1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə13/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
sosiologiya

Sosial fəaliyyət nəzəriyyəsinin meydana gəlməsi amerikalı tədqiqatçı J.Homansın
(1910-1989) adı ilə bağlıdır. O, empirik sosial elmin vəzifəsini hadisələr arasında əlaqələrin
təsviri və izahında görürdü. Homansın fikrinjə, təsvir yalnız müşahidə olunan əlaqə və
münasibətlərin ümumiləşdirilməsi sayəsində mümkündür. O, bu jür ümumiləşdirilmələri
fərziyyələr adlandırır. Sosial hadisələri izah etməni Homans yalnız psixologiya ilə bağlayır.
Onun fikrinjə, sosial fəaliyyətin qanunauyğunluqlarını dərk etmək sosiologiyanın başlıja
vəzifəsini həll etmək deməkdir.
Artıq qeyd etdiymiz kimi, XX yüzilliyin əvvələrindən etibarən sosiologiya elminin
inkişaf mərkəzi ABŞ universitetlərinə keçir. Buna görə də müxtəlif problemlər üzərində
elmi tədqiqatlar aparan alimlər içərisindən biz bəzilərinin yaradıjılığının öyrənilməsini
zəruri hesab edirik. Xüsusən amerikan sosioloqlarından Robert Morison Mak -Ayver
(1882-1970), Robert Kinq Merton (1910-1987), Talkott Parsonsun (1902-1973) və Pitirim
Sorokinin(1889-1968) baxışları böyük elmi maraq doğurur.
R.M.Mak–Ayver 1915-1927-ji illərdə Kanadanın Toronto universitetində siyasi elmlər
professoru vəzifəsində çalışmışdır. Daha sonra Nyu-Yorkun Kolumbiya universitetinə
dəvət alan Mak-Ayver burada əsasən dövlətin və istehsalın sosiologiyası ilə məşğul
olmuşdur. O, 1940-jı ildə Amerika Soiologiya Jəmiyyətinin 30-ju prezidenti seçilmişdir.
Mak-Ayverin sosiologiyasında morfologiya etiologiya adlı təlimlər xüsusi yer tutur.
Morfologiyanı o, sosial formalar haqqında, etiologiyanı isə, sosial səbəblər haqqında təlim
kimi nəzərdən keçirirdi. Onun fikrinjə, hər bir sosial fakt müəyyən formaya, həmçinin onu
doğuran, meydana gətirən və inkişaf etdirən səbəbə malikdir. Sosiologiya elminin başlıja
və əsas məqsədi sosial faktların mahiyyətinə varmaqdan, onların səbəblərini və formalarını
aşkara çıxarmaqdan ibarətdir.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin