Viii fəSİl multikulturaliZMİn cəMİYYƏTİn siyasi, İQTİsadi, sosial və MƏDƏNİ İNKİŞafina təSİRİ



Yüklə 134,69 Kb.
səhifə2/5
tarix16.12.2022
ölçüsü134,69 Kb.
#75462
1   2   3   4   5
multi fərhad (1)

Multikultural təhlükəsizlik


Son zamanlar “multikultural təhlükəsizlik” məfhumu multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer alır və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm rol oynayır. Məlum olduğu kimi, milli təhlükəsizlik sisteminin bir çox komponentləri vardır. İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. hər biri ayrılıqda və bütövlükdə dövlətin yaşaması üçün vacib komponentlərdir. Bu sistemin içərisinə mənəvi, ideoloji həyatın ayrılmaz hissəsi olan multikultural dəyərləri də bir bütöv təhlükəsizlik komponenti kimi daxil etmək vacibdir. Hər bir çoxmədəniyyətli ölkə öz enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir.


Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların etnik-mədəni dəyərlərinin qorunması deməkdir. Əvvəlki fəsildə qeyd olunduğu kimi, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə xalqların etnik-mədəni dəyərlərin qorunması təmin olunmadıqda cəmiyyətin inkişafında etnik-dini zəmində ciddi problemlər, hətta münaqişələr yaranır.
Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, bu, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində etnik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir.
Beləliklə, multikultural təhlükəsizlik anlayışı da multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer alır və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm rol oynayır.
Bununla belə qeyd etmək lazımdır ki, hazırda multikulturalizm ilə təhlükəsizlik ideyası arasındakı münasibətlərin dəyərləndirilməsinə dair müxtəlif mövqelər vardır. Xüsusən Qərbdə siyasətçilərin və tədqiqatçıların bu mövzuda debatları səngimək bilmir. 2001-ci il 11 sentyabrda ABŞ-da baş vermiş məlum terror hadisələrindən sonra bir çox Qərb siyasətçiləri, o cümlədən bəzi tədqiqatçılar multikulturalzmi liberal ənənələri olan ölkələrin milli təhlükəsizliyinə təhdid kimi görməyə başladılar. Nəticədə Avropa və Şimali Amerikada yerli müsəlman icmalarına qarşı dövlət maraqları adına fövqəladə

hallar üçün nəzərdə tutulan tədbirlər həyata keçirilməyə başladı. Terrorçuluqda şübhəli bilinən müsəlman inanclı şəxslərin qeyri-müəyyən müddətə həbsdə saxlanılması, istintaq zamanı onlara qarşı işgəncələrə yol verilməsi, yerli müsəlmanların telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi və bu kimi başqa əməliyyatların həyata keçirilməsini hüquq müdafiəçiləri tənqid etdi. Hüquq müdafiəçiləri bu əməliyyatları qərb cəmiyyətlərinin demokratik dəyərlərinə zərbə kimi qələmə verməyə çalışır və bu cəmiyyətlərdə milliyyətçiliyin siyasi mühitdə dəyərə çevrilməsi perspektivini vurğulayaraq multikulturalzmdən rəsmi bir diskurs kimi imtina təmayüllərindən narahatlıqlarını bildirdilər. Bu təmayüllərin əsasən mühacirlərə, “etnik anklavlar”a və, ümumiyyətlə isə, mədəni müxtəlifliyə qarşı siyasətçilərdə gəlişən irqçi və ksenofobik münasibətlərdən və dövlət maraqları ilə assosiasiya olunan etnik-mədəni kimliyin xələldar ola biləcəyi əndişəsindən qaynaqlandığını da diqqətə çəkirlər. Əlbəttə, bu müşahidələrlə razılaşmamaq olmur. Həm də ona görə ki, qərb toplumlarında ortaya çıxan terror problemlərinin kökünü multikulturalizmdə görənlərin siyasi məntiqi ilə bağlı qənaətlər artıq ayrı-ayrı müəlliflərin təhlillərindən xeyli kənara çıxaraq ara-sıra dünya mediasında da səsləndirilir.
Multikulturalizmin dövlətin siyasi potensialının güclənməsində oynadığı müsbət rolu diqqət çəkənlər isə bunun örnəklərini Kanada, Avstraliya, İsveçrə və Azərbaycan kimi ölkələrin timsalında təqdim edirlər. Bu barədə xüsusi təhlilə varmadan öncə qeyd edək ki, multukulturalizmlə bağlı bütün fərqli dəyərləndirmələrin fonunda multikultural təhlükəsizlik məsələsi yeni bir paradiqma kimi artıq özünü təsdiq etməkdədir.
Multikultural təhlükəsizlik milli təhlükəsizlyin vacib komponenti kimi anlaşılır və ona görə də aydındır ki, bu yeni paradiqma ölkə daxilində multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə tutur. Başqa sözlə desək, dövlət çoxmədəniyyətlilik mühitinin özündə maraqlı olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu səbəbdən də multikultural təhlükəsizliyi ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı multikultural durumun qorunub saxlanması və inkişaf etdirilməsidır. Əlbəttə, bu situasiyanın əsas qaynağı etnik və dini müxtəliflik amili olduğundan diqqət başlıca olaraq ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin
edilməsinə yönəldilir və söhbət ilk növbədə bu maraqların vahid dövlət maraqları ilə uzlaşdırılmasından gedir. Multikultural təhlükəsizliyin qeyd olunan prinsipi kontekstində başlıca olaraq bir dövlət ərazisində tarixən məskunlaşmış müxtəlif etnik icmaların hər birinin milli adət-ənənələrinin, dilinin, ümumiyyətlə, milli kimliyinin qorunmasından danışmaq lazım gəlir. Yəni, multikultural təhlükəsizlik paradiqması say tərkibindən asılı olmayaraq bütün etnik, irqi, dini qruplara aid mədəniyyətlərin, necə deyərlər, təhlükəsizliyini təmin edir.
Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması ilə müəyyən edilir. Bu prinsipin həyata keçirilməsini Azərbaycanın timsalında təqdim etmək mümkündür.
Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udilər, inqloylar, buduqlar, xınalıqlılar, qrızlar, habelə yəhudilər, talışlar, ruslar, avarlar, ləzgilər, gürcülər, kürdlər, yaxın keçmişdə almanlar və digər xalqlar və etnik qruplar öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların əsassız iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadi sferada, təhsildə, mədəni-mənəvi müstəvidə, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Ölkədə məskunlaşmış bütün xalqların və etnik qrupların nümayəndələrinə dövlət tərəfindən bərabər, eyni münasibətin göstərilməsi bu prinsipin əsasını təşkil edir.
Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan etnik-mədəni müxtəlifliyin qorunmasına və inkişafına cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsindən formalaşır. Etnik-mədəni müxtəlifliyin qorunmasına və inkişafına cəmiyyət tərəfindən göstərilən dəstəyin məzmununa gəldikdə, ilk növbədə ölkədə yaşayan milli azlıqların ölkə daxilində özlərini yaşadıqları cəmiyyətin tam hüquqlu üzvü hesab etmələri, burada bütün sahələrdə fəal iştirak etmələridir.
Beləliklə, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə

multikultural təhlükəsizliyin təmin edilməsi çoxmədəniyyətli ölkə üçün böyük praktiki əhəmiyyət kəsb edən bir məsələdir. Multikultural təhlükəsizliyin təmin edilməsi həm titul xalqın, həm də milli azlıqların maraqlarına cavab verir.



    1. Yüklə 134,69 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin