VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə10/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Kələm yarpağı Folium Brassicae
Bitkisi: bostan kələmi Brassica oleracea L.
Fəsiləsi: xaççiçəkkimilər(kələmçiçəyikimilər) Cruciferae (Brassicaceae)
Botanik təsviri. İkiillik bitki olub, çox iri lətli yarpaqları vardır. Şaxələnmiş mil kök sisteminə malikdir. Gövdəsi (özəyi) düzqalxandır, birinci il qalın və qısa olur, üzərində bir-birinə sıx yerləşmiş rozet şəklində kökyanı lətli yarpaqlar (baş kələm) yerləşir. Baş kələmin xarici səthində yerləşən yarpaqları yaşıl rəngdədir və onlarda fotosintez prosesi gedir. Daxildəki yarpaqlar isə yaşıl rəngdən tamamilə məhrumdur. İkinci il isə gövdə inkişaf edir, üzərində liraşəkilli yarpaqlar əmələ gəlir. Kələmin gövdəsini ( özəyi) qışda zirzəmidə saxlayıb yazda torpağa əkdikdə, gövdədən üzərində çiçək saxlayan zoğ inkişaf edir, sonra isə toxumlarla birlikdə meyvə əmələ gəlir. Çiçəklər müntəzəmdir, dörd üzvlüdür, ağ və ya açıq-sarı rənglidir və salxım çiçək qrupuna toplaşmışdır. Meyvəsi buynuzmeyvə olub, içərisində şarşəkilli toxumlar olur.
Bostan bitkisi kimi əksər ölkələrdə becərilir. Azərbaycanın bir çox rayonlarında da kələmin müxtəlif çeşidləri becərilir.
Kimyəvi tərkibi. Kələmin yarpaqlarının tərkibində 93 %-ə qədər su, 1,8% azot tərkibli maddələr, 0,18% piylər, 1,92% şəkərlər, 3,13% azotsuz maddələr, 1,65% sellüloza, 1,18% kül, askorbigen və s. vardır. Yarpaqların tərkibində vitaminlərdən A, B1, B2, B5, B6, C (0,7 %), U, P (0,1 %), K (0,003 %), fol turşusu, fitonsidlər, kalium, kalsium, fosfor duzları, pantoten turşusu, karotin, lizosim, tioqlikozidlər: qlükobrassidin və neoqlükobrassidin, paraaminbenzoy, vinnokamennaya turşuları və s. maddələr müəyyən edilmişdir. Mikroelementlərdən alüminium, sink, dəmir, manqan və s. vardır. Bitkinin tərkibindəki əsas şəkərlər qlükoza, fruktoza və saxarozadır. Tez yetişən çeşidlərdə 20 mq/%, gec yetişən çeşidlərində isə 70 mq/% C vitamini müəyyən edilmişdir. Kələmi termiki işlədikdə onun tərkibində olan askorbigen askorbin turşusu və indol törəmələrinə parçalanır, uzun müddət saxlamağa davamlıdır və C vitaminin stabil forması hesab olunur. Həmçinin kələmin tərkibində kükürd tərkibli birləşmə (0,4 %-ə qədər) – tioksazolidon var ki, onun da tiroksinlə birləşərək onu qeyri fəal vəziyyətə gətirmə qabiliyyəti var. Eləcə də onun tərkibində yodu özünə birləşdirə bilən indolun törəməsi olan qlükobrassin, həmçinin oleozid fenolqlikozid, şəkər və inozit müəyyən edilmişdir.
Kələm yarpaqları üçün oksidləşdirici fermentlər: askorbinaza, peroksidaza, sitoxromoksidaza, parçalanan karbohidratlar: amilaza, hemisellüloza, saxaroza, lozosim (bakterisid faktor), tartron turşusu, proqoitrin tioqlikozidi, sərbəst rodanidlər, rodanidogen qlikozidləri (qlükobrassin, neoqlükobrassin) xarakterikdir.
Dərman xammalı. Xammal kimi bitkinin yarpaqlarından istifadə olunur. Əsasən avqust-sentyabr aylarında tədarük edilir. Bitkinin həmçinin gövdəsindən (özəyindən), yarpaq və gövdənin şirəsindən istifadə olunur.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin