Wakf Standard Project of Koran (Qur'an) in 88 Languages with 1910 topics in utf8 format both html and docx



Yüklə 9,06 Mb.
səhifə51/69
tarix26.11.2016
ölçüsü9,06 Mb.
#175
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

[37.76] وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الكَرْبِ العَظِيمِ |76| Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.

[37.77] وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ البَاقِينَ |77| Təkcə onun nəslini qoruyub saxladıq.

[37.78] وَتَرَكْنَا عَلَيْهِ فِي الآخِرِينَ |78| Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;

[37.79] سَلامٌ عَلَى نُوحٍ فِي العَالَمِينَ |79| aləmlər içərisində Nuha salam olsun!

[37.80] إِنَّا كَذَلِكَ نَجْزِي المُحْسِنِينَ |80| Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

[37.81] إِنَّهُ مِنْ عِبَادِنَا المُؤْمِنِينَ |81| Həqiqətən, o Bizim mömin qullarımızdandır.

[37.82] ثُمَّ أَغْرَقْنَا الآخَرِينَ |82| Sonra o birilərini suya qərq etdik.
@ İbrahim öz xalqını problemləri və onların bütpərəstlik dəyərsizlik nümayiş etdirir

[37.83] وَإِنَّ مِن شِيعَتِهِ لإِبْرَاهِيمَ |83| Həqiqətən, İbrahim onun ardıcıllarından idi.

[37.84] إِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ |84| Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.

[37.85] إِذْ قَالَ لأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ |85| Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?

[37.86] أَئِفْكاً آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ |86| Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?

[37.87] فَمَا ظَنُّكُم بِرَبِّ العَالَمِينَ |87| Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”

[37.88] فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ |88| O, ulduzlara bir nəzər salaraq

[37.89] فَقَالَ إِنِّي سَقِيمٌ |89| “Mən xəstəyəm!” – dedi.

[37.90] فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِينَ |90| Onlar ondan üz çevirib çıxıb getdilər.

[37.91] فَرَاغَ إِلَى آلِهَتِهِمْ فَقَالَ أَلاَ تَأْكُلُونَ |91| O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?

[37.92] مَا لَكُمْ لاَ تَنطِقُونَ |92| Sizə nə olub ki, danışmırsınız?”

[37.93] فَرَاغَ عَلَيْهِمْ ضَرْباً بِالْيَمِينِ |93| Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

[37.94] فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ |94| Bütpərəstlər tələsik onun yanına gəldilər.

[37.95] قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ |95| O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?

[37.96] وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ |96| Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.

[37.97] قَالُوا ابْنُوا لَهُ بُنْيَاناً فَأَلْقُوهُ فِي الجَحِيمِ |97| Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”

[37.98] فَأَرَادُوا بِهِ كَيْداً فَجَعَلْنَاهُمُ الأَسْفَلِينَ |98| Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.

[37.99] وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَى رَبِّي سَيَهْدِينِ |99| O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.


@ Allah İbrahimə, İsmailə olan sarsılmaz itaət

[37.100] رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ |100| O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”

[37.101] فَبَشَّرْنَاهُ بِغُلامٍ حَلِيمٍ |101| Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.

[37.102] فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَى فِي المَنَامِ أَنِّي أَذْبَحُكَ فَانظُرْ مَاذَا تَرَى قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ |102| O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.

[37.103] فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ |103| Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman

[37.104] وَنَادَيْنَاهُ أَن يَا إِبْرَاهِيمُ |104| Biz onu çağırıb dedik: “Ey İbrahim!

[37.105] قَدْ صَدَّقْتَ الرُّؤْيَا إِنَّا كَذَلِكَ نَجْزِي المُحْسِنِينَ |105| Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

[37.106] إِنَّ هَذَا لَهُوَ البَلاءُ المُبِينُ |106| Həqiqətən də bu, açıq-aydın bir imtahandır.

[37.107] وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ |107| Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.

[37.108] وَتَرَكْنَا عَلَيْهِ فِي الآخِرِينَ |108| Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.

[37.109] سَلامٌ عَلَى إِبْرَاهِيمَ |109| İbrahimə salam olsun!

[37.110] كَذَلِكَ نَجْزِي المُحْسِنِينَ |110| Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

[37.111] إِنَّهُ مِنْ عِبَادِنَا المُؤْمِنِينَ |111| Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
@ Isaac və onun nəslindən

[37.112] وَبَشَّرْنَاهُ بِإِسْحَاقَ نَبِياًّ مِّنَ الصَّالِحِينَ |112| Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.

[37.113] وَبَارَكْنَا عَلَيْهِ وَعَلَى إِسْحَاقَ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِ مُبِينٌ |113| Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
@ Musa və Harun düz yola üzərinə rəhbər idi

[37.114] وَلَقَدْ مَنَنَّا عَلَى مُوسَى وَهَارُونَ |114| Biz Musa ilə Haruna da nemət bəxş etdik.

[37.115] وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الكَرْبِ العَظِيمِ |115| Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.

[37.116] وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الغَالِبِينَ |116| Onlara kömək göstərdik və qalib gəldilər.

[37.117] وَآتَيْنَاهُمَا الكِتَابَ المُسْتَبِينَ |117| Hər ikisinə aydın bir Kitab verdik.

[37.118] وَهَدَيْنَاهُمَا الصِّرَاطَ المُسْتَقِيمَ |118| Hər ikisini də doğru yola yönəltdik.

[37.119] وَتَرَكْنَا عَلَيْهِمَا فِي الآخِرِينَ |119| Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.

[37.120] سَلامٌ عَلَى مُوسَى وَهَارُونَ |120| Musaya və Haruna salam olsun!

[37.121] إِنَّا كَذَلِكَ نَجْزِي المُحْسِنِينَ |121| Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

[37.122] إِنَّهُمَا مِنْ عِبَادِنَا المُؤْمِنِينَ |122| Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.


@ Elias onları öz küfrləri öz xalqını məzəmmət

[37.123] وَإِنَّ إِلْيَاسَ لَمِنَ المُرْسَلِينَ |123| Şübhəsiz ki, İlyas da elçilərdəndir.

[37.124] إِذْ قَالَ لِقَوْمِهِ أَلاَ تَتَّقُونَ |124| Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?

[37.125] أَتَدْعُونَ بَعْلاً وَتَذَرُونَ أَحْسَنَ الخَالِقِينَ |125| Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –

[37.126] اللَّهَ رَبَّكُمْ وَرَبَّ آبَائِكُمُ الأَوَّلِينَ |126| həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”

[37.127] فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ |127| Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir.

[37.128] إِلاَّ عِبَادَ اللَّهِ المُخْلَصِينَ |128| Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

[37.129] وَتَرَكْنَا عَلَيْهِ فِي الآخِرِينَ |129| Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.

[37.130] سَلامٌ عَلَى إِلْ يَاسِينَ |130| İlyasinə salam olsun!

[37.131] إِنَّا كَذَلِكَ نَجْزِي المُحْسِنِينَ |131| Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

[37.132] إِنَّهُ مِنْ عِبَادِنَا المُؤْمِنِينَ |132| Həqiqətən, o Bizim mömin qullarımızdandır.
@ Lut və ailəsi onun dövləti dağılandan zaman qeyd olunur

[37.133] وَإِنَّ لُوطاً لَّمِنَ المُرْسَلِينَ |133| Şübhəsiz ki, Lut da elçilərdəndir.

[37.134] إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ |134| Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.

[37.135] إِلاَّ عَجُوزاً فِي الغَابِرِينَ |135| Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.

[37.136] ثُمَّ دَمَّرْنَا الآخَرِينَ |136| Sonra da o birilərini yerli-dibli yox etdik.

[37.137] وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ |137| Siz həm səhər çağı onların yanından keçirsiniz,

[37.138] وَبِاللَّيْلِ أَفَلاَ تَعْقِلُونَ |138| həm də axşam çağı. Məgər anlamırsınız?
@ Yunus və balina

[37.139] وَإِنَّ يُونُسَ لَمِنَ المُرْسَلِينَ |139| Yunus da, həqiqətən, elçilərdəndir.

[37.140] إِذْ أَبَقَ إِلَى الفُلْكِ المَشْحُونِ |140| Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.

[37.141] فَسَاهَمَ فَكَانَ مِنَ المُدْحَضِينَ |141| Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.

[37.142] فَالْتَقَمَهُ الحُوتُ وَهُوَ مُلِيمٌ |142| O, qınanmağa layiq olduqda balıq onu uddu.

[37.143] فَلَوْلاَ أَنَّهُ كَانَ مِنَ المُسَبِّحِينَ |143| Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,

[37.144] لَلَبِثَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ |144| balığın qarnında Qiyamət gününə qədər qalardı.

[37.145] فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ |145| O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.

[37.146] وَأَنْبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ |146| Onun başı üstündə balqabaq tağı bitirdik.

[37.147] وَأَرْسَلْنَاهُ إِلَى مِائَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ |147| Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik.

[37.148] فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَى حِينٍ |148| Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
@ Allah və Onun mələkləri

[37.149] فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ البَنَاتُ وَلَهُمُ البَنُونَ |149| Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”

[37.150] أَمْ خَلَقْنَا المَلائِكَةَ إِنَاثاً وَهُمْ شَاهِدُونَ |150| Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?

[37.151] أَلاَ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ |151| Həqiqətən, onlar yalan uydurub deyirlər:

[37.152] وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ |152| “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.

[37.153] أَصْطَفَى البَنَاتِ عَلَى البَنِينَ |153| Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?

[37.154] مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ |154| Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?

[37.155] أَفَلاَ تَذَكَّرُونَ |155| Məgər düşünüb ibrət almayacaqsınız?

[37.156] أَمْ لَكُمْ سُلْطَانٌ مُّبِينٌ |156| Yoxsa sizin aydın bir dəliliniz vardır?

[37.157] فَأْتُوا بِكِتَابِكُمْ إِن كُنتُمْ صَادِقِينَ |157| Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!

[37.158] وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الجِنَّةِ نَسَباً وَلَقَدْ عَلِمَتِ الجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ |158| Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.

[37.159] سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ |159| Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.

[37.160] إِلاَّ عِبَادَ اللَّهِ المُخْلَصِينَ |160| Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

[37.161] فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ |161| Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız

[37.162] مَا أَنتُمْ عَلَيْهِ بِفَاتِنِينَ |162| heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz;

[37.163] إِلاَّ مَنْ هُوَ صَالِ الجَحِيمِ |163| ancaq Cəhənnəmə girəcək kimsədən başqa.

[37.164] وَمَا مِنَّا إِلاَّ لَهُ مَقَامٌ مَّعْلُومٌ |164| Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.

[37.165] وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ |165| Həqiqətən, biz səf-səf dururuq.

[37.166] وَإِنَّا لَنَحْنُ المُسَبِّحُونَ |166| Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.
@ Islam üç Müqəddəs dinlər tamamlandığını və əvvəlki iki fərqli olaraq, yer üzünün bütün xalqları üçün bir rəhmət və hidayət olaraq göndərilmişdir

[37.167] وَإِن كَانُوا لَيَقُولُونَ |167| Müşriklər deyirdilər:

[37.168] لَوْ أَنَّ عِندَنَا ذِكْراً مِّنَ الأَوَّلِينَ |168| “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,

[37.169] لَكُنَّا عِبَادَ اللَّهِ المُخْلَصِينَ |169| biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.

[37.170] فَكَفَرُوا بِهِ فَسَوْفَ يَعْلَمُونَ |170| Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.

[37.171] وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا المُرْسَلِينَ |171| Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:

[37.172] إِنَّهُمْ لَهُمُ المَنصُورُونَ |172| “Həqiqətən, onlara kömək göstəriləcəkdir.

[37.173] وَإِنَّ جُندَنَا لَهُمُ الغَالِبُونَ |173| Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.

[37.174] فَتَوَلَّ عَنْهُمْ حَتَّى حِينٍ |174| Sən bir müddət onlardan üz çevir!

[37.175] وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ |175| Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.

[37.176] أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ |176| Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?

[37.177] فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاءَ صَبَاحُ المُنذَرِينَ |177| Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!

[37.178] وَتَوَلَّ عَنْهُمْ حَتَّى حِينٍ |178| Sən bir müddət onlardan üz çevir!

[37.179] وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ |179| Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.

[37.180] سُبْحَانَ رَبِّكَ رَبِّ العِزَّةِ عَمَّا يَصِفُونَ |180| Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.

[37.181] وَسَلامٌ عَلَى المُرْسَلِينَ |181| Elçilərə salam olsun!

[37.182] وَالْحَمْدُ لِلَّهِ رَبِّ العَالَمِينَ |182| Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
|SHAAD 38 Saad

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|

[38.1] ص‌ وَالْقُرْآنِ ذِي الذِّكْرِ |1| Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
@ Məkkə və Mədinə xalqının çox İslam imtina

[38.2] بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ |2| Kafirlər təkəbbür və nifaq içindədirlər.

[38.3] كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوْا وَ لاَ تَ حِينَ مَنَاصٍ |3| Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.

[38.4] وَعَجِبُوا أَن جَاءَهُم مُّنذِرٌ مِّنْهُمْ وَقَالَ الكَافِرُونَ هَذَا سَاحِرٌ كَذَّابٌ |4| Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!

[38.5] أَجَعَلَ الآلِهَةَ إِلَهاً وَاحِداً إِنَّ هَذَا لَشَيْءٌ عُجَابٌ |5| O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.

[38.6] وَانطَلَقَ المَلأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَى آلِهَتِكُمْ إِنَّ هَذَا لَشَيْءٌ يُرَادُ |6| Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.

[38.7] مَا سَمِعْنَا بِهَذَا فِي المِلَّةِ الآخِرَةِ إِنْ هَذَا إِلاَّ اخْتِلاقٌ |7| Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.

[38.8] أَأُنزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا بَلْ هُمْ فِي شَكٍّ مِّن ذِكْرِي بَل لَّمَّا يَذُوقُوا عَذَابِ |8| Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.

[38.9] أَمْ عِندَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ العَزِيزِ الوَهَّابِ |9| Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?

[38.10] أَمْ لَهُم مُّلْكُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا فَلْيَرْتَقُوا فِي الأَسْبَابِ |10| Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar.


@ peyğəmbərlər yalan olduğunu Nations

[38.11] جُندٌ مَّا هُنَالِكَ مَهْزُومٌ مِّنَ الأَحْزَابِ |11| Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir.

[38.12] كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الأَوْتَادِ |12| Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar.

[38.13] وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الأَيْكَةِ أُوْلَئِكَ الأَحْزَابُ |13| Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.

[38.14] إِن كُلٌّ إِلاَّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ |14| Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.

[38.15] وَمَا يَنظُرُ هَؤُلاءِ إِلاَّ صَيْحَةً وَاحِدَةً مَّا لَهَا مِن فَوَاقٍ |15| Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər.

[38.16] وَقَالُوا رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ الحِسَابِ |16| Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!” – dedilər.
@ Davudun tövbə və məsləhət

[38.17] اصْبِرْ عَلَى مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الأَيْدِ إِنَّهُ أَوَّابٌ |17| Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı.

[38.18] إِنَّا سَخَّرْنَا الجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالإِشْرَاقِ |18| Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.

[38.19] وَالطَّيْرَ مَحْشُورَةً كُلٌّ لَّهُ أَوَّابٌ |19| Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı.

[38.20] وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الحِكْمَةَ وَفَصْلَ الخِطَابِ |20| Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.

[38.21] وَهَلْ أَتَاكَ نَبَأُ الخَصْمِ إِذْ تَسَوَّرُوا المِحْرَابَ |21| Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.

[38.22] إِذْ دَخَلُوا عَلَى دَاوُودَ فَفَزِعَ مِنْهُمْ قَالُوا لاَ تَخَفْ خَصْمَانِ بَغَى بَعْضُنَا عَلَى بَعْضٍ فَاحْكُم بَيْنَنَا بِالْحَقِّ وَلاَ تُشْطِطْ وَاهْدِنَا إِلَى سَوَاءِ الصِّرَاطِ |22| Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!

[38.23] إِنَّ هَذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الخِطَابِ |23| Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: “Onu mənə ver!” – dedi və mübahisədə mənə üstün gəldi”.

[38.24] قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَى نِعَاجِهِ وَإِنَّ كَثِيراً مِنَ الخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَى بَعْضٍ إِلاَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَّا هُمْ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعاً وَأَنَابَ |24| Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.

[38.25] فَغَفَرْنَا لَهُ ذَلِكَ وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَى وَحُسْنَ مَآبٍ |25| Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

[38.26] يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلاَ تَتَّبِعِ الهَوَى فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ |26| Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
@ Göylər və yerin şans yaratdığı deyil

[38.27] وَمَا خَلَقْنَا السَّمَاءَ وَالأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلاً ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ |27| Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!

[38.28] أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الأَرْضِ أَمْ نَجْعَلُ المُتَّقِينَ كَالْفُجَّارِ |28| Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
@ Bir dəqiqə dayandırmaq və hesab edirəm ki,

[38.29] كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُوْلُوا الأَلْبَابِ |29| Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.


@ David, Allah əla abid

[38.30] وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ نِعْمَ العَبْدُ إِنَّهُ أَوَّابٌ |30| Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı.

[38.31] إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الجِيَادُ |31| Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi.

[38.32] فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الخَيْرِ عَن ذِكْرِ رَبِّي حَتَّى تَوَارَتْ بِالْحِجَابِ |32| Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”.

[38.33] رُدُّوهَا عَلَيَّ فَطَفِقَ مَسْحاً بِالسُّوقِ وَالأَعْنَاقِ |33| Süleyman: “Onları yanıma qaytarın!” – dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı.
@ Süleyman Allahın hədiyyə

[38.34] وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَى كُرْسِيِّهِ جَسَداًّ ثُمَّ أَنَابَ |34| Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.

[38.35] قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكاً لاَّ يَنْبَغِي لأَحَدٍ مِّنْ بَعْدِي إِنَّكَ أَنْتَ الوَهَّابُ |35| O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.

[38.36] فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ |36| Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik.

[38.37] وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ |37| Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları

[38.38] وَآخَرِينَ مُقَرَّنِينَ فِي الأَصْفَادِ |38| və başqalarını da zəncirlənmiş halda ona tabe etdik

[38.39] هَذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ |39| və buyurduq: “Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”.

[38.40] وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَى وَحُسْنَ مَآبٍ |40| Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.


@ İş Allahın rəhməti şeytan zərər və ağrı ona üz verdikdə

[38.41] وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ |41| Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

[38.42] ارْكُضْ بِرِجْلِكَ هَذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ |42| Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”

[38.43] وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَى لأُوْلِي الأَلْبَابِ |43| Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini yenidən və üstəlik bir o qədər də əlavə övlad bəxş etdik.

[38.44] وَخُذْ بِيَدِكَ ضِغْثاً فَاضْرِب بِّهِ وَلاَ تَحْنَثْ إِنَّا وَجَدْنَاهُ صَابِراً نِّعْمَ العَبْدُ إِنَّهُ أَوَّابٌ |44| Biz ona dedik: “Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
@ Allah peyğəmbərlərinə təmizlənmiş

[38.45] وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُوْلِي الأَيْدِي وَالأَبْصَارِ |45| Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!

[38.46] إِنَّا أَخْلَصْنَاهُم بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ |46| Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.

[38.47] وَإِنَّهُمْ عِندَنَا لَمِنَ المُصْطَفَيْنَ الأَخْيَارِ |47| Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.

[38.48] وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الكِفْلِ وَكُلٌّ مِّنَ الأَخْيَارِ |48| İsmaili, əl-Yəsə´i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.
@ Cənnət xalqı

[38.49] هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ |49| Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –

[38.50] جَنَّاتِ عَدْنٍ مُّفَتَّحَةً لَّهُمُ الأَبْوَابُ |50| qapıları onlar üçün açılmış Ədn bağları.

[38.51] مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ |51| Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər.


Yüklə 9,06 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin