VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə23/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   19   20   21   22   23   24   25   26   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Dərman xammalı. Xammalı toplamaq üçün bitkini çiçəklənmə dövründə kökün-dən çıxardır, sonra kökü kəsib atırlar.
Farmakoloji təsiri. Quşəppəyinin preparatları aydın müşahidə olunan hemostatik təsir göstərir, uşaqlıq əzələsinin yığılma qabiliyyətini və bağırsağın peristaltikasını gücləndirir, həmçinin hipotenziv təsir edir.
İstifadəsi. Quşəppəyi otunun dəmləməsi qankəsici vasitə kimi ginekologiya və akuşer praktikasında, doğuşdan sonra baş verən qanaxmalarda, ağ ciyər, böyrək (çöl qatrıquyruğu otu ilə birlikdə) və mədə qanaxmalaırnda təyin edilir. Dəmləmə həmçinin qastrit, dizenteriya və babasil zamanı da istifadə edilir.
Bitkinin otunun maye ekstraktı 70 %-li etil spirti ilə 1:1 nisbətində hazırlanır, uşaqlıq qanaxmaları, uşaqlığın atoniyası və mədə qanaxmalarında gündə 3 dəfə 20-25 damcı daxilə təyin edilir.
Quşəppəyinin preparatları periferik qan damarlarını genişləndirir, arterial təzyiqi aşağı salır, həmçinin tez-tez qan ifrazı ilə müşayiət olunan ağ ciyər vərəminə tutulmuş xəstələrin müalicəsində də effektli təsir göstərir.


Başınağacı qabığı Cortex Viburni
Bitkisi: adi başınağacı Viburnum opulus L.
Fəsiləsi: doqquzdonkimilər Caprifoliaceae
Botanik təsviri. 1,5-4 m hündürlüyündə, gümüşü-qəhvəyi rəngli, çatlı qabıqlı kol və ya xırda ağac bitkisidir. Barmaqvarı 3 dilimli, enli yumurtavarı və dəyirmi formalı yarpaqları vardır. Yarpağın üst səthi tünd-ya-şıl, çılpaq, alt səthi bozumtul rəngli və tükcüklüdür. Ağ rəngli çiçəkləri çətirşəkilli, 6-8 şüalı çiçəkqrupuna toplanmışdır. Çiçəkqrupunun kənarındakı çiçəklər daxilindəki çiçəklərdən xeyli iri olub, barsızdır.
Meyvələri çəyirdəkmeyvəyəbənzər olub, qısa saplaqlıdır, parlaq-qırmızı rəngdə, enli ellipsvari və ya kürəşəkilli, uc tərəfi ensizləşmiş və sivriləşmişdir. Avqust-sentyabr aylarında yetişir. Cənubi Avropada təsadüf edilir. Azərbaycanda isə Dəvəçi, Quba, Qusar, Zaqatala, Şəki, Daşkəsən, Gədəbəy və d. rayonlarda yayılmışdır.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin