Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri


Start(Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi



Yüklə 0,95 Mb.
səhifə8/28
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#42922
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
windows 7 emeliyyat sistemi aze (1)

Start(Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi
Windows əməliyyat sisteminin əvvəlki versiyalarında da ən əsas obyektlərdən biri də Start (Пуск (Başlat)) düyməsidir. Windows 7 əməliyyat sistemində bu düymənin daxilində adı yazılmır, formasıda dəyişdirilmişdir və dairəvi şəklə salınmışdır, lakin öz funksiyasını saxlamışdır: bu yenə də əvvəlki versiyalardakı kimi Windows- un genişlənmiş “anbarına” girişi təmin edir. İdarəetmə

panelinə də istinad bu düymədə yerləşmişdir. Burada həmçinin digər “sistem” istinadları da, məsələn, Компьютер (Computer (Kompüter)) qovluğuna, şəxsi sənədlər qovluğuna istinadlarda burada yer- ləşmişdir. Əsasən Start (Пуск (Başlat)) düyməsinin daxilində sizin kompüterdə quraşdırılmış bütün proqramların qısa yolları (yarlıkları) saxlanılır.

Onu da qeyd edək ki, Windows XP- dəki Start (Пуск (Başlat)) menyusu və Windows 7/8- in Start menyusu tamamilə başqa cür görünür, lakin onlarla işləmə prinsipi dəyişməz qalır.

Windows 7- də Start (Пуск (Başlat)) menyusu iki sütundan ibarətdir.

Sol sütunda bizim tez- tez istifadə etdiyimiz proqramların nişanları, həmçinin Windows- un bir sıra xidməti proqramlarının (Kalkulyator, ekranın çəkilişlərini yaratmq üçün Ножницы (Shipping Tool (Qayçılar)), Paint (Boyama) qrafiki redaktoru, Windows Media Player ifaedicisi) nişanları yerləşir. Burada bəzi nişanların sağında ox işarəsi görünür. Bu oxun üzərində siçanı sıxdıqda, bu proqramda sonuncu açılmış sənədlərin siyahısı açılır. Bu sütunda nişanlar daimi dəyişir. Bu nişan- lardan hansısa biri sizə lazım olmazsa, onu asanlıqla paneldən yox etmək olur, onun üçün həmin böl- məni seçib və uyğun kontekst menyusundan Удалить из этого списка (Remove from this list (Bu siyahıdan sil)) əmrini seçmək lazımdır.

Bu sütundakı nişanların altında Все программы (All Programs (Bütün proqramlar)) yazısı yerlışir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur. Burada sizin kompüterinizdə quraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu bölmənin aşağısında isə həmçinin axtarış sətri də yerləşir. Windows 7- də yaxşı axtarış vasitəsi vardır. Bunun vasitəsilə sizin kompüterdə açar sözlər əsasında istənilən sənədi asanlıqla tapmaq olur və ya hətta əgər siz poçtu Şəbəkədə deyil, Windows Mail Live kimi proq- ramında saxlayırsınızsa, onda elektron məktubları da həmin qayda ilə asanlıqla tapmaq olur.

Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat sisteminin idarəedici modulları yerləşir. Burada ilk dörd sətrdə sizin musiqi kolleksiyalı, sənədli, filmli və fotoşəkilli fərdi qovluqlarınıza istinadlar, həmçinin sizin multimedialı Kitabxana kataloqunuza istinadlar yerləşir.

Burada növbəti nişan Компьютер (Computer (Kompüter)) adlanır. Компьютер (Computer (Kompüter)) istinadı Windows 7 əməliyyat sistemində fayl menecerinin pəncərəsini açır. Bunun sayə- sində sizin kompüterinizdə quraşdırılmış bütün informasiya daşıyıcılarına daxil ola bilmə imkanı əldə edirsiniz.





Baş menyu
Sağ sütunun növbəti bölmələri aşağıdakılardır.

  • Панель управления (Control Panel (İdarəetmə Paneli)). Bu bölmə Windows 7- nin əsas “idarəetmə mərkəzinə” girişi təmin edir. Burada Windows 7- in bütün tənzimləmə vasitələri vardır.

  • Программы по умолчанию (Default programs (Susmaya görə Proqramlar)). Bu yeni bölmə bizə müəyyən növ sənədləri hansısa konkret proqramla əlaqələndirməyə imkan verir. Məsələn, MP 3- sənədlərini həm standart Windows Media Player proqramı ilə, həm də digər proqramlarla, məsələn, AİMP və ya Foobar 2000 proqramlarının köməyilə ifa etmək olur. Filmlərə də standart ifaedicilərdə deyil, Windows Media Classic proqramında baxmaq rahatdır. Nəhayyət, elektron poçtu biz ya Windows Live poçt proqramının köməyilə, ya da The Bat və ya Microsoft Outlook proqramları ilə oxuya bilərik. Əvvəllər bu məqsədələ Windows əməliyyat sistemi bizim istifadə edəcəyimiz proqramı özü seçirdi. İndi isə Windows 7- də nəhayyət ki, məşhur proqramların sərbəst seçə bilmək imkanı əldə edilmişdir.

  • Справка и поддержка (Help and Support (Kömək və Dəstək)). Bu bölmə vasitəsilə Win- dows 7 üzrə müfəssəl elektron dərsliyə daxil olmaq olar. Onu da qeyd edək ki, Windows 7- də operativ sorğu sistemi F1 klavişası ilə işə düşür.

Пуск (Start (Başlat)) menyusunun sağ sütununun aşağı hissəsində kompüteri söndürməyə xidmət edən xüsusi düymə yerləşmişdir. Bu bölmə Завершение работы (Shut down (Söndür)) adlanır. Bu bölmədə də bir neçə alt bölmələr də vardır (Şəkil 5.4). Onlar bu bölmənin sağ küncündəki ox işarəsi ilə aktivləşirlər.


Şəkil 5.4


Burada aşağıdakı bölmələr vardır.

  • Сменить пользователя (Switch user (İstifadəçini dəyiş)). Bu bölmə kompyuter çox istifadəçili rejimdə işləyirsə, yəni bir neçə “Fərdi konfiqurasiyalar” vardırsa, onda bu bölmə vasitəsilə kompyuterdə bir istifadəçi rejimindən digərinə kompyuteri yenidən yükləmədən keç- məyə imkan verir.

  • Выйти из системы (Log off (Seansı bitir)). Bu bölmə kompüteri yenidən yükləməyin bir növ yüngül formasıdır. Bu əmri fəallaşdırdıqda kompüter qrafiki örtüyü və əlavə xidməti proqramları yenidən yükləyir, əməliyyat sisteminin nüvəsi isə yaddaşda qalır.

  • Блокировать (Lock (Kilidlə)). Bu əmri fəallaşdırdıqda Windows bütün ekranı və orada yerləşən hər şeyi gizlədir və bu zaman ekranda yalnız “ekran fonu” qalır. Bundan sonra yenidən işçi rejimə qayıtmaq üçün yalnız öz qeydiyyat parolunuzu daxil etməlisiniz.

  • Перезагрузкa (Restart (Yenidən başlat)). Bu bölmə isə Windows- u tam şəkildə yenidən yükləməyə xidmət edir.

  • Сон (Sleep (Yuxu)). Bu rejim kompyuteri söndürəndə bütün açılmış pəncərələri və işə salınmiş proqramları yaddaşda saxlamağa imkan verir.

  • Гибернация (Hibernate (Mürğüləmə)). Bu bölmə cari seansı yaddaşda saxlayaraq kompüteri söndürür. Bu zaman kompüteri yenidən işə salanda Windows 7 əməliyyat sistemi cari seansı bərpa edir

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin