Bismillahir-Rəhmanir-Rəhim.
Burada danışan dostlara ürəkdən təşəkkür edirəm; həm təşkilatlar tərəfindən danışan dostlara, həm öz şəxsi fikrini bildirən və faydalı sözləri bizə çatdıran dostlara. Qeyd edim ki, bu sözlərin bəzisi mənim üçün maraqlı idi və bəlkə də bu yönümdə bəzi işlərin görülməsi lazım oldu. Lakin bundan da gözəli odur ki, bizim gənclərimizin, tələbələrimizin müxtəlif məsələlər, o cümlədən, universitet məsələləri, siyasi və ictimai məsələlər sahəsində fikrləri, tələbləri, iddiaları var. Bu mənim üçün gözəldir. Mən dəfələrlə demişəm: O gündən qorxmaq lazımdır ki, bizim gəncimizin, tələbəmizin universitetdə fikir yürütməyə, söz soruşmağa və istək bildirməyə marağı olmasın. Bizim bütün səyimiz ölkəmizin gənc nəslində, xüsusən də elmi gənclərində müxtəlif sahələrdə tələb etmək və istəmək ruhiyyəsini genişləndirmək olmalıdır. Əgər bu olsa, o tələblərin hamısı həyata keçməyə də bilər, lakin şübhəsiz, belə tələblərlə yaxşı gələcək və aydın bir üfüq bizi gözləyəcək.
Rəhbərin sözlərinin açıqlığı
Əvvəldə deməyin lazım olduğu açar məsələlər var. Əzizlərin biri burada dedi. Bu, rəhbərlə xalqın əlaqələri və orada-burada deyilən fikirlər haqqındadır. Məclisdə deyilən məsələ meyar deyil. Mənim sözüm dediklərimdir. Ölkənin və quruluşun xeyrini nəzərə alıb bəzi sözləri deməyə bilərik. Amma onun əksini deyib, sonra xüsusi bir iclasda düzəltmirik. Bir çox məsələlər var ki, onları demək ölkə məmurlarına haramdır; deməməlidirlər. Biz bildiklərimizin hamısını desək, təkcə siz eşitməyəcəksiniz, düşmənləriniz də eşidəcəklər. Bu, əsla toplantıda deyiləsi söz deyil. Şübhəsiz, bəzi məsələləri deməmək lazımdır. Amma deməmək lazım olanı demirik, nəinki əksini deyib beyinlərdə çaşqınlıq yaradırıq. Bu, əvvəldə aydın olmalıdır. Bizim sözümüz bizdən eşitdiyinizdir; istər cümə namazında, istər ümumi görüşlərdə, istər tələbə görüşlərində və digər çıxışlarda.
Başqa bir istəyi də deyim. Elmi istedadlar kimi gəlib burada söhbət edən tələbələr yaxşı söz dedilər. Əlbəttə, tez-tez danışdılar. Mən bütün xırdalıqlarını eşitmədim. Qeyd etdim ki, bunu dostlara deyim. Xahiş edirəm nəzərinizdə olanları müəyyən təkliflərlə kağız üzərində yazın; həm özünüz üçün yaxşıdır, həm də bizə verin ki, lazım olan tədbiri görə bilək.
Tələbə fəaliyyətlərində mötədillik
Mənim tələbələrə tövsiyəm dediyim məsələdir: siyasi, ictimai, elmi və universitetə aid məsələlərdə istəmək, tələb etmək, iddiaya malik olmaq; amma ağılla yanaşı. İnqilabın əvvəlindən indiyədək hətta münasib olmayan bəzi hərəkətlərin baş verdiyi və mənim Tehran universitetinə gəlib gənclərlə söhbət etdiyim günlərdə də fikrim və üslubum bu olub ki, tələbə gərək ifrat və təfritdən çəkinsin. Mən hər hansı bir işdə ifratçılıqla müvafiq deyiləm. Mötədilliklə, məntiqli və düzgün üsulla məsələləri izləyin və bilin ki, sizin istəməyinizin və maraqlanmağınızın təsiri var. Sizdə belə yanlış təsəvvür yaranmasın ki, nə faydası var. Xeyr, tam faydalıdır. Burada bir məmur ədalətsevərlik sözünü dilə gətirdi. Əgər misal üçün, bu şüar deyilsəydi və sonra cəmiyyətdə heç kim ədalət bayrağını ucaltmasaydı, əmin olun ki, bugünkü kimi ədalətsevər hökumət və ədalətsevərlik mövzüsu olmayacaqdı. Siz etdiniz, siz gənclərin işi idi. Ədalətsevərlik hərəkatı, ədalətsevərlik adı ilə bu məsələni universitetlərdə mömin, məsuliyyətli və öhdəlikli gənclər ortaya qoydular, dedilər. Təkrar olunduqda isə ümumi bir mövzu formasına düşür. Nəticəsi xalqın seçim, istiqamət, şüar və səslərində görsənir. Buna əsasən, siz bir addım irəliyə keçdiniz.
Əməldə və böyük amalllarda davamlılıq
Mən görürəm ki, istər bu məclisdə, istər bəlkə bundan da çox, mənimlə digər əlaqələrdə bəzi tələbə dostların beynində ədalət, ayrıseçkiliyin aradan qaldırılması və fəsadla mübarizə ilə bağlı sualları ola bilər. Düşünə bilərlər ki, həmişə desək, nə olacaq. Bəli, dediniz və oldu, lakin gözləmək olmaz ki, bizim istədiyimiz hər bir iş qısa müddətdə həyata keçsin. Böyük amallar heç bir şəraitdə qısa müddətdə həyata keçmir. Böyük amalların davamlı işə ehtiyacı var. İşi davamlı surətdə görmək lazımdır, nəticəyə isə ümidi üzmək olmaz.
Universiteti bitirən kimi yadınızdan çıxmasın ki, tələbə təşkilatında, tələbələr arasında, sinifdə, belə məclislərdə nə deyirdiniz, nə istəyirdiniz, bir amal kimi hansı məsələləri ortaya qoyurdunuz. Bunları unutmayın, bunları qoruyun. Bizim problemlərimizin biri budur. Adamlar bir neçə gün bir mühitdə olanda bir rəngə düşürlər. O mühitdən uzaqlaşanda isə kürədən çıxmış dəmir kimi olurlar; nə qədər ki, kürənin içindədir, rəngi qırmızıdır, çıxarandan sonra tədricən qaralır. Belə olmayın, daxildən çağlayın. Bu fikirləri ürəyinizdə köklü edin. Əlbəttə, mötərizə arasında deyim: yolu budur ki, bunu imanınıza və dini etiqadlarınıza birləşdirin. O zaman ilahi vəzifə insanı heç zaman boş qoymur. Siz bu gün tələbəsiniz və universitet var, gənclik mühitidir, qızışırsınız, ədalət, amalçılıq və sair... İki gündən sonra tələbə mühitindən xaric olanda hər şey birdən-birə yadınızdan çıxmasın, yaxud tədricən unudulmasın. Bu, düzgün deyil.
Tələbə təşkilatları və siyasi istedad yetişdirmək
Biz elmi istedad yetişdirmək barədə danışdıq, mən indi siyasi istedad yetişdirməyi tövsiyə edirəm. Mən təsdiq edirəm ki, mediada, televiziya və radioda siyasi və ictimai istedadlar tanıtdırılmalıdır. Dostların biri bunu dedi, tamamilə doğrudur. Mən də dəstəkləyirəm və bu iş görülməlidir. Lakin istedad yetişdirməyin bir hissəsi də sizə aiddir. Yəni tələbə təşkilatlarında siyasi istedadlar yetişməlidir. Şəraiti hazırlayın. Bu daha hökumətin və universitetdən xaric bir mərkəzin əlində deyil, sizin öz əllərinizdədir. Fikirdən, beyindən istifadə edin, görün sizdən sonra gələcək yeni təbəqədə mübahisə, əsaslandırma, ruhiyyə və ümidin gücləndirilməsi, siyasi fikir təməllərinin möhkəmləndirilməsi şəraitini necə proqramlaşdıra bilərsiniz ki, tələbə təbəqəsinin həmişə belə uca məqsəd və amallar yolunda hərəkət edəcəyinə əmin olaq. Əlbəttə, yayınmalardan ehtiyatlı olmaq lazımdır. Əyri gedişləri görmək və tanımaq lazımdır.
Fəqihin rəhbərliyinə zidd çıxmaq nə deməkdir?
Tələbə tələblərinin ardınca bir məqama da toxunum. Tələb etmək düşmənçilik deyil. Biz dedik ki, dövlət məmurları ilə çəkişmə olmasın. İndi də bunun üzərində təkid edirik. Amma bu, tənqid və tələb etməmək demək deyil. Rəhbər barədə də belədir. Əziz qardaşımız deyir ki, “fəqihin rəhbərliyinə zidd çıxmaq” sözünü izah edin. Fars dilində “zidd” sözünün mənası bəllidir. Ziddiyyyət - vuruşmaq və düşmənçilik etmək deməkdir, inanmamaq yox. Hansısa prinsipə, etiqada inanmamaq zidd olmaq deyil. Əlbəttə, “fəqihin rəhbərliyinə zidd çıxanlar” sözü göydən enmiş ayə deyil ki, hədlərini dəqiq müəyyən edək. Hər halda, bir ənənədir. 44-cü maddənin siyasətlərinə etiraz etmək fəqihin rəhbərliyinə zidd çıxmaq deyil. Rəhbərin xüsusi fikirlərinə etiraz etmək ona zidd çıxmaq deyil. Düşmənçilik etmək olmaz. İki tələbə bir-birinin yanında otururlar, bir-biri ilə yaxın dostdurlar, çox səmimidirlər, bir yerdə dərs oxuyurlar, müzakirə edirlər, bir-birinin sözünü rədd edirlər; bu onun sözünü rədd edir, o bunun sözünü rədd edir. Sözü rədd etmək müxalifətçilik, zidd çıxmaq mənasında deyil. Bu anlayışları bir-birindən ayırmaq lazımdır. Mən hökumətləri müdafiə etmişəm, bu hökuməti də müdafiə edirəm. Bunun mənası o deyil ki, görülən işlərin bütün xırdalıqları mənim tərəfimdən təsdiq olunur, yaxud mən hamısından xəbərdaram. Xeyr, belə deyil. Rəhbərin elə hadisələrdən xəbərdar olması lazımdır ki, onun qərar, məqsəd və vəzifələri ilə əlaqədar olsun. Belə deyil ki, hökumətdə, nazirliklərdə baş verən hər bir şeydən mütləq xəbərdar olmalıdır. Yox, bu nə lazımdır, nə də mümkün. Onlarla müvafiq olmaq da lazım deyil. Rəhbər icra işlərinə qarşmır, hər kəsin vəzifəsi bəllidir. Hər bir məmur, nazir, rəis öz vəzifələrini yerinə yetirməlidir. Buna əsasən, biz heç zaman tənqid etməyi müxalifət və zidd çıxmaq bilmirik. Bəziləri elə bilirlər ki, biz dövlət məmurlarını və möhtərəm kabineti müdafiə ediriksə, onları tənqid etmək olmaz, yaxud mən özüm tənqid etmirəm. Xeyr, bəzi yerlərdə tənqidim var.
İlahi! Mən övladlarım olan bu gəncləri Sənə tapşırıram.
İlahi! Onların hamısını Öz himayən, hidayətin və lütfün altında saxla!
İlahi! Ölkəmizin gənc nəslini bu ölkənin ideal gələcəyini qurmağa müvəffəq et!
İlahi! Öz razılığını hamısının hərəkət, məqsəd və fəaliyyətlərinə şamil et!
İlahi! Bizim gənclərimizi əməllə yanaşı olan məqsədli və səmərəli elm uğrunda müvəffəq et!
İlahi! Dövrün imamının müqəddəs qəlbini bizdən razı et! Əziz şəhidlərimizin və imamın pak ruhlarını bizdən razı et!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |