Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri


Xəbərdarlıq etmə paneli (tray)



Yüklə 0,95 Mb.
səhifə10/28
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#42922
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
windows 7 emeliyyat sistemi aze (1)

Xəbərdarlıq etmə paneli (tray)


Işçi masada ekranın sağ aşağı küncündə daha bir xəbərdarlıq etmə və ya «trey» adlanan panel yerləşir. Burada kompüter işə salınan zaman kompüterin yaddaşına avtomatik yüklənən və fon rejimində gözə görünmədən işləyən proqramların nişanları yerləşir. Məsələlər panelinin adi

«lövhəsindən» onlar təkcə öz ölçülərilə deyil, həm də funksionallıqları ilə də fərqlənirlər, məsələn, istənilən nişanı sağ düymə ilə sıxdıqda bu proqramın çoxsaylı sazlanma menyularına giriş əldə etmək olur. Həmin nişanların üzərinə sol düymə ilə silkdikdə uyğun proqram pəncərəsi ekrana çıxır.






Şəkil 5.6. Xəbərdarlıq etmə sahəsi

Nişanları xəbərdalıqetmə sahəsində yerləşdirilə bilən proqramlar son dərəcə əhəmiyyətli proqramlardır. Burada Antivirus proqramlarını, səs tənzimləyicilərini, kompüterin saatını, Şəbəkədən faylları yükləyən meneceri və s. tapmaq olar. Ona görə də bəzi kompüterlərdə xəbərdarlıqetmə sahəsi o səviyyəyə qədər dola bilər ki, çətin ki, ekranın üfuqi yarısına yerləşə. Windows 7 və 8 versiyaları bu paneldə istifadə olunmayan nişanları özü gizlədə bilir və «səthdə» ən vaciblərini saxlayır. Bu panelin bütün məzmununa baxmaq üçün, panelin sol tərəfindəki - kiçik üçbucaq düyməsinə lazımdır.



Bir qayda olaraq, Windows hansı nişanların trey (xəbərdalıqetmə) panelində daimi olamlarını özü həll edir. Onu da qeyd edək ki, bu paneldə nişanların yerləşmə qaydasını istifadəçi özü də müstəqil şəkildə müəyyən edə bilir. Əgər trey panelində hansısa bir nişan artıq sizə lazım deyilsə, onda onu siçan vasitəsilə sürüşdürərək oradakı “kiçik üçbucaq işarəsinin” üzərinə gətirmək və siçanın düyməsini buraxmaq lazımdır. Bu zaman həmin nişan gizlədilərək “kiçik üçbucağın” alt pəncərəsinə köçürü- ləcəkdir. Həmçinin lazım olan hansısa bir nişanıda həmin qayda ilə “ox” işarəsinin alt pəncərəsindən əsas panelə gətirmək olur. Ona da diqqət edin ki, Xəbardarlıq etmə panelinə İşçi stoldan nişanları siçanla sürüşdürmə ilə gətirmək məsləhət deyil, o onun üçün nəzərdə tutulmamışdır.

Bir qayda olaraq Xəbardarlıq etmə panelində yalnız bir neçə vacib proqramların nişanlarını saxlamaq lazım gəlir, məsələn, Şəbəkə indikatorunu, səs gücləndiricisi, müəyyən məşhur komunikator proqramının nişanını və klaviaturanın dilini dəyişdirən indikatoru. Qalan nişanları isə gizlətmək olar.

Klaviaturanı bir dildən digər dilə keçirtmək Alt və Shift (və ya Ctrl və Shift) klavişlərinin kombinasiyasının köməyilə ola bilir. Bu çox da rahat deyil, xüsusən «çoxdilli» mətnlərlə işlədikdə. Ona görə də Windows əməliyyat sistemini quraşdırdıqdan sonra, əlavə dəyişdirici açar-proqramı quraşdırmaq lazımdır.

Məsələn, Punto Switcher (http://punto.ru/switcher/) proqramını buna misal göstərmək olar. Bu proqramın köməyilə dilləri bir dənə-yeganə klavişin köməyilə (adətən bu- sağdakı Ctrl klavişası olur) dəyişdirmək olur. Bundan başqa, Punto Switcher proqramı vaxtında (məqamında) «səhv» düzülüşdə düzəldilmiş sözü tanımağa və dərhal onları düzəltməyə də qadirdir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin