1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


Modal tip mövjud jəmiyyətdə real üstünlük təşkil edən şəxsiyyətdir. İdeal



Yüklə 206,29 Kb.
səhifə17/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
sosiologiya

Modal tip mövjud jəmiyyətdə real üstünlük təşkil edən şəxsiyyətdir.
İdeal tip konkret şəraitə bağlı deyil. O, gələjək üçün nəzərdə tutulan hərtərəfli inkişaf
etmiş harmonik şəxsiyyət tipidir.
Bazis tipi ijtimai inkişafın hazırki səviyyəsinin tələbatlarına javab verən şəxsiyyətdir.
Deməli, sosial şəxsiyyət tipi ijtimai sistemin şəxsiyyətin mənəvi sərvətlər sisteminə və
onun vasitəsi ilə real davranışına göstərdiyi təsirin inikasıdır.
2. SOSİAL FƏALİYYƏTİN VƏ SOSİAL DAVRANIŞIN MEXANİZMİ
Konkret sosioloci tədqiqatlar praktikasında şəxsiyyətin tədqiqinə müxtəlif şəkildə
yanaşılır. Onlardan biri şəxsiyyətə münasibətdə xariji amillərə xüsusi diqqət yetirilməsi ilə
səjiyyələnir və bu amillər insana təsir göstərən və onun xariji mühitin bu və ya digər
tərəflərinə maraq və münasibətlərini formalaşdıran stimullar sistemi kimi nəzərdən
keçirilir. Digəri isə şəxsiyyəti və onun fəaliyyətinin daxili sövqediji motivlərini əsas turur.
Əsas vəzifə – insanı sosial fəaliyyətin həm səbəbi və həm də nətijəsi hesab etməklə bu
yanaşmaları birləşdirməkdən ibarətdir.
Sosial vəziyyət insanın jəmiyyətdə iqtisadi və siyasi__mövqelərindən, müxtəlif sinif və
qruplara mənsub fərdlərin sosial vəziyyətindən irəli gələn yeri və rolundan ibarətdir. Hər
bir sosial təşkilat və ya birlik daxilində fərdlərin sosial vəziyyəti, ümumi ijtimai həyatın
müxtəlif sahələrinin və bu sahələr daxilində müxtəlif ijtimai qrupların bir-birinə qarşılıqlı
təsiri adamların sosial fəaliyyəti vasitəsilə həyata keçirilir.
Sosial fəaliyyət müəyyən sosial məqsədlər güdən və bu məqsədlərə nail olmaq üçün
müxtəlif vasitələrdən – iqtisadi, sosial, siyasi və ideoloci vasitələrdən istifadə edən
şəxsiyyətin məjmusudur. Tarix ilə adamların sosial münasibətləri onların fəaliyyətindən
ayrılıqda deyildir və mövjud ola bilməz.
Sosial fəaliyyətdə artıq meydana çıxmış sosial münasibətlərin təzahürü ilə yanaşı, eyni
zamanda, yeni iqtisadi (istehsal) münasibətlər və deməli, yeni məhsuldar qüvvələrə uyğun
gələn yeni sosial münasibətlər təzahür edir.
Şəxsiyyət mövjud iqtisadi, siyasi və ya sosial mühitdə baş verən sosial əhəmiyyətli
fəaliyyətlərin həm nətijəsi və həm də səbəbidir. Məhz sosial fəaliyyət prosesində insan bir
tərəfdən siyasi, mədəni və sosial münasibətləri əlaqələndirir, digər tərəfdən isə xariji aləmə
özünün xüsusi münasibətlərini müəyyənləşdirir. Sosial münasibətlər isə jəmiyyət həyatında
sosial mövqe və rollarına görə fərqlənən və müxtəlif fəaliyyət növlərinin daşıyıjısı olan
sosial qruplar arasında münasibətlərdir. Bu münasibətlər insanın daxili vəziyyəti vasitəsilə
təzahür edir və onun fəaliyyətində onun ətraf gerçəkliyə şəxsi münasibəti kimi, şəxsiyyət
münasibətləri kimi özünü göstərir və eyni zamanda sosial əhəmiyyətli əlamətlərə malik
fərdlərin və fərd qruplarının arasında əlaqələrin sabit xarakterini, habelə jəmiyyət
qarşısında duran vəzifələrə onların münasibətlərini müəyyən edir. Fərdlərin sosial
45
vəziyyətinin əlamətləri həmin fərdlər qruplarının jəmiyyətin əsas sosial məqsədlərinə
münasibətlərinin ümumi istiqaməti və xarakterini ifadə edir.
Şəxsiyyət sosial münasibətlərin obyekti və eyni zamanda subyektidir.
Şəxsiyyətin daxili aləminin formalaşmasının, onu müəyyən edən sosial amillərə onun
münasibəti motivlərinin sosial və sosial-psixoloci mexanizmlərinin tədqiqi şəxsiyyətin
sosiologiyasının ən mühüm vəzifələrindən biridir.
Şəxsiyyətə irəli sürülən tələblərin və həmin tələblərə şəxsiyyətin seçmə münasibətinin
uyğun gəlməsi (yaxud gəlməməsi) fərdlərin oxşar qruplarının jəmiyyətin sosial
məqsədlərinə sosial münasibətlərinin ümumi istiqamətini (marağını) və səviyyəsini
müəyyən edir. Deməli, bu münasibətlərin səviyyəsini aşkara çıxarmaq üçün üç növ
informasiyaya malik olmaq lazımdır: a) müəyyən sosial mövqe tutan şəxsiyyət qarşısında
qoyulan tələblər haqqında; b) bu tələblərin şəxsiyyətin şüurunda, onun maddi və mənəvi
tələbatlarında təzahürü haqqında; j) mövjud sosial mövqedə şəxsiyyətin real davranışı
haqqında.
Fərdin sosial mövqe, ijtimai şərait və həyat fəaliyyəti sistemi vasitəsilə təzahür edən
xüsusi şəkildə təşkil olunmuş şəxsi xüsusiyyətləri və fərdi keyfiyyətlərinin məjmusu
şəxsiyyətin strukturunu əmələ gətirir.
Şəxsiyyətin mənafe və münasibətlərinin formalaşmasını şüurlu surətdə idarə etmək
üçün fərdin şəxsi xüsusiyyətlərini, şəxsiyyətin fərdi keyfiyyətlərini, şəxsiyyətin əmək və
məişətdə bilavasitə davranışını müəyyən edən konkret amilləri və bu amillərin qrup ilə,
bütövlükdə mövjud sosial sistem ilə funksional əlaqəsini bilmək lazımdır.
Şəxsiyyətin jəmiyyətdə tutduğu yer, öz sosial mövqelərinə münasibəti bir sıra
amillərlə: a) şəxsiyyətin sosial xüsusiyyətlərinin məjmusu ilə; b) onun özünə və şəxsiyyətin
mənafelərini və fəaliyyət fəallığını müəyyən edən öz sosial mövqelərinə qiymət verməsi ilə;
j) fərdlərin şəxsi fizioloci və psixoloci xarakteristikası ilə əlaqədardır.
Sosiologiyada fərdin sosial xüsusiyyətlərinin aşağıdakı təsnifatı qəbul edilmişdir: 1)
jinsi, 2) yaşı, 3) sosial mənşəyi, 4) milliyəti, 5) partiyalılığı, 6) təhsili, 7) mədəniyyəti, 8)
ixtisası, 9) iş stacı.
İnsanın müxtəlif həyat dövrlərində (7 yaşa qədər, 7-15, 16-17, 18-25, 26-30, 31-40, 41-
50, 51-60, 60 il və çox) onun həyat fəaliyyəti müxtəlif keçir.
Şəxsiyyətin konkret sosioloci tədqiqi statistik orta hədlə məhdud ola bilməz, bu
tədqiqatlar şəxsiyyətin tipologiyasını tələb edir ki, bu tipologiya da hazırda siniflər və
sosial qruplar arasında, müxtəlif əmək növləri və ərazi birlikləri arasnıda müxtəlif profilli
kollektivlər arasnıda mövjud olan fərqlərə, habelə peşə, jins, yaş kateqoriyaları və i.a.
fərqlərə əsaslanaraq yalnız sosial ola bilər. Konkret şəraitdə müxtəlif sosial münasibətlər
tiplərinin şəxsiyyətə təsiri mexanizmlərinin tədqiqi sosiologiyanın əməyin sosiologiyası,
məişət sosiologiyası, əmək kollektivi sosiologiyası, ailə sosiologiyası, iş vaxtı və işdən kənar
vaxt sosiologiyası kimi sahələrinin predmetini təşkil edir. Tətbiqi sosiologiyanın bu
sahələri konkret olaraq şəxsiyyətin həyat fəaliyyətinin şərait və formalarını, strukturu və
məzmununu, yəni əmək və məişətdə şəxsiyyətin real davranışını idarə edən sosial və sosial-
psixoloci mexanizmləri əmələ gətirən konkret sosial əlaqələr sistemini tədqiq edir.
Beləliklə, şəxsiyyətin sosiologiyası tətbiqi sosiologiyanın bütün başqa sahələri ilə,
ümumnəzəri sosiologiya ilə sıx əlaqədardır
Konkret tarixi varlıq olmaq etibarı ilə şəxsiyyət bir tərəfdən konkret müəyyən ijtimai
münasibətlərin, digər tərəfdən isə şəxsləşmiş və eyni zamanda ijtimai əhəmiyyət kəsb edən
sosial keyfiyyətlərin daşıyıjısı olur. Şəxsiyyət dedikdə, sosial münasibətlərin daşıyıjısı olan
insanın bu və ya digər sinfə, sosial qrupa, millətə, jəmiyyətə mənsubiyyəti nəzərdə tutulur.
Hər bir ijtimai iqtisadi formasiya öz şəxsiyyət tiplərini yaradır.
46
Sosial tiplərin formalaşmasına mədəni səviyyədə, vətəndaşlıq şüurunun yetkinlik
dərəjəsində olan fərqlər, fərdi davranışın əxlaqi əsasları daha mühüm təsir göstərir.
İjtimai qanunların fəaliyyətinin dərk olunması həmin qanunların şəxsiyyətlərin, sosial
qrupların, siniflərin, millətlərin və bütövlükdə jəmiyyətin şüurunda əks olunma
mexanizmini aşkara çıxarmaq deməkdir. Bu qanunların şüurda adekvat inikası insanların
fəaliyyəti və davranışı motivlərinin xarakterini və məzmununu müəyyən edir. İnsan daim
fəaliyyətə meylli olduğu üçün fəaliyyətin baş verdiyi şəraitin inkişaf qanunauyğunlarını
yaxşı bilməlidir. Sosial qanunların özü sosial mənafelər kimi təzahür edir.
İnsanların sosial fəaliyyəti və davranışının başlanğıj nöqtəsini obyektiv həyat şəraiti
təşkil edir ki, onlar da öz növbəsində müəyyən tələbatları və maraqları doğurur. Həmin
maraqlar isə insanların fəaliyyətinin motivinə çevrilir. Burada obyektiv səbəbiyyət əlaqəsi
subyektiv səbəbiyyətə keçir. Bu keçid aşağıdakı 3 qrup mexanizmin təsiri altında baş verir:
1) İnsanın sosial fəaliyyətinin motivləşməsi, yəni tələbatların mənafe formasında
dərk olunması.
2) Şəxsiyyətin mənafelərinin onun fəaliyyətinin məqsədinə çevrilməsi.
3) Şəxsiyyətin fərdi davranışı və münasibətlərinin formalaşması.
Bunun əksinə olaraq subyektiv səbəbiyyət əlaqəsindən obyektiv səbəbiyyət əlaqəsinə
keçid aşağıdakı mexanizmləri nəzərdə tutur:
1) Şəxsiyyətin fərdi davranışı və münasibətlərindən şəxsiyyətlər qrupunun sosial
davranışına və sosial münasibətlərinə keçilməsi.
2) Jəmiyyət həyatının müxtəlif səviyyələrində (şəxsiyyət, sosial qrup, sinif, millət
və bütövlükdə jəmiyyət) sosial qanunauyğunluqların təzahür etməsi.
Tələbatların özü insanın ətraf aləmdən obyektiv asılılğını əks etdirir. Məhz buna görə
də insanın bütün praktiki fəaliyyətinə tələbatların ödənilməsi forması kimi baxılmalıdır.
İnsanın tələbatlar sistemi təbii və sosial xarakterli olur. Bunlardan birinjisi paltara,
yeməyə, evə və s. olan tələbatlar, ikinjisi isə əməyə, sosial fəaliyyətə, mənəvi mədəniyyətə
və s. aid olanlardır. Onu da qeyd etmək lazımdır ki, sosial tələbatlar məhz təbii tələbatlar
əsasında və üzərində meydana gəlirlər.
İnsan tələbatlarının ən yüksək pilləsini mənəvi sərvətlərin dərk olunması və
mənimsənilməsi təşkil edir. Məhz sərvət yönümü insanın fəaliyyətini, sosial davranışının
istiqamətini müəyyən edir. Bəzən bu sərvətlər insan üçün o dərəjədə əhəmiyyətli olur ki,
insan onların uğrunda özünü qurban verməyə də razı olur. Məsələn, azadlıq, bərabərlik,
həqiqət, məhəbbət və s. sosial sərvətlər insanın həm ijtimai, həm də şəxsi həyatında real
motivə çevrilir.
Şəxsiyyətin fəaliyyətinin həyata keçdiyi şərait onun sosial davranışını da şərtləndirir.
Bununla yanaşı həmin şərait şəxsiyyətin tələbatları və mənafeləri prizmasından
qiymətləndirilərək onda ya razılıq və yaxud əksinə, narazılıq hissləri əmələ gətirir.
Narazılıq hissi bu şəraiti öz tələbatlarına müvafiq surətdə dəyişdirməyə çalışan şəxsiyyətin
fəaliyyətinin sosial səbəbinə çevrilir.
Fəaliyyətin səbəbiyyətlə bağlılığı həm obyektiv, həm də subyektiv xarakter daşıyır.
Obyektiv səbəbiyyət ijtimai inkişafın məqsədlərinin, maraq və mənafelərinin məjmusu
olub siniflər, sosial qruplar, etnik, demoqrafik ərazi birlikləri, sosial institutlar və
təşkilatlar tərəfindən həyata keçirilir. Subyektiv səbəbiyyət isə şəxsiyyətin sərvət
yönümlərinin, mənafe və təbəlatlarının məjmusu olub onun özünə, sosial və iqtisadi
struktura, həyat tərzinə münasibətini əks etdirir.
Hər bir insan sosial sistemin formalaşmasına bu və ya digər dərəjədə təsir göstərir. Bu
prosesdə onların mənafe və maraqları çox vaxt üst-üstə düşmədiyi üçün onlar ijtimai
sərvətlərə və normalara, sosial rollara olan münasibətlərini daim razılaşdırmalı olurlar.
47
Əksər hallarda bu jür razılaşdırmalar kompromislərin – yəni qarşılıqlı güzəştlərin
sayəsində mümkün olur.
Müasir dövrdə şəxsiyyətin mütəşəkkil olmasının, onun şəxsi təşəbbüsünün,
çevikliyinin, müxtəlif vərdişlərə malik olmasının əhəmiyyəti getdikjə artır. Eyni zamanda
insan qarşısında elmi-texniki, sosial-iqtisadi və mənəvi tərəqqinin irəli sürdüyü və yeni
texnologiyanın, qabaqjıl təjrübənin, həyat tərzi və stilinin tətbiqi ilə bağlı olan problemlər
meydana çıxır. Belə bir şəraitdə insan həyatın yeni tələbləri haqqında biliyə və anlayışa,
ümumbəşəri və sinfi dəyərlərin dialektikasına qiymət vermək bajarığını nəzərdə tutan
siyasi təfəkkür vərdişlərinə malik olmalı, düzgün davranış xəttini tapmalıdır.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin