VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə20/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   16   17   18   19   20   21   22   23   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Farmakoloji təsiri. Qankəsici vasitə kimi istifadə olunur. Bitkinin yarpaqlarının təsiri onların tərkibində olan vitamin kompleksi ilə bağlıdır. Bitkinin xammalı və preparatları hipo- və avitaminoz zamanı qanın tərkibində hemoqlobinin səviyyəsini qaldırır və ertirosotlərin miqdarını artırır. K1 vitamini və silisium duzları qanın laxtalanmasını artırır, xlorofil mübadilə proseslərini, zədələnmiş toxumaların qranulyasiya və epitelizasiyasını stimullaşdırır, yaralardan axan ekssudadasiyanı azaldır, uşaqlığın, həzm traktı orqanlarının selikli qişalarının regenerasiya proseslərini yüksəldir, ödqovucu və iltihab əleyhinə təsir göstərir. Bitkinin xammalı həmçinin orqanizmdə lipid mübadiləsini normaya salır, eritripoezi stimullaşdırır, toxumaların regenerasiya prosesini sürətləndirir.
Lektinlər iltihab əleyhinə və antineoplastik təsirə malikdir və daha çox prostatitin müalicəsində istifadə edilən preparatların tərkibinə daxil edilir.
Gicitkən həm də diuretik vasitə hesab olunur, revmatizm və eləcə də podaqranın müalicəsində istifadə olunur. Onun diuretik effekti tərkibində olan yüksək miqdarda kalium duzları ilə bağlıdır. Sidikçıxarıcı yolların iltihabında, kiçik ölçülü böyrək daşları əmələ gəldikdə, həmçinin sidik-cinsiyyət xəstəliklərində bu orqanların gicitkən dəmləməsi ilə təmizlənməsi vacibdir. Çünki bitki diskrazizasiya əleyhinə geniş təsir göstərir.
İkievli gicitkənin preparatları prostat vəzinin xəstəlikləri zamanı müşahidə olunan sidik ifrazının pozğunluqlarında təyin olunur. Bu məqsədlə bitkinin kökümsovu istifadə edilir.
Bitkinin kökümsovundan alınmış çıxarış prostat vəzinin xoşxassəli hiperplaziyasının birinci və ikinci mərhələsində müsbət effekt göstərir. Bu effekt bilavasitə fitosterinlərlə bağlıdır. Gicitkən kökümsovu prostatın qan təchizatına aydın müşahidə olunan təsir göstərir və onun ölçüsünü azaldır. Bitkinin preparatları uzun müddət müalicə aparmaq üçün yararlıdır.
İstifadəsi. Gicitkən aterosklerozun, dəmir qıtlıqlı anemiyanın, xolesistitin, qastritin, mədə və onikibarmaq bağırsağın yara xəstəliklərinin, nefritin, pielonefritin, sistitin, daxili qanaxmaların (uşaqlıq qanaxmaları da daxil olmaqla), podaqranın, revmatizmin, ekzemanın, diatezin, şəkərli diabetin, babasil xəstəliyinin və piylənmənin müalicəsində təyin olunur. Xaricə isə irinli yaraların, yanıqların, ekzemaların müalicəsində faydalıdır.
Bitkinin yarpaqlarının dəmləməsi bağırsaq, babasil, böyrək, ağ ciyər, uşaqlıq qanaxmalarında, həmçinin sidikdaşı xəstəliklərində, podaqrada, babasildə daxilə qəbul edilir.
Gicitkən yarpaqları tərkibində K1 vitamini olan xammallara aid olsa da, çox qiymətli polivitamin mənbəyi hesab olunur və müxtəlif hipo- və avitaminozlarda istifadə olunur.
Gicitkən yarpaqları müxtəlif etiologiyalı daxili qanaxmalarda: uşaqlıq, babasil, mədə, həmçinin xaricə xroniki yaraların müalicəsində təyin edilir. Orqanizmdə maddələr mübadiləsinə yaxşı təsir göstərir. Ümumi tonizəedici effektə malikdir, hemoqlobinin miqdarını artırır, saya əzələlərin tonusunu qaldırır.
Gicitkən yarpağının briketi və duru ekstraktı hazırlanır.
Gicitkən yarpaqları mədə-bağırsaq və polivitaminli yığıntı və çayların tərkibinə daxildir.
Təzə cavan yarpaqlarının şirəsi çox sadə və səmərəli istifadə formasıdır. Sidikdaşı və öddaşı xəstəliklərində gündə 3 dəfə 1 xörək qaşığı olmaqla təyin edilir.
Bitkinin yarpaqlarının 70 %-li etil spirtində hazırlanmış duru ekstraktı qankəsici vasitə kimi ağ ciyər, böyrək, uşaqlıq və bağırsaq qanaxmalarında istifadə olunur.
Təzə gicitkənin kompres şəklində istifadəsi son illər geniş tətbiq olunur. Gicitkənin tükcüklərinin tərkibində olan birləşmələr dərijə keçir, davamlı istilik hissi yaradır ki, bu da, xüsusən, lümbaqo və işialgiya zamanı çox effektlidir.
Təzə və ya qurudulmuş yarpaqlarının tozunu xaricə irinli və xroniki varikoz yaraların müalicəsində tətbiq edirlər.
Bitkinin çıxarışları “Menodaron”, “Prostaqut damcı”, “Ensian-anaemodoron”, “Kombudaron”, “Prostavit”, “Alloxol”, “Koprivit”, “Prostaqut forte”, “Ultravit prostaplyus” və s. preparatların tərkibinə daxildir.
“Alloxol” kombinə olunmuş preparat olub, tərkibinə quru öd, sarımsaq ekstraktı, gicitkən ekstraktı və aktivləşdirilmiş kömür daxildir. Xroniki hepatitdə, xolangitdə, xolesistitdə və qəbizlikdə gündə 3 dəfə yeməkdən sonra olmaqla 2 draje miqdarında daxilə qəbul edilir.
Son illər gicitkənin kökümsovundan «Urtiron», “Bazoton”, “Prostaforton”, “Prostaherb”, “Prostaneurin”, “Prostavern urtika”, “Urtika APS”, “Urtipret” və s. preparatlar alınmış və prostat vəzinin xəstəliklərində, eləcə də dismenoreya, revmatizm, virus xəstəlikləri (herpes) və ekzemalar zamanı istifadə olunur.
Bitkinin yarpaqları vitaminli bitki yığıntısının tərkibinə daxildir (gicitkəın yarpağöı 3 hissə, qırmızı quşarmudu meyvələri 7 hissə). Həmçinin bir çox bitki yığıntılarının tərkibinə daxil edilmişdir.
Son illər bitkinin yarpaqlarının tərkibində olan polisaxaridlərin immunstimuləedici xassəsi aşkar edilmişdir.
Gicitkən yarpaqlarından həmçinin əczaçılıqda və yeyinti sənayesində istifadə edilən xlorofill alınır. Xlorofill ümumi tonizəedici təsir göstərir, əsas mübadilə proseslərini gücləndirir, zədələnmiş toxumaların epitelizasiyasını və qranulyasiyasını stimullaşdırır.



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin