VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə21/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   17   18   19   20   21   22   23   24   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Qarğıdalı saçaqları Stiqmata Maydis ( Styli et stigmata Maydis)
Qarğıdalı toxumu Semen Maydis
Bitkisi: adi qarğıdalı Zea mays L.
Fəsiləsi: taxılkimilər Poaceae
Botanik təsviri. 1-3 m hündürlüyündə becərilən birillik ot bitkisidir. Gövdəni bürüyən qınlı yarpaqları vardır. Bircinsli, görkəmsiz çiçəklərə malikdir ki, onlar da çiçəkyanlığından məhrumdur. Erkək çiçəkləri sünbüldə iki-iki yerləşərək süpürgəşəkilli təpə çiçəkqruplarına, dişi çiçəkləri isə gövdə yarpaqlarının qoltuğunda yerləşən qıçaşəkilli çiçəkqruplarına toplanmışdır. Dişi çiçək sünbülündə iki dişi çiçəkdən yalnız biri -yuxarıda yerləşəni inkişaf edir, dişicik biryuvalı üst yumurtalığa, bütün uzunluğu boyunca tükcüklərlə örtülmüş uzun sapşəkilli sütuncuğa və ikidilimli dişicikağzına malikdir. Qıçalar örtücü yarpaqlarla örtülmüşdür ki, onların da uc tərə-findən çiçəklənmə zamanı sapşəkilli sütuncuqlar dişicikağzı ilə kənara çıxır və dəstə şəklində sallanır.
Meyvəsi iri, çılpaq, böyrəkşəkilli və müxtəlif konsistensiyalı endospermli dənmeyvə-
dən ibarətdir.
Dünyanın üxtəlif ölkələrində geniş becərilir.
Kimyəvi tərkibi. Qarğıdalı saçağının tərkibində K1 (1,6 %), K3 (1600 TV/qr), B1, B6, PP və C vitaminləri, pantoten turşusu, karotinoidlər (kriptoksantin), inozit, β-sitosterin, sitosterol və stiqmasterin steroid birləşmələri, saponinlər (3 %-ə qədər), flavonoidlər, acı qlikozidəbənzər maddələr, kitrəyəbənzər maddələr (3-4 %), piyli yağlar (2,5 %-ə qədər), qətran maddələri (3 %), kitrəyəbənzər maddələr (3-8 %) inozit, fenolkarbon turşuları, allantoin və efir yağı vardır.
Toxumlarının tərkibində 70 %-ə qədər nişasta, 13-18 % zülal təbiətli maddələr, 5 %-ə qədər fitin, fitosterinlər, karotinoidlər, tokoferollar, B1, B2, B6 vitaminləri, 13-18 % piyli yağlar, pentozanlar, flavonoidlər, pantoten turşusu və biotin aşkar edilmişdir.
Qarğıdalı toxumunun rüşeymində 49-57 % piyli yağ vardır. Qarğıdalı unu istehsal edildikdə rüşeymləri ayırır və onlardan 18-20 %-ə qədər çıxımla yağ alırlar. Qarğıdalı yağı xoş dadlı olub, saxlanılmaya çox davamlıdır. Nişasta istehsalında da rüşeymləri nişastadan yuyub təmizləyir və 50 %-ə qədər çıxımla yağ alırlar. Lakin bu yağ çox dadlı deyil və tez xarab olur. Qarğıdalı yağının tərkibi 45 %-ə qədər olein, 48 %-ə qədər linol və doymuş turşuların (palmitin, stearin, araxin, kapron, kapril və kaprin) triqliseridlərindən təşkil olunmuşdur. Onun tərkibində həmçinin E vitamini, fitosterinlər və doymamış turşulardan hipogey turşusuna da təsadüf edilir.
Bitkinin yarpaqlarının tərkibində qəhvə və ferul turşuları, onların törəmələri, lüteolin, trisin, viteksin, homoorientin, kversetin, rutin, robinin flavonoidləri aşkar edilmişdir.
Dərman xammalı. Qarğıdalı saçaqlarını qıçalar yetişən dövrdə toplayırlar. Kölgəli yerdə və ya xüsusi quruducularda 40 0C temperaturda qurudur və sonra öz-özünə nəmlənməsi üçün havada müəyyən müddət saxlayırlar. Xammal sarı-qəhvəyi və ya qızılı-qəhvəyi rəngli, iysiz, bir-birinə dolaşmış uzun saplardan ibarətdir.
Meyvəsi iri, çılpaq böyrəkvari dənmeyvədən ibarətdir. Toxumları trapesşəkilli və qızılı-sarı rəngdədir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin