VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə25/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   21   22   23   24   25   26   27   28   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Farmakoloji təsiri. Bitkinin xammalı qankəsici, iltihab əleyhinə, antimikrob, antisklerotik, tərqovucu, ödqovucu, büzüşdürürücü, bürüyücü, bəlğəmgətirici, sekrotilitik, spazmolitik, hipotenziv və vitaminli vasitə kimi mədə-bağırsaq (aşağı turşuluqlu qastritdə), ginekoloji və ürək-damar xəstəliklərində istifadə olunur. Başınağacının qabığı uşaqlığın tonusunu gücləndirir və damargenəldici təsir göstərir. Ginekologiyada menorragiya zamanı qankəsici və iltihab əleyhinə vasitə kimi istifadə edilir.
Bitkinin meyvələri tərqovucu və iltihab əleyhinə təsirə malikdir.
İstifadəsi. Bitkinin qabığının bişirməsi qankəsici və antiseptik vasitə kimi doğuşdan sonrakı dövrdə uşaqlıq qanaxmalarında daxilə qəbul edilir.
Bitkinin qabığının 50 %-li etil spirtindəki ekstraktı (1:10-a nisbətində) uşaqlıq qanaxmalarını azaltmaq və dayandırmaq üçün, həmçinin ağrılı aybaşılarında gündə 2-3 dəfə olmaqla 20-40 damcı miqdarında tətbiq edilir.
Xaricə vanna və şırınqa ilə yuma üçün qabığəın 1:20 nisbətində hazırlanmış bişirməsindən istifadə olunur.
Adi başınağacının qabığında olan viburnin maddəsi uşaqlığın tonusunu gücləndirir, ağrikəsici, antiseptik və hemostatik təsirlər göstərir.
Meyvələri ürək əzələsinin təqəllüsünü gücləndirir, həmçinin diurezi artırır.
Bitkinin meyvələrinin dəmləməsi soyuqdəymə xəstəliklərində vitaminli, ümumi gücləndirici, tərqovucu, işlədici və öskürək əleyhinə vasitə kimi istifadə edilir. Həmçinin stomatit, gingivit və xırıltılı səs zamanı məsləhət görülür.
Meyvələri vitaminli yığıntıların tərkibinə də daxildir.


Qara qarağat meyvəsi Fructus Ribis nigri
Bitkisi: qara qarağat Ribes nigrum L.
Fəsiləsi: firəngüzümükimilər Grossulariaceae
Botanik təsviri. 1-1,5 m hündürlüyündə budaqlı kol bitkisidir. 3-5 dilimli, kənarı mişardişli, üst səthi tutqun-yaşıl rəngli, tüksüz, alt səthi açıq-yaşıl rəngli, damarların ətrafı tükcüklü iri yarpaqları vardır. Yarpaqların bütün səthi boyu qızılı nöqtələr şəklində efir yağı vəzicikləri yerləşmişdir. Qırmızımtıl və ya sarımtıl-boz rəngli zəngşəkilli çiçəkləri 5-12 ədəd olmaqla qövsvarı və demək olar ki, sallaq salxıma toplanmışdır. Meyvəsi qara, qəhvəyi, bəzən yaşılımtıl lətli, uc hissəsində qurumuş çiçək hissələrinin qalıqları olan giləmeyvədən ibarətdir. Səthi tilli, uc tərəfi sivriləşmiş, qəhvəyi rəngli toxumlara malikdir (şəkil 32).
Avropada, Qazaxıstanda, Rusiyanın Qərbi Sibir vilayətinin cənubunda yayılmışdır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda (Quba, Xaçmaz, Qusar, Dəvəçi, Şəmkir, Zaqatala və d. rayonlarda) becərilir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin