VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə19/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   15   16   17   18   19   20   21   22   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Gicitkən yarpağı Folium Urticae
Bitkisi: ikievli gicitkən Urtica dioica L.
Fəsiləsi: gicitkənkimilər Urticaceae
Botanik təsviri. 60-200 sm hündürlüyündə çoxillik, ikievli ot bitkisidir. Dik dayanan dördtilli, yuxarı hissədə isə qabırğalı gövdəsi vardır. Üfüqi yerləşən kökümsovu şnurşəkillidir, budaqlanmışdır, sarı rəngdədir, üzərində nazik köklər var. Qarşı-qarşıya yerləşən, saplaqlı, uzunsov-yumurtaşəkilli, kənarı iri mişardişli, üzəri dalayıcı tükcüklü yarpaqlara malikdir. Gövdəsinin yuxarısındakı yarpaqları enli neştərşəkillidir. Bütün səthi dalayıcı tükcüklərlə örtülüdür.
Sadə çiçəkyanlıqlı, görkəmsiz, yaşılımtıl rəngli xıda çiçəkləri vardır ki, onlar da yar-paqların qoltuğunda yerləşən sünbülşəkilli çiçəkqrupuna toplanır. Meyvəsi oval və ya yumurtaşəkilli toxumcadan ibarətdir.
Hər yerdə bitir. Azərbaycanın bütün bölgələrində, düzənlikdən yuxarı dağ qurşağına qədər ərazilərdə yayılmışdır. Bir çox rayonlarda kütləvi yayılma sahələri əmələ gətirir.
Kimyəvi tərkibi. Yarpaqlarında 0,2 % C vitamini, karotinoidlər (50 mq/100 qr-a qədər), ksantofill, violaksantin, xlorofil (5 %-ə qədər), K qrupu (0,6 %-ə qədər filloxinon), B1, B2 (0,2 %), B6 və E vitaminləri, qarışqa, pantoten turşuları və d. üzvi turşular toplanır. Yarpaqlarında həmçinin çox miqdarda xlorofil (5 %-ə qədər), 20 %-ə qədər polisaxaridlər, aşı maddələri (3 %), fenolkarbon turşuları: qəhvə, ferul, qall və p-kumar turşuları, asetilxolin, biogen aminlər: histamin və serotonin, 5-hidroksitriptamin (bitkinin yandırıcı xassəsini formalaşdıran), kversetin flavonoidi, skopoletin kumarini, protoporfitin, sitosterin, urtisin qlikozidi, ellaq turşusu, iridoid qlikozidi olan lamiridozid, kalium və kalsium duzları, silisium turşusu və d. maddələr aşkar edilmişdir.
Bitkinin kökümsovunun tərkibində sərbəst şəkildə 3-beta-sitosterin, daukosterin, polisaxaridlər, lektinlər, həmçinin skopoletin, liqnanlar (neoolivil), aşkar edilmişdir. Lektinlər qlikoproteinlərə aid olub, aminturşu (asparagin turşusu, serin, treonin və s.) qalıqlarından, şəkərli hissəsi isə N-asetilqlükozamin və müvafiq oliqomerlərdən təşkil olunmuşdur.
Dərman xammalı. Yarpaqları bitkinin çiçəklədiyi dövrdə toplayırlar. Bu məqsədlə gicitkanın yerüstü hissələrini biçirlər, bir müddət açıq havada saxlayıb soluxdururlar, sonra yarpaqları ayırıb qurudurlar. Yarpaqlar yumurtavari-lansetşəkillidir, səthi na-hamar tükcüklü, uc tərəfi ensiz və iti, kənarı iti və iri-mişardişli, rəngi tünd yaşıldır.
Yarpağın səthinin mikropreparatında səciyyəvi quruluşlu retortşəkilli və başcıqlı tükcüklər, həmçinin mezofilində sistolitlər müşahidə olunur.
Xammalda dalayıcı gicitkənin (Urtica urens L.) və ağ dalamazın (Lamium album L.) yarpaqlarının qarışığına təsadüf edilir. Dalayıcı gicitkənin yarpaqları xırda, oval formalı, iri, küt uclu, düz dişlərin olması ilə, ağ dalamazın yarpaqları isə enli-lansetşəkilli, qısa saplaqlı, sivri uclu və qeyri bərabər itimişardişli olması ilə fərqlənir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin