü  gənc  nəsil  yetişdirilməsini  zəruri  edir".

158

  Bu  sahədə 



respublikanın tarixçi alimləri, yazıçıları çox faydalı işlər  görürdü. Xalqı özünə və 

başqalarına  daha  yaxşı  tanıtmaq  üçün  görkəmli  tarixi  hadisələrin,  siyasət,  elm  və 

mədəniyyət xadimlərinin yubileyləri geniş qeyd edilirdi. 

1996-cı ilin payızında Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd olundu. 

Bakıya  xarici  ölkələrdən  ədəbiyyatşünas,  dilşünas  alimlər,  yazıçılar  gəlmişdi. 

1998-ci ildə Azərbaycan teatrının, 2000-ci ildə Azərbaycan mətbuatının 125 illiyi, 

2001-ci ildə dünya şöhrətli alim və mütəfəkkir Nəsirəddin Tusinin yubileyi,  2002-

ci  ildə  Bakı  Bələdiyyə  Teatrının  10  illiyi  geniş  qeyd  olundu.  Görkəmli  dövlət 

xadimlərinin,  alim  və  yazıçıların,  musiqiçilərin  və  aktyorların  yubileylərinin  qeyd 

olunması ənənəyə çevrilmişdi. Şairlər Bəxtiyar Vahabzadənin, Xəlil Rza (Ulutürk), 

Məmməd  Araz,  Mirvarid  Dilbazi  yazıçı  Əkrəm  Əylisli,  rəssam  Mikayıl 

Abdullayev,  heykəltəraş  Ömər  Eldarov,  alim  Azad  Mirzəcanzadə,  xalq  artistləri 

Lütfiyar  İmanov  Əminə  Dilbazi,  bəstəkar  Tofiq  Quliyev  ölkənin  ən  yüksək 

mükafatı  -İstiqlal  ordeni  ilə  təltif  edildilər.  Onlarla  görkəmli  alim,  yazıçı,  artist 

Şöhrət ordeni ilə təltif olundu. 

ABŞ-da  yaşayan  dünya  şöhrətli  alim  Lütfi  Zadə,  Rusiyada  yaşayan,  uzun 

illər SSRİ-də pilotlu kosmik uçuşlara rəhbərlik edən Dövlət Komissiyasının sədri 

olmuş  general,  AMEA-nın  fəxri  akademiki  Kərim  Kərimov  kimi  görkəmli 

azərbaycanlıların  xalqa  tanıdılması  üçün  təbliğat  işləri  aparılırdı.  2002-ci  ilin 

oktyabrında  İran  rəssamı,  azərbaycanlı  Vədud  Müəzzinin  Bakıda  düzənlənmiş 

fərdi sərgisi ictimaiyyətin böyük marağına səbəb olmuşdu.

159


 

Azərbaycan  xalqı  dünya  şöhrətli  alim  Landaunun,  musiqiçi  Rostropoviçin, 

təyyarəçi-kosmonavt Musa Manarovun bakılı olması ilə fəxr edirdilər. 

Paytaxtda  600-dən  çox  küçəyə  Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin  - 

siyasi  xadimlərin,  milli  qəhrəmanların,  alim  və  yazıçıların,  mədəniyyət 

xadimlərinin adı verilmişdi.

160

 

1995-ci  ilin  mayında  İkinci  dünya  müharibəsində  faşizm  üzərində 



Azərbaycanın, Bakının, xüsusən onun neftinin həlledici rol oynadığı qələbənin 50 

illik yubileyi geniş qeyd edildi.

161

 

1998-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illiyi,  1999-cu  ildə 



Naxçıvan Muxtar Respublikasının 75 illiyi yüksək səviyyədə keçirildi. 

Hər il 28 May - Respublika Günü (1992-ci ildən), 15 İyun -Qurtuluş Günü 

(1997-ci  ildən),  26  İyun  -  Silahlı  Qüvvələr  Günü  (1997-ci  ildən),  18  Oktyabr  - 

Dövlət Müstəqilliyi Günü (1992-ci ildən), 12 Noyabr - Konstitusiya Günü (1996-cı 



362 

 

ildən),  17  Noyabr-Milli  Dirçəliş  Günü  (1992-ci  ildən),  31  Dekabr-Dünya 



Azərbaycanlıları Günü (1990-cı ildən) bayram kimi qeyd olunurdu.

162


 20 Yanvar -

 

Matəm  Günü  Bakıdakı  və  başqa  şəhərlərdəki  Şəhidlər  xiyabanlarını  yüz 



minlərlə  insan  ziyarət  edirdi.  1997-ci  ildən  Xocalıda  azərbaycanlıların  soyqırımı 

qurbanları  xatirəsinə  ehtiram  əlaməti  olaraq  fevralın  26-da  saat  17-də  Sükut 

dəqiqəsi elan olunmuşdu.

163


 

Xalqın  mənəvi  gücünün  artmasına  erməni-azərbaycanlı  münaqişəsi 

haqqında həqiqətlərin öyrənilməsi mühüm təsir göstərirdi. Ermənilərin Azərbaycan 

torpaqlarını  ələ  keçirmək  üçün  azərbaycanlılara  qarşı  apardıqları  siyasətin 

mahiyyətinin  açılmasına,  tarixi  yaddaşın  möhkəmlənməsinə  xüsusi  diqqət 

yetirilirdi.  Prezident  Heydər  Əliyev  qeyd  edirdi:  "Xalqımız...  daim  bilməlidir  ki, 

bizim  tarixi  torpaqlarımız  hansılar  olubdur.  Hansılar,  nə  vaxt  əlimizdən  gedibdir, 

niyə  görə  əlimizdən  gedibdir  və  şübhəsiz  ki,  bunlar  qayıtmalıdır.  Biz  də  qaytara 

bilməsək,  gələcək  nəsillər  bunları  qaytaracaqlar".

164


  Onun  "1948-1953-cü  illərdə 

azərbaycanlıların  Ermənistan  SSR  ərazisindən,  tarixi  etnik  torpaqlarından  kütləvi 

surətdə  deportasiyası  haqqında"  1997-ci  il  17  dekabr,

165


  "Azərbaycanlıların 

soyqırımı  haqqında"  1998-ci  il  26  mart

166

  tarixli  fərmanlarında  son  iki  əsrdə 



Qafqazda  azərbaycanlılara  qarşı  məqsədyönlü  şəkildə  həyata  keçirilən  etnik 

təmizləmə, soyqırımı siyasəti ifşa olunmuşdu. Bu tarixi cinayətlərə ilk dəfə hüquqi-

siyasi qiymət verilmişdi. Onların xalqa, beynəlxalq ictimaiyyətə çatdırılması üçün 

konkret tədbirlər görülməyə başlanmışdı. 

Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli 

Məclisi 1994-cü il martın 29-da 1990-cı il 20 Yanvar hadisəsinə obyektiv hüquqi-

siyasi qiymət verdi, onun səbəbləri, mahiyyəti təhlil olundu və xalqa çatdırıldı. 

Dövlətçilik  rəmzlərinin,  1993-cü  ildən  sonra  iqtidarın  çoxcəhətli  siyasəti 

sayəsində bütün sahələrdə əldə olunan uğurların geniş təbliğ edilməsi xalqda özünə 

inam,  nikbinlik,  qürur  hissi  doğururdu.  Prezident  1998-ci  il  aprelin  13-də 

"Azərbaycan  Respublikası  dövlət  atributlarının  təbliği  işini  gücləndirmək 

haqqında" Fərman verdi.

167

 

Milli  ideologiyanın  formalaşması  dünyada  yaşayan  azərbaycanlıların 



mənəvi,  mədəni  birliyinin  daha  da  inkişaf  etməsinə  imkanlar  açırdı.  Dünyada  50 

milyona  yaxın  azərbaycanlı  yaşayırdı.  Onların  35  milyonu  Azərbaycan 

Respublikasında və İranda, 3 milyonu Türkiyədə, 1 milyondan çoxu Rusiyada, 0,5 

milyonu  Almaniyada,  1,5  milyonu  İraqda,  600  mini  ABŞ-da,  32  mini  Böyük 

Britaniyada,  200  mini  Səudiyyə  Ərəbistanında,  600  mini  İndoneziyada,  700  mini 

Gürcüstanda, 400 mini Qazaxıstanda, 250 mini Özbəkistanda, 170 mini Fransada, 

15 mini Yaponiyada məskunlaşmışdı.

168


 

Dünya azərbaycanlılarının təşkilatlanma prosesi Heydər Əliyevin təşəbbüsü 

ilə 1990-cı ildən başlanmışdı.

169


 Onların 1990 və 1997-ci illərdə İstanbulda, 1997-

363 

 

ci  ildə  Los-Ancelesdə  və  1998-ci  ildə  Vaşinqtonda  konqresləri  keçirilmişdi.



170

 

Dünyanın  30-dan  çox  ölkəsində  azərbaycanlıların  birləşdiyi  100-dən  çox  ictimai, 



milli-mədəni  cəmiyyət,  təşkilat-mərkəz,  dərnək,  ocaq,  əncüman  vardı.

171


 

Azərbaycanlıların  Rusiyada  40-dan  çox,  Avropa  ölkələrində  50-yə  yaxın  təşkilatı 

mövcud  idi.

172


  Yer  üzərində  yaşayan  azərbaycanlıların  koordinasiya  mərkəzi 

Azərbaycan  Prezidenti  İcra  Aparatı  İctimai-Siyasi  Şöbəsinin  "Xaricdə  Yaşayan 

Azərbaycanlılarla  İş"  strukturu  idi.

173


  Azərbaycanlıların  xaricdəki  cəmiyyətləri 

Azərbaycandakı  "Vətən"  cəmiyyəti,  "Azərbaycan  Dünyası"  Beynəlxalq  Mərkəzi, 

"Soydaş  Assosiasiyası",  "Dünya  Azərbaycanlılarının  Mədəniyyəti  Mərkəzi"  və 

başqa  ictimai-siyasi  təşkilatlarla  əlaqə  saxlayırdılar.

174 

Onlar  Azərbaycan 



mədəniyyətinin  xarici  ölkələrdə  tanınmasında  mühüm  rol  oynayırdılar.  Xarici 

ölkələrdə  yaşayan  azərbaycanlıların  təşkil  etdikləri  onlarla  təşkilat,  o  cümlədən 

Madriddə  "Azərbaycan  Dostları",  Londonda  "Azərbaycan  Dayaqçıları" 

cəmiyyətləri,  Stokholmda  "Azərbaycan  Mədəniyyət  Mərkəzi",  Malmödə 

"Azərbaycan Mədəniyyət Əncümanı", Kölndə "Azərbaycan Mədəniyyət Mərkəzi", 

Torontoda  "Azərbaycan  Mərkəzi",  habelə  İngiltərədə  "Aydınlıq",  "Odlar  ölkəsi", 

Belçikada "Azərbaycan", "Qürbət", İsveçdə "Azərbaycan", Almaniyada "Ana dili", 

"Savalan",  "Qaynarca",  Türkiyədə  "Xəzər",  "Azərbaycan  türkləri",  İspaniyada 

"Dədə  Qorqud",  İraqda  "Yurd",  ABŞ-da  "Azərbaycan"  qəzetləri,  İsveçdə  "Araz" 

jurnalı, "Azərbaycanın səsi" kimi müxtəlif teleradio proqramları bu sahədə xüsusən 

fərqlənirdilər.

175


  Lakin  xaricdə  yaşayan  azərbaycanlılar  vətəndaşı  olduqları 

ölkələrdə  Azərbaycanın  maraqlarını  daha  təsirli  müdafiə  etmək  üçün  birləşib 

diaspor, lobbi təşkil edə bilmirdilər. 

Prezident 

Heydər 

Əliyevin  2001-ci  il  mayın  23-də  Dünya 



Azərbaycanlılarının  I  qurultayının  keçirilməsi  haqqında  mühüm  sərəncamının 

həyata keçirilməsi üzrə ciddi təşkilatçılıq işlərinə başlanıldı. 

2001-ci  il  noyabr  ayının  9-10-da  Bakıda  Dünya  Azərbaycanlılarının  I 

qurultayı  keçirildi.  Qurultayda  37  ölkədən  nümayəndələr  iştirak  edirdi.  Xarici 

ölkələrdən  560-dan  çox  nümayəndə  və  qonaq  gəlmişdi.  Nümayəndələrin  təşkil 

etdikləri  "İnsan  hüquqları  və  beynəlxalq  əlaqələr",  "Ermənistanın  Azərbaycana 

təcavüzünün  aradan  qaldırılması",  "Mədəniyyət",  "Elm  və  təhsil",  "Ana  dili  və 

Azərbaycanşünaslıq", "İqtisadi əlaqələr", "Gənclər və idman məsələləri", "Kütləvi 

informasiya  vasitələri  və  informasiya  mübadiləsi"  komissiyaları  tərəfindən 

hazırlanmış 

sənədlər 

əsasında 

qurultayda 

qətnamə, 

Bütün 

Dünya 


Azərbaycanlılarına Müraciət, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ problemi 

ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət 

rəhbərlərinə və parlamentlərinə, Azərbaycan Respublikası Prezidenti cənab Heydər 

Əliyevə, habelə 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş qanlı terror hadisəsi 

ilə  bağlı  Amerika  xalqına  müraciətlər  qəbul  edildi.  Qurultayda  "Dünya 


364 

 

Azərbaycanlılarının Əlaqələndirmə Şurası" və onun idarə heyəti (sədri AMEA-nın 



prezidenti,  akademik  Mahmud  Kərimov)  seçildi.

176


  Dünya  Azərbaycanlılarının  I 

qurultayının  böyük  tarixi  əhəmiyyəti  oldu.  O,  dünyanın  müxtəlif  ölkələrində 

yaşayan  azərbaycanlıların  Vətənin  mənafeyi  naminə  qüvvələri  səfərbər  etmək 

vasitələrini  müəyyənləşdirdi,  əlaqələrin  möhkəmlənməsi  və  səmərəli  olması  üçün 

imkanlar yaratdı. 

Əlaqələndirmə Şurasının köməyi ilə 150 ölkədə nümayəndəlik yaradıldı.

177

 

2002-ci ildə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi" 



təşkil edildi. 

Xalqa  aşılanırdı  ki,  o,  böyük  türk  mədəniyyətinin,  Nizami,  Xaqani,  İbn 

Sina, Qurbani, Xətai, Yunis İmrə, Nəsimi, Füzuli, Nəvai, Tusi, Bəhmənyar, Vaqif, 

Sabir, Şəhriyar və başqalarının varisidir. Türk dövlət və toplumlarının dostluq və iş 

birliyinə, xüsusən mədəni əlaqələrin inkişafına həsr olunmuş toplantılar keçirilirdi. 

Türkdilli  xalqların  mənəvi  birliyini  möhkəmləndirmək,  mədəniyyətini 

qarşılıqlı  şəkildə  inkişaf  etdirmək,  zənginləşdirmək  və  təbliğ  etmək  məqsədilə 

1992-ci  ilin  ortalarında  "Türkdilli  Ölkələrin  Mədəniyyət  Nazirləri  Daimi 

Konseyni", 1993-cü ilin əvvəllərində isə onun icra qurumu olan TÜRKSOY (Türk 

Kültür  və  Sanatları  Ortak  Yönətimi)  fəaliyyətə  başladı.

178

  1996-cı  ildə  aralarında 



bağlanan  müqaviləyə  əsasən  YUNESKO  TÜRKSOY-u  tanıdı  və  dəstəkləməyə 

başladı.


179

 

1996-cı  ilin  oktyabrında  "Türkiyə-Azərbaycan  Dostluq  Vəqfi"  təsis 



edildi.

180


  2001-ci  ilin  mart  ayında  Prezident  Heydər  Əliyevin  Fərmanı  ilə 

"Azərbaycan Atatürk Mərkəzi" yaradıldı.

181

 

Türkiyə-Azərbaycan  dostluğu,  türk  əsgərlərinin  1918-1919-cu  illərdə 



Azərbaycan  xalqına, onun silahlı qüvvələrinə  yadelli işğalçılara  qarşı  mübarizədə 

misilsiz  köməyi,  siyasi,  iqtisadi  və  mədəni  əməkdaşlıq  faktları  geniş  təbliğ 

olunurdu.  Türk  tarixi,  mədəniyyəti  ədəbiyyatı  sahəsində  birgə  araşdırmalar 

aparılırdı. 

Azərbaycan  xalqı  onun  yolunda  sinəsini  sipər  etmiş  türk  əsgərini  böyük 

minnətdarlıq  hissi  ilə  xatırlayırdı.  Türk  əsgərlərinin  məzarları  abadlaşdırılmış, 

ziyarətgaha  çevrilmişdi.  2000-ci  ilin  aprel  ayında  Bakıda  türk  əsgəri  şərəfinə 

ucaldılmış möhtəşəm abidə açılmışdı.

182

 

2001-ci  il  avqustun  24-də  bir  milyona  qədər  insan  Bakının  Azadlıq 



meydanında  Türkiyə  Hərbi  Hava  Qüvvələrinin  "Türk  Ulduzları"  eskadrilyasının 

(dünyada  10  belə  eskadrilya  vardır)  yüksək  pilotaj  nümunələrini  böyük  sevinclə 

qarşıladı.

183


 

90-cı  illərin  ortalarında  Asiya  Mədəniyyət  və  İnkişaf  İnstitutunun 

Azərbaycan  filialı  təşkil  olundu.  Onun  Altay  xalqları  ilə  əlaqə  mərkəzi  təsis 

edildi.


184

 


365 

 

1996-cı  ilin  noyabr  ayında  Bakıda  Türk  dünyası  yazıçılarının  III  qurultayı 



keçirildi.

185


 

Türkdilli xalqlar birlikdə "Manas dastanı"nın min illiyini, böyük qazax şairi 

və filosofu Abayın 150 illiyini, Özbəkistanın böyük dövlət xadimi Əmir Teymurun 

660  illiyini,  Füzulinin  500  illiyini,  Şeyx  Şamilin  200  illiyini  geniş  qeyd  etdilər. 

1997-ci ilin aprel ayında Prezident Heydər Əliyev Azərbaycan xalqının milli tarix 

və  mədəniyyət  qaynaqlarından  biri  olan  "Kitabi-Dədə  Qorqud"  dastanının  1300 

illiyinin geniş qeyd edilməsi haqqında Fərman verdi.

186


  Yubiley  Türk  dünyasında 

böyük təntənə ilə qeyd edildi. 

Müstəqillik  dövründə  respublikada  yaşayan  azsaylı  xalqların  mədəni 

tərəqqisinə  diqqət  daha  da  artırıldı.  1992-ci  il  sentyabrın  16-da  "Azərbaycan 

Respublikasında  yaşayan  milli  azlıq,  azsaylı  və  etnik  qrupların  hüquq  və 

azadlıqlarının  qorunması,  dil  və  mədəniyyətinin  inkişafı  üçün  dövlət  yardımı 

haqqında" Fərman verildi. Milli Azlıqlarla İş üzrə Şura təşkil olundu. Azərbaycan 

Mədəniyyət Fondu yanında azsaylı xalqların mədəniyyətinin qorunması və inkişafı 

üzrə Elmi Şura yaradıldı. Ləzgi, talış, kürd, udin, saxur, slavyan, yəhudi və başqa 

xalqların  mədəniyyət  mərkəzləri,  cəmiyyətləri  fəaliyyətini  xeyli  genişləndirdi. 

Ümumtəhsil  məktəblərində  aşağı  siniflərdə  bu  xalqların  dili  tədris  olunmağa 

başladı.  1993-cü  ildə  Qusarda  Dövlət  Ləzgi  Teatrı  təşkil  olundu.  "Azərnəşr"də 

azsaylı xalqlar redaksiyası yaradıldı. "Udin dili", "Ləzgi dili" və başqa dərsliklər, 

əlifbalar  çap  olundu.  "Talışı-sado"  (Talışın  səsi),  "Samur",  "Vestnik"  və  başqa 

qəzetlər çap olunmağa başlandı.

188


 

Dünya  mədəniyyətinin  ən  gözəl  incilərini  xalqa  tanıtmaq  sahəsində  də 

səmərəli  işlər  görülmüşdü.  Hələ  1989-cu  ilin  baharında  Azərbaycan  Yazıçılar 

Birliyi  yanında  təşkil  edilmiş  Bədii  Tərcümə  və  Ədəbi  Əlaqələr  Mərkəzi  dünya 

ədəbiyyatı  xəzinəsindən  ən  gözəl  nümunələrin  Azərbaycan  dilinə  orijinaldan 

tərcümə  edilməsində  mühüm  rol  oynayırdı.  O.Süleymenov,  Ç.Aytmatov, 

M.Svetayeva, F.Kafka, R.Rilke, T.Vulf, V.Şukşin, K.Doyl, Q.Markes, U.Folkner, 

B.Yıldız  və  digər  dünya  şöhrətli  ədiblərin  əsərləri  Azərbaycan  dilində  nəşr 

olunmuşdu.  Bu  sahədə  "Xəzər"  jurnalı  və  "Yol"  qəzeti  xüsusən  mühüm  rol 

oynamışdı.  Azərbaycan  ədəbiyyatından  ingilis,  alman,  rus,  fransız,  ərəb,  fars 

dillərinə  çoxlu  tərcümə  edilmişdi.  1996-cı  ildən  "Dünya  Ədəbiyyatı  Korifeyləri" 

seriyası çap olunmağa başlanmışdı.

189

 

"Azərbaycanda  Dünya  Kinosunun  100  illiyi  Fondu"  və  Respublika 



Kinematoqrafçılar  İttifaqı  MDB  və  Baltikyanı  ölkələrin  kinematoqrafçıları 

konfederasiyalarının  dəstəyi  ilə  ənənəvi  Bakı  "Şərq-Qərb"  kinofestivalını  təşkil 

edirdilər. 2002-ci ilin oktyabr ayında V "Şərq-Qərb" kinofestivalında Çin, Rusiya, 

Türkiyə,  Belarus,  Estoniya,  Latviya,  Almaniya,  Çexiya,  Moldova,  Fransa, 



366 

 

Özbəkistan,  Qırğızıstan,  Azərbaycan  və  b.  ölkələrdə  istehsal  edilmiş  filmlər 



nümayiş etdirildi.

190


 

1991-ci ilin oktyabr ayında Moskvada Nizami Gəncəvinin abidəsi açılmışdı. 

Moskva  və  Sankt-Peterburqda  Nizaminin  850  illiyi  təntənə  ilə  qeyd  edilmişdi. 

1994-cü ildə Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Füzulinin 500 illiyinə 

həsr  olunmuş  təntənəli  gecə,  Polad  Bülbüloğlunun  50  illik  yubileyi  münasibətilə 

böyük  konsert  təşkil  olunmuşdu.

191

  2002-ci  ilin  iyun  ayında  Sankt-Peterburqda 



Nizaminin heykəli qoyuldu. 

1996, 1999-cu illərin aprel, 2000-ci ilin mart və 2001, 2002-ci illərin aprel 

aylarında  Rusiya  Federasiyasında  Azərbaycan  mədəniyyəti  günləri  keçirilirdi. 

1999-cu  ilin  may  ayında  Moskvada  Azərbaycan  kinosu  günləri  təşkil  olundu. 

1997-ci  ildə  Moskvada  Rəşid  Behbudovun,  Bülbülün,  Müslüm  Maqomayevin 

(nəvə),  1999-cu  ildə  Rüstəm  İbrahimbəyovun  və  başqalarının  yubiley  gecələri 

keçirilirdi.  2002-ci  il  dekabrın  11-də  Moskvada,  İttifaqlar  Evinin  Sütunlu 

salonunda Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə Fikrət Əmirovun 

80, Niyazinin 90 illiyinə həsr olunmuş böyük konsert oldu.

192 


Xalqın  Rusiya  mədəniyyəti  ilə  daha  yaxından  tanış  olmasına  şərait 

yaradılırdı.  1997-ci  il  martın  31-dən  aprelin  7-dək  Azərbaycanda  Rusiya 

Federasiyası mədəniyyəti günləri keçirilirdi. Böyük Teatr, Vaxtanqov adına Teatr, 

Obraztsov  adına  Kukla  Teatrı,  "Vivaldi  orkestr",  Rusiyanın  məşhur  artistləri  öz 

yaradıcılıq  uğurlarını  nümayiş  etdirirdilər.  Rusiya  Dövlət  Tretyakov 

Qalereyasından görkəmli rus rəssamları Repin, Surikov, Vereşşagin, Serov, Şişkin 

və başqalarının 35 məşhur rəngkarlıq əsəri ilk dəfə olaraq Azərbaycanda (İncəsənət 

Muzeyində)  nümayiş  etdirildi.

193

  Həmin  vaxt  Bakıda  Moskva  günləri  keçirildi. 



2000-ci  ilin  iyun  ayında  Azərbaycanda  Rusiya  Federasiyası  və  Moskva  şəhəri 

mədəniyyəti  günləri,  2002-ci  ilin  aprel  ayında  Rusiya  Federasiyası  mədəniyyəti 

günləri  təşkil  olundu.  2002-ci  ilin  aprelində  İncəsənət  Muzeyində  açılmış 

vernisajda  "XVIII-XX  əsr  Rusiya  incəsənəti"  mövzusunda  Rusiya  muzey  və 

qalereyalarının 3000-dək nadir eksponatı nümayiş etdirilmişdi.

194


 

1997-ci  ilin  sentyabr  ayında  Bakıda  Finlandiya  mədəniyyəti  günləri  təşkil 

edildi. 1999-cu ilin mart ayında Bakıda Dağıstan mədəniyyəti günləri keçirildi.

195


 

2001-ci ilin oktyabr ayında Bakının ən gözəl guşələrindən birində böyük rus 

şairi A.S.Puşkinin möhtəşəm abidəsi (heykəltəraş Yuri Orexov) açıldı.

196


 Həmin il 

Bakı  Slavyan  Universitetində  "Ukrayna  Mədəniyyət  Mərkəzi"  təşkil  edildi, 

"Rusiya Mədəniyyət Mərkəzi" yaradılmağa başlandı.

197


 Kiyevdə Beynəlxalq Kadr 

Akademiyasının  Regionlararası  İşçi  Heyətinin  İdarəetmə  Akademiyası 

çərçivəsində Heydər Əliyev adına "Ukrayna-Azərbaycan Beynəlxalq Münasibətlər 

və Sosial Elmlər İnstitutu" uğurla fəaliyyət göstərirdi.

198

 


367 

 

Azərbaycanın başqa ölkələrlə də mədəni əlaqələri inkişaf edirdi. 1992-ci ilin 



yayında "Azərbaycan-Almaniya Cəmiyyəti" təsis edilmiş, iki ölkə arasında mədəni 

əlaqələrin  inkişafı  üçün  münasib  imkanlar  açılmışdı.

199

  1995-ci  ilin  baharında 



Almaniyada Azərbaycan, Azərbaycanda isə Almaniya fırça ustalarının əsərlərindən 

ibarət sərgilər təşkil olunmuşdu.

200

 1996-cı ilin sonlarında Azərbaycan-İran mədəni 



əməkdaşlığı haqqında  müqavilə imzalandı.

201


  Həmin  il  Azərbaycan-İsveç  Dostluq 

Cəmiyyəti  yaradıldı.

202

1998-ci  ilin  fevral  ayında  Azərbaycan-Dağıstan  Dostluq 



Cəmiyyəti  təsis  edildi.  2001-ci  ilin  may  ayında  Belçika-Azərbaycan  Dostluq 

Cəmiyyəti yaradıldı.

204

 2002-ci ilin aprel ayında Azərbaycan-Avstriya Mədəniyyət 



Mərkəzi  tərəfindən  Avstriyada  təşkil  edilmiş  Azərbaycan  mədəniyyəti  günləri 

yüksək  səviyyədə  keçirilmişdi.  Avstriya  və  Azərbaycan  kitabxanaları  arasında 

əməkdaşlıq  haqqında  müqavilə  imzalanmışdı.  2002-ci  ilin  yayında  Avstriya  və 

Azərbaycanın  mədəniyyət  xadimləri  birgə  layihə  əsasında  ("Uşaq  səsləri" 

Beynəlxalq  festivalı  çərçivəsində)  Avstriya  bəstəkarı  Ulf-Diter  Soykanın 

Azərbaycan  nağılının  motivləri  əsasında  yazdığı  "Leylanın  arzusu  və  ya  narazı 

şahzadə  xanım"  uşaq  operası  Vyanada  Azərbaycan  və  alman  dillərində  tamaşaya 

qoyuldu.  2002-ci  ilin  sentyabr  ayında  Bakıda  Avstriya  mədəniyyəti  günləri 

keçirildi.

205


  Həmin  ilin  noyabr  ayında  Tehranda  İran  və  Azərbaycan  Respublikası 

alimləri  və  bəstəkarlarının  iştirakı  ilə  Birinci  Beynəlxalq  Azərbaycan  Musiqisi 

seminarı keçirildi.

206


 

2002-ci  il  oktyabrın  1-5-də  Bakıda  Azərbaycan,  Skandinaviya  və  Cənubi 

Amerika ölkələri musiqiçilərinin iştirak etdiyi I Beynəlxalq Milli Musiqi Festivalı 

keçirildi.

207

 

Azərbaycan  xalqının  qədim  yazılı  abidəsi  -  "Kitabi-Dədə  Qorqud"  rumın 



dilinə tərcümə edilib Buxarestdə çap olundu (professor Y.Nezvət tərcümə edib).

208


 

2002-ci  ilin  aprelində  "Azərbaycan-Yaponiya  Cəmiyyəti"nin  təşəbbüsü  ilə 

"Azərbaycanda Yaponiya baharı" mövzusunda sərgi düzənlənmişdir.

209


 

Bakı  Təbriz  və  Paris  şəhərləri  ilə  qardaşlaşmışdı.  Sumqayıt  şəhəri  ilə 

Almaniyanın Lüdviqshafen şəhəri arasında hələ 70-ci illərin ortalarından başlanmış 

dostluq və  əməkdaşlıq əlaqələri bərpa olunmuşdu.

210

  1997-ci  ildə  Lüdviqshafenin 



mərkəzi küçələrindən birinə "Sumqayıt" adı verilmişdi. Sumqayıtda qardaş şəhərin 

şərəfinə  park  açılmışdı.

211

  2002-ci  ildə  bu  əlaqələrin  yaranmasının  25  illiyi  qeyd 



edilmişdi.

212


 

ABŞ-Azərbaycan partnyorluq münasibətlərinin yaranması hələ 1972-ci ildə 

qardaşlaşmış Bakı  və  Hyuston şəhərləri arasında  əlaqələrin  genişlənməsinə  səbəb 

olmuşdu. 

Beləliklə,  Azərbaycan  dövlət  müstəqilliyinin  bərpa  olunması  və 

möhkəmləndirilməsi,  milli  ideologiyanın  xalqın  mədəni,  mütərəqqi  dini  ənənələri 

və ümumbəşəri dəyərlər əsasında formalaşmasına qayğı göstərilməsi, bu ənənə və 


368 

 

dəyərlərə  zidd  hallara  qarşı  mübarizə  aparılması  insanların  mənəvi  aləmini 



zənginləşdirir, xalqın intellektual mədəni tərəqqisinə xidmət edirdi. 

 

 



369 

 

 



 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin