@ Allah peyğəmbərləri Bu məsəl bir kəndə göndərildi
[36.13] وَاضْرِبْ لَهُم مَّثَلاً أَصْحَابَ القَرْيَةِ إِذْ جَاءَهَا المُرْسَلُونَ |13| Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
[36.14] إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُم مُّرْسَلُونَ |14| O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik” – dedilər.
@ Onlar insanlar çünki Allah peyğəmbərləri rədd edilir
[36.15] قَالُوا مَا أَنتُمْ إِلاَّ بَشَرٌ مِّثْلُنَا وَمَا أَنزَلَ الرَّحْمَنُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلاَّ تَكْذِبُونَ |15| Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
[36.16] قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ |16| Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
[36.17] وَمَا عَلَيْنَا إِلاَّ البَلاغُ المُبِينُ |17| Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”.
[36.18] قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ لَئِن لَّمْ تَنتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ |18| Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
[36.19] قَالُوا طَائِرُكُم مَّعَكُمْ أَئِن ذُكِّرْتُم بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ |19| Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
@ Kəndin səmimi insan
[36.20] وَجَاءَ مِنْ أَقْصَا المَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا المُرْسَلِينَ |20| Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
[36.21] اتَّبِعُوا مَن لاَّ يَسْأَلُكُمْ أَجْراً وَهُم مُّهْتَدُونَ |21| Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
[36.22] وَمَا لِيَ لاَ أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ |22| Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?
[36.23] أَأَتَّخِذُ مِـن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَنُ بِضُرٍّ لاَ تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئاً وَلاَ يُنقِذُونِ |23| Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
[36.24] إِنِّي إِذاً لَّفِي ضَلالٍ مُّبِينٍ |24| Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
[36.25] إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ |25| Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
@ səmimi insan əbədi mükafat
[36.26] قِيلَ ادْخُلِ الجَنَّةَ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ |26| Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!” – deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
[36.27] بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ المُكْرَمِينَ |27| Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
@ kəndi başına gələn cəza
[36.28] وَمَا أَنزَلْنَا عَلَى قَوْمِهِ مِنْ بَعْدِهِ مِن جُندٍ مِّنَ السَّمَاءِ وَمَا كُنَّا مُنزِلِينَ |28| Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
[36.29] إِن كَانَتْ إِلاَّ صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ |29| Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
[36.30] يَا حَسْرَةً عَلَى العِبَادِ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلاَّ كَانُوا بِهِ يَسْتَهْزِءُونَ |30| Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
[36.31] أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ القُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لاَ يَرْجِعُونَ |31| Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?
[36.32] وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ |32| Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.
@ biz yalnız bizim qəlbimizdə və beynimizdə açmaq əgər Allahın əlamətləri bizə ətrafında bütün
[36.33] وَآيَةٌ لَّهُمُ الأَرْضُ المَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَباًّ فَمِنْهُ يَأْكُلُونَ |33| Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
[36.34] وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ العُيُونِ |34| Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
[36.35] لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلاَ يَشْكُرُونَ |35| onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
[36.36] سبْحَانَ الَّذِي خَلَقَ الأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لاَ يَعْلَمُونَ |36| Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.
[36.37] وَآيَةٌ لَّهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ |37| Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
[36.38] وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ العَزِيزِ العَلِيمِ |38| Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür.
[36.39] وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ القَدِيمِ |39| Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur.
[36.40] لاَ الشَّمْسُ يَنْبَغِي لَهَا أَن تُدْرِكَ القَمَرَ وَلاَ اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ |40| Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.
[36.41] وَآيَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الفُلْكِ المَشْحُونِ |41| Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
[36.42] وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِ مَا يَرْكَبُونَ |42| Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq.
[36.43] وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلاَ صَرِيخَ لَهُمْ وَلاَ هُمْ يُنقَذُونَ |43| Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
[36.44] إِلاَّ رَحْمَةً مِّنَّا وَمَتَاعاً إِلَى حِينٍ |44| Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
[36.45] وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ |45| Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!” – deyildikdə üz çevirirlər.
[36.46] وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُوا عَنْهَا مُعْرِضِينَ |46| Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
@ Allah Qiyamət günü onlara və onların küfrü verdi ki, sədəqə vermir edənlər utanmazlıq və nankorluq
[36.47] وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلاَّ فِي ضَلالٍ مُّبِينٍ |47| Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!” – deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
[36.48] وَيَقُولُونَ مَتَى هَذَا الوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ |48| Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyə soruşurlar.
[36.49] مَا يَنظُرُونَ إِلاَّ صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ |49| Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
[36.50] فَلاَ يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلاَ إِلَى أَهْلِهِمْ يَرْجِعُونَ |50| Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
@ Qiyamət günü həyata keçirilməsi
[36.51] وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُم مِّنَ الأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنسِلُونَ |51| Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
[36.52] قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِن مَّرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ المُرْسَلُونَ |52| Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.
[36.53] إِن كَانَتْ إِلاَّ صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ |53| Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
[36.54] فَالْيَوْمَ لاَ تُظْلَمُ نَفْسٌ شَيْئاً وَلاَ تُجْزَوْنَ إِلاَّ مَا كُنتُمْ تَعْمَلُونَ |54| Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
[36.55] إِنَّ أَصْحَابَ الجَنَّةِ اليَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ |55| Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək.
[36.56] هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلالٍ عَلَى الأَرَائِكِ مُتَّكِئُونَ |56| Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
[36.57] لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُم مَّا يَدَّعُونَ |57| Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
[36.58] سَلامٌ قَوْلاً مِّن رَّبٍّ رَّحِيمٍ |58| Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.
[36.59] وَامْتَازُوا اليَوْمَ أَيُّهَا المُجْرِمُونَ |59| “Bu gün möminlərdən ayrılın, ey günahkarlar!
[36.60] أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لاَّ تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ |60| Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
[36.61] وَأَنِ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ |61| Mənə ibadət edin? Doğru yol budur!
[36.62] وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلاًّ كَثِيراً أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ |62| Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?
[36.63] هَذِهِ جَهَنَّمُ الَتِي كُنتُمْ تُوعَدُونَ |63| Bu sizə vəd edilmiş Cəhənnəmdir.
[36.64] اصْلَوْهَا اليَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ |64| Kafir olduğunuza görə bu gün orada yanın!”
[36.65] الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا يَكْسِبُونَ |65| Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
[36.66] وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَى أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّى يُبْصِرُونَ |66| Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
[36.67] وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَى مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِياًّ وَلاَ يَرْجِعُونَ |67| Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
[36.68] وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِي الخَلْقِ أَفَلاَ يَعْقِلُونَ |68| Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
@ Quran, Allah tərəfindən göndərilmiş bir Anma və aydın Müqəddəs Reading Arabic poeziya deyil
[36.69] وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ إِنْ هُوَ إِلاَّ ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ |69| Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,
[36.70] لِيُنذِرَ مَن كَانَ حَياًّ وَيَحِقَّ القَوْلُ عَلَى الكَافِرِينَ |70| diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
@ Cattle Allah bizə verdi mərhəmət və xeyir-duası arasında var
[36.71] أَوَ لَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَاماً فَهُمْ لَهَا مَالِكُونَ |71| Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
[36.72] وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ |72| Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
[36.73] وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ أَفَلاَ يَشْكُرُونَ |73| Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
@ Bu yalnız Ona bizi yaratmaq üçün olduğu kimi Allah bizə xortlamaq üçün asandır, O, yalnız olun demək və bu
[36.74] وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ |74| Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.
[36.75] لاَ يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ |75| Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
[36.76] فَلاَ يَحْزُنكَ قَوْلُهُمْ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ |76| Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
[36.77] أَوَ لَمْ يَرَ الإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ |77| Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.
[36.78] وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِيَ خَلْقَهُ قَالَ مَن يُحْيِي العِظَامَ وَهِيَ رَمِيمٌ |78| O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
[36.79] قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ |79| De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
[36.80] الَّذِي جَعَلَ لَكُم مِّنَ الشَّجَرِ الأَخْضَرِ نَاراً فَإِذَا أَنتُم مِّنْهُ تُوقِدُونَ |80| O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
[36.81] أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَوَاتِ وَالأَرْضَ بِقَادِرٍ عَلَى أَن يَخْلُقَ مِثْلَهُم بَلَى وَهُوَ الخَلاَّقُ العَلِيمُ |81| Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.
[36.82] إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئاً أَن يَقُولَ لَهُ كُن فَيَكُونُ |82| Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
[36.83] فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ |83| Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.
|ASH SHAAFFAAT 37 Alignment
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
[37.1] وَالصَّافَّاتِ صَفاًّ |1| And olsun göylərdə və yerdə səf-səf duranlara,
[37.2] فَالزَّاجِرَاتِ زَجْراً |2| imansızları qətiyyətlə qovanlara
[37.3] فَالتَّالِيَاتِ ذِكْراً |3| və Zikri oxuyanlara!
@ Allah, O ki, şəhadət
[37.4] إِنَّ إِلَهَكُمْ لَوَاحِدٌ |4| Həqiqətən, sizin məbudunuz Təkdir!
[37.5] رَبُّ السَّمَوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ المَشَارِقِ |5| O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
@ The şeytanlar da Ali Məclisinin qulaq asmaq üçün cəhd edin, lakin bir pirsinq alov ilə üz chased olunur
[37.6] إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الكَوَاكِبِ |6| Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
[37.7] وَحِفْظاً مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ |7| və onu hər bir asi şeytandan mühafizə etdik.
[37.8] لاَ يَسَّمَّعُونَ إِلَى المَلأِ الأَعْلَى وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ |8| Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
[37.9] دُحُوراً وَلَهُمْ عَذَابٌ وَاصِبٌ |9| və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
[37.10] إِلاَّ مَنْ خَطِفَ الخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ |10| Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
@ yalnız Ona olun əmri ilə bizi də dirildəcək üçün və olur kimi Allah bizi yaratmaq üçün asandır ki, Allah, əslində inkar güc və qüdrəti üçün Kafirlərin korluq
[37.11] فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقاً أَم مَّنْ خَلَقْنَا إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لاَّزِبٍ |11| Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
[37.12] بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ |12| Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
[37.13] وَإِذَا ذُكِّرُوا لاَ يَذْكُرُونَ |13| Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
[37.14] وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ |14| Bir möcüzə gördükdə isə ona istehza edir
[37.15] وَقَالُوا إِنْ هَذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ |15| və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
[37.16] أَئِذَا مِتْنَا وَكُنَّا تُرَاباً وَعِظَاماً أَئِنَّا لَمَبْعُوثُونَ |16| Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
[37.17] أَوَ آبَاؤُنَا الأَوَّلُونَ |17| Ya da atalarımızmı dirildiləcəklər?”
[37.18] قُلْ نَعَمْ وَأَنْتُمْ دَاخِرُونَ |18| De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.
@ Haqq günü Kədər və iztirab
[37.19] فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ |19| Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.
[37.20] وَقَالُوا يَا وَيْلَنَا هَذَا يَوْمُ الدِّينِ |20| Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
[37.21] هَذَا يَوْمُ الفَصْلِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ |21| Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
[37.22] احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ |22| Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
[37.23] مِن دُونِ اللَّهِ فَاهْدُوَهُمْ إِلَى صِرَاطِ الجَحِيمِ |23| Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
[37.24] وَقِفُوَهُمْ إِنَّهُم مَّسْئُولُونَ |24| Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
[37.25] مَا لَكُمْ لاَ تَنَاصَرُونَ |25| Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
[37.26] بَلْ هُمُ اليَوْمَ مُسْتَسْلِمُونَ |26| Bəli, onlar bu gün baş əyəcəklər!
[37.27] وَأَقْبَلَ بَعْضُهُمْ عَلَى بَعْضٍ يَتَسَاءَلُونَ |27| Onlar bir-birinə üz tutub soruşacaqlar.
[37.28] قَالُوا إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ اليَمِينِ |28| Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
[37.29] قَالُوا بَل لَّمْ تَكُونُوا مُؤْمِنِينَ |29| Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
[37.30] وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَانٍ بَلْ كُنتُمْ قَوْماً طَاغِينَ |30| Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
[37.31] فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا إِنَّا لَذَائِقُونَ |31| Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.
[37.32] فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ |32| Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
[37.33] فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي العَذَابِ مُشْتَرِكُونَ |33| Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
[37.34] إِنَّا كَذَلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ |34| Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
[37.35] إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ يَسْتَكْبِرُونَ |35| Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!” – deyildikdə təkəbbür göstərir
[37.36] وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوا آلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍ |36| və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
[37.37] بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ المُرْسَلِينَ |37| Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.
[37.38] إِنَّكُمْ لَذَائِقُوا العَذَابِ الأَلِيمِ |38| Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
[37.39] وَمَا تُجْزَوْنَ إِلاَّ مَا كُنتُمْ تَعْمَلُونَ |39| Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
@ Nəim cənnətlərində alicənablıq alanlar
[37.40] إِلاَّ عِبَادَ اللَّهِ المُخْلَصِينَ |40| Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar.
[37.41] أُوْلَئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ |41| Məhz onlar üçün müəyyən bir ruzi vardır –
[37.42] فَوَاكِهُ وَهُم مُّكْرَمُونَ |42| Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
[37.43] فِي جَنَّاتِ النَّعِيمِ |43| Nəim bağlarında.
[37.44] عَلَى سُرُرٍ مُّتَقَابِلِينَ |44| Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.
[37.45] يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍ |45| Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
[37.46] بَيْضَاءَ لَذَّةٍ لِّلشـَّارِبِينَ |46| Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.
[37.47] لاَ فِيهَا غَوْلٌ وَلاَ هُمْ عَنْهَا يُنزَفُونَ |47| O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.
[37.48] وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ |48| Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.
[37.49] كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ |49| Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.
@ Cənnət xalqının və Cəhənnəmin insanların arasında söhbət
[37.50] فَأَقْبَلَ بَعْضُهُمْ عَلَى بَعْضٍ يَتَسَاءَلُونَ |50| Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
[37.51] قَالَ قَائِلٌ مِّنْهُمْ إِنِّي كَانَ لِي قَرِينٌ |51| Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
[37.52] يَقُولُ أَئِنَّكَ لَمِنَ المُصَدِّقِينَ |52| O deyirdi: “Sən də inananlardansan?
[37.53] أَئِذَا مِتْنَا وَكُنَّا تُرَاباً وَعِظَاماً أَئِنَّا لَمَدِينُونَ |53| Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
[37.54] قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ |54| O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”
[37.55] فَاطَّلَعَ فَرَآهُ فِي سَوَاءِ الجَحِيمِ |55| O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək
[37.56] قَالَ تَاللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ |56| və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
[37.57] وَلَوْلا نِعْمَةُ رَبِّي لَكُنتُ مِنَ المُحْضَرِينَ |57| Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.
@ Cəhənnəm təsviri
[37.58] أَفَمَا نَحْنُ بِمَيِّتِينَ |58| Doğrudanmı biz bir daha ölməyəcəyik –
[37.59] إِلاَّ مَوْتَتَنَا الأُولَى وَمَا نَحْنُ بِمُعَذَّبِينَ |59| ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
[37.60] إِنَّ هَذَا لَهُوَ الفَوْزُ العَظِيمُ |60| Həqiqətən, bu, böyük uğurdur.
[37.61] لِمِثْلِ هَذَا فَلْيَعْمَلِ العَامِلُونَ |61| Qoy çalışanlar bunun üçün çalışsınlar!
[37.62] أَذَلِكَ خَيْرٌ نُّزُلاً أَمْ شَجَرَةُ الزَّقُّومِ |62| Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?
[37.63] إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِّلظَّالِمِينَ |63| Biz onu zalımlar üçün bir sınaq etdik.
[37.64] إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الجَحِيمِ |64| O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
[37.65] طَلْعُهَا كَأَنَّهُ رُءُوسُ الشَّيَاطِينِ |65| Onun meyvəsi şeytanların başları kimidir.
[37.66] فَإِنَّهُمْ لآكِلُونَ مِنْهَا فَمَالِئُونَ مِنْهَا البُطُونَ |66| Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.
[37.67] ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْباً مِّنْ حَمِيمٍ |67| Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
[37.68] ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لإِلَى الجَحِيمِ |68| Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
[37.69] إِنَّهُمْ أَلْفَوْا آبَاءَهُمْ ضَالِّينَ |69| Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
[37.70] فَهُمْ عَلَى آثَارِهِمْ يُهْرَعُونَ |70| özləri də tez-tələsik onların izini tutub getdilər.
[37.71] وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الأَوَّلِينَ |71| Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
[37.72] وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ |72| Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.
[37.73] فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ المُنذَرِينَ |73| Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
[37.74] إِلاَّ عِبَادَ اللَّهِ المُخْلَصِينَ |74| Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
@ Allah Nuhun çağırışı eşidir
[37.75] وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ المُجِيبُونَ |75| Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!
Dostları ilə paylaş: |