İstifadəsi.Bitkinin meyvələri təzə halda, şirə, şərbət, cem, kisel, tinktura və qurudulmuş şəkildə isitifadə edilir.
Bitkinin meyvələrinin və meyvə şirəsinin hipertoniya xəstəliyində effektli olması sübut edilmişdir. Qarameyvəli quşarmudunun meyvələri həmçinin polivitaminli vasitə kimi tətbiq olunur. Hipertoniya xəstəliyi zamanı bitkinin təzə meyvələri və ya şirəsi isitifadə edilir.
Qarameyvəli quşarmudunun qıcqırdılmamış şirəsi – Succus Aroniae melanocarpae resent. Pres altında sıxmaqla əldə edilir. Çıxımı 60 %-dir. Tərkibində P vitaminin miqdarı 0,5 %-dir. Kimyəvi tərkibi və isitifadəsi təzə meyvələrlə eynidir.
Bitkinin təzə meyvələri və şirəsi P-vitamini çatışmazlığının profilaktikasında, I və II dərəcli hipertenziyanın müalicəsində, həmçinin müxtəlif xəstəliklər nəticəsində arterial təzyiqin yüksəlməsi hallarında təyin edilir.
Bitkinin meyvələrindən şirə alındıqdan sonra qalan cecə qurudulur, xırdalanır və tablet – Tabulettae Vitamini Pex fructubus Aroniae melanocarpae 0,05 hazırlanır. Quru cecəcnin tərkibində 20 %-ə qədər P vitamini var. Bu tabletlər hipertonik xəstəliklərdə, müxtəlif mənşəli qanaxmalarda və diatezdə təyin edilir.
Bitkinin təzə meyvələri P-vitamin çatışmazlığının profilaktikasında, həmçinin arterila təzyiqin yüksəlməsi ilə müşayiət olunan xəstəliklərdə məsləhət görülür.