Kontekst menyusu
İşçi masanın hər bir obyektilə, hər bir qovluqla və ya nişanla çoxlu müxtəlif əməliyyatlar yerinə yetirmək olur. Məsələn, işə salma və ya açma əməliyyatı. Lakin digərləri də vardır. İstənilən nişanı və ya qovluğu yenidən adlandırmaq, silmək, kopyalamaq və ya yerini dəyişdirmək olar. İstənilən obyektin göstəricisini (yarlıkını) yaratmaq olar. Nəhayət, istənilən obyektin xarici görünüşünü, onun xassələrini dəyişdirmək olar.
Kontekst menyusu
Kontekst menyusunda əməliyyatların sayı və çeşidi obyektdən asılı olaraq fərqlənir. Məsələn, elə əməliyyatlar var ki, onlar yalnız fayllara aiddir, elə əməliyyatlar da var ki, onlar yalnız qovluqlara aiddir. Beləliklə obyektlərlə bağlı əməliyyatların universal siyahısı yoxdur. Belə hallarda Windows əməliyyat sisteminin Kontekst menyusu adlanan faydalı funksiyası kömək edir. Əgər siçanın göstəricisini müəyyən obyektin üzərinə qoyub və siçanın sağ düyməsini sıxsaq, onda Kontekst menyusu meydana gələcəkdir. Burada həmin obyektə aid olan əməliyyatların siyahısı çıxacaqdır.
Dostları ilə paylaş: |