VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə18/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Dərman xammalı. Bitkinin bitdiyi yerdən asılı olaraq meyvələri avqust-sentyabr aylarında və ya payızın sonunda ilk şaxtalardan sonra tədarük edirlər. Azərbaycan şə-raitində xammalın oktyabr ayında toplanması məqsədəuyğundur.
Yetişmiş meyvələri çox zərif olub, toplandıqda asanlıqla partlayır və əzilir. Təzə tədarük olunmuş meyvələrin əsas kütləsini lətli meyvəyanlığı təşkil edir. Toxumlar isə ümumi kütlənin 10 %-i miqdarında olur.
Don vurmuş meyvələr, çaytikanının budaqlarını silkələdikdə və ya ağacla vurduqda asanlıqla sərilmiş parçanın və ya müşəmbənin üzərinə tökülür. Meyvələri tədarük etmək üçün xırda budaqları kəsib qurutmaq və sonra qurumuş meyvələri ayırmaq da olar.
Çaytikanı polimorf bitki olduğundan meyvələrin ölçüləri və rəngləri çox dəyişkən-dir. Meyvələri sarı, narıncı və qırmızı rənglərdə olur.
Çaytikanının xırda meyvəli çeşidləri daha məhsuldardır və yağla zəngindir. Lakin yağın çoxluğu, karotinoidlərin də meyvələrdə çox olduğunu göstərmir, adətən, az yağlı meyvələrdə kakrotinoidlər daha çox toplanır.
Farmakoloji təsiri. Çaytikanı meyvələri regenerasiyaedici, yarasağaldıcı, yara əleyhinə, bakterisid və ağrıkəsici xassəyə malikdir. Bitkinin meyvələrinin farmakoloji təsiri onun tərkibində olan bioloji fəal maddələrin məcmuyu ilə əlaqədardır. E vitamini və karotinoidlər yaraların sağalması prosesini sürətləndirir, yağda həll olan vitaminlər və doymamış yağ turşuları antisklerotik təsirə malikdir. Çaytikanı yağı toxumaların epitelizasiyasını və qranulyasiyasını gücləndirir, ona görə də mədənin və onikibarmaq bağırsağın yara xəstələiklərinin müalicəsində, həzm borusunun və bağırsaqların zədələnmələrində daxilə istifadə edilir. Xaricə isə yanıqlarda, ekzemalarda, prolejnyax, dərinin və selikli qişaların şüa ilə zədələnmələrində, ginekoloji praktikada (uşaqlıq boynunun eroziyasında) təyin olunur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, çaytikanı meyvələrindən alınmış yağının və onun tərkib hisələrinin bioloji fəallığı ilk növbədə kimyəvi agentlər vasitəsilə dərdi törədilmiş yanıq modeli üzərində öyrənilmişdir. Müəyyən edilmişdir ki, çaytikanı yağı yanıqların sağalması prosesini sürətləndirir. Belə hesa edilir ki, çaytikanı yağının nisbətən fəal tərkib hissəsi sterinlərdir. Çaytikanı yağı birbaşa yaraya təmas etdikdə bərpa proseslərini stimullaşdırır. Çaytikanı yağının gözün buynuz qişasına regenerasiyaedici təsir göstərməsi klinik tədqiqatlar vasitəsilə sübut edilmişdir. Buynuz qişanın defekti olan hallarda çaytikanı yağı təyin edildikdə bərpa prosesi daha sürətlə getmişdir. Həmçinin müəyyən edilmişdir ki, çaytikanı yağı antibakterial xassəyə malikdir, qızılı stafilokokkların, eşerixiyaların, proteylərin və hemolitik streptokokkların inkişafını zəiflədir.
Çaytikanı yağının mədə şirəsinin sekresiyasına inhibəedici təsir göstərməsi müəyyən edilmişdir.
Aparılmış müxtəlif eksperimentlər nəticəsində çaytikanı yağının alkoqol intoksikasiyası və dördxlorlu karbonla törədilmiş qaraciyər xəstəliklərində faydalı olması aşkar edilmişdir. Preparat həmçinin qaraciyərdə lipid mübadiləsinə müsbət təsir göstərir, tərkibində olan tokoferolun hesabına bioloji membranları kimyəvi agentlərin zədələyici faktorlarından mühaizə edir və membranlarda lipidlərin peroksid oksidləşməsi reaksiyalarına müsbət təsir göstərir. Ehtimal edilir ki, çaytikanı yağının hüceyrə və subhüceyrə səviyyəsində kəskin və xroniki intoksikasiyalara təsir göstərməsi preparatın qaraciyərdə nuklein turşularının konsentrasiyasını artırması və hüceyrə və subhüceyrə mebranlarına mühafizəedici təsir göstərməsi ilə bağlıdır.
Çaytikanı yağı həmçinin aterosklerotik proseslərinin gedişini ləngidir, nəticədə qan zərdabında xolesterinin, p-lipoproteidlərin və ümumi lipidlərin miqdarı tədricəb azalır. Çaytikanı yağının antisklerotik təsiri onun tərkibində olan linol və linolen turşuları, yağda həll olan A və E vitaminləri, fosfolipidlər və fitosterinlərlə əlaqədardır.
İstifadəsi. Çaytikanı yağı yanıqlarda, trofiki yaralarda, epitelizasiyanın zəif getdiyi dəri xəstəliklərində, yataq yaralarının müalicəsində istifadə olunur. Preparatdan həmçinin yara boşluğuna yeritdikdə, laporatomiyalar zamanı naqnoeniyadan sonra yaraların qranulyasiyası tez gedir və onlar irinli təbəqələrdən təmizlənir.
Çaytikanı yağı ginekoloji praktikada uşaqlıq boynun eroziyalarında və digər iltihabi xəstəliklərdə istifadə olunur.
Preparatın göz yanıqlarında yüksək terapevtik effekti müşahidə edilmişdir. Gözün buynuz qişasının yanıqlarında xəstələrə çaytikanı yağı təyin edildikdə, artıq bir sutkadan sonra buynuz qişanın infiltrasiyasının azalması, yaraətrafı sahənin qalınlaşması, vaskulyarizasiyaın sürətlənməsi baş verir. Yaralar irindən təmizlənmiş və intensiv regenerasiya baş vermişdir.
Çaytikanı meyvələrindən bitki yağları ilə ekstraksiya və ya üzvi həlledicilərlə (xladon və ya heksanla ekstraksiya) çıxarış aparmaqla yağ və ondan da çaytikanı yağı - Oleum Hippophaes preparatı alınır. Preparat qırmızımtıl-narıncı rəngdə olub, xoşagələn dada və iyə malikdir, qranulaedici, epitelizasiyaedici və ağrıkəsici təsirə malikdir. Xaricə povyazok və ya tampon şəklində dəri və selikli qişaların yanıqlarında, yataq yaralarında, donvurmada, prolejney, kolpitdə, uşaqlıq boynunun eroziyalarında və endoservisitlərində, dərinin şüa ilə zədələnmələrinin müalicəsində tətbiq edilir.
Çaytikanı yağı mədənin və onikibarmaq bağırsağın yara xəstəliklərinin kompleks müalicəsində və yemək borusuniun zədələnmələrində istifadə edilir. Yemək borusunun xərçəng xəstələyinin terapiyasında bütün müalicə kursu ərzində və o başa çatdıqdan 2-3 həftə sonrakı müddətdə xəstələrə çaytikanı yağı təyin edilir. Praparatın təyinindən sonra xəstələrin ümumi vəziyyəti yaxşılaşır, mədə şirəsinin turşuluğu dəyişməz qalır.
Yara-eroziya mənşəli proktitlərdə, eroziya-yara sfinkteritlərdə, anusətrafı nahiyənin çatlarında, kataral və atrofik proktitlərdə, daxili babsillərdə və xroniki enterokolit olan xəstələrdə çaytikanı yağının istifadəsi müsbət nəticə verir.
Çaytikanı yağı «Olazol», «Oblekol» və «Hipozol» preparatlarının əsasını təşkil edir.
Çaytikanı yağı həmçinin ginekoloji xəstəlklərin, kolpit, endoservisit, mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsində də istifadə olunur. Uşaqlıq boynunun eroziyalarında tampon 5-10 ml çaytikanı yağı ilə isladılır və uşaqlıq yoluna yeridilir. Tampon hər gün dəyişdirilməlidir. Kolpit və endoservisitlərdə pambıq kürəciklərdən istifadə olunur. Kolpitlərdə müalicə kursu 10-15 prosedur, endoservisitlərdə və uşaqlıq boynu eroziyalarında isə 12 prosedurdur Ehtiyac olan hallarda müalicə kursu 4-6 həftədən sonra təkrarlanır..
Çaytikanı yağı inhalyasiya şəklində yuxarı tənəffüs yollarının xroniki iltihabi xəstəliklərində istifadə edilir, həmçinin həzm borusunun bədxassəli şişində şüa müalicəsi zamanı həzm borusunda baş verə biləcək degenerasiya dəyişikliklərinin qarşısını almaq üşün istifadə olunur.
Çaytikanı yağı haymoritdə, tonzillektomiyalarda əməliyatsonrası dövrdə, xroniki tonzillitdə, həmçinin pulpit və periodontitin müalicəsində istifadə olunur.
Aterosklerotik xəstələrə çaytikanı yağı təyin edildikdə onların ümumi vəziyyəti xeyli yaxşılaşır. Eyni zamanda obyektiv parametrlər: sistolik göstəricilər yaxşılaşmışdır, hemodinamikada müsbət dəyişikliklər müşahidəedilmişdir, qanın tərkibində xolesterinin və lipidlərin konsentrasiyası azalmışdır. Daha çox koronar damarları zədələnmiş xəstələrdə stenokardiya tutmalarının aradan qalxdığı, vegetodamar pozğunluqların azalması, arterial təzyigin normaya düşməsi, elektrokardioqrafik göstəricilərin müsbət dinamikası müşahidə edilmişdir.
Çaytikanı meyvələrindən cemlər, jele, içkilər, cövhələrlər və d. qida məhsulları da hazırlanır.



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin