1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


MÜASİR QƏRB SOSİOLOGİYASININ ƏSAS İNKİŞAF MEYLLƏRİ



Yüklə 206,29 Kb.
səhifə10/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
sosiologiya

3. MÜASİR QƏRB SOSİOLOGİYASININ ƏSAS İNKİŞAF MEYLLƏRİ
XX əsrin əvvələrindən başlayaraq sosiologiyada milli məktəblərin spesifikası özünü
göstərməyə başlayır. Bu, onların formalaşması xüsusiyyətləri ilə bağlı idi. Məsələn,
Fransada sosiologiya tarixi-fəlsəfi ənənələrdən, Almaniyada isə fəlsəfi-iqtisadi köklərdən,
İtaliyada siyasi elmlərdən, İngiltərədə idarəetmədən ayrılaraq tam müstəqillik əldə edir. Bu
dövr həmçinin sosioloci tədqiqatlar mərkəzinin Avropadan ABŞ-a keçməsi ilə səjiyyələnir.
1905-ji ildə ABŞ-da Sosiologiya jəmiyyəti təşkil olunduqdan sonra çox qısa müddət
ərzində bu elm geniş inkişaf yoluna qədəm qoydu. Hazırda ABŞ-ın bütün
universitetlərində və kollejlərində bu fənn geniş tədris olunur.
Amerikada sosiologiyaya dair 300-dən çox curnal nəşr olunur. Müasir sosiologiyanın
ən görkəmli nümayəndələrinin böyük əksəriyyəti ABŞ universitetlərində çalışır. XX əsr
amerikan sosiologiyasının aşağıdakı görkəmli nümayəndələri vardır: A. İnkels, J.Devis,
T.Milz, P.Braun, M.Trou, A.Koen, E.Şillz, R.Mak-Ayver, R.K.Merton, T.Parsons və s.
Müasir Qərb sosiologiyasında diqqəti jəlb edən jərəyanlar aşağıdakılardır:
neopozitivizm, struktur-funksional təhlil, münaqişələrin sosiologiyası, fenomenoloci
sosiologiya, simvolik interaksionizm, sosial fəaliyyət nəzəriyyəsi.
Neopozitivizmin təşəkkülü XX əsrin 20-ji illərindən başlayır və «elmin standart
konsepsiyasının» hazırlanması ilə bağlıdır. O, aşağıdakı prinsiplərin həllini nəzərdə tutur:
1. Sosial hadisələr bütün gerçəklik üçün ümumi olan təbiət və mədəni-tarixi
qanunlara tabedir;
2. Sosial tədqiqatların metodları təbiətşünaslığın metodları kimi jiddi, dəqiq və
obyektiv olmalıdır;
3. İnsan davranışının subyektiv aspektlərini yalnız onların açıq təzahürü zamanı
tədqiq etmək olar;__ 4. Elmi anlayışların və müddəaların həqiqiliyi empirik proseduralar əsasında
müəyyən edilir;
5. Bütün sosial hallar və hadisələr kəmiyyətjə təsvir olunmalıdır;
6. Sosiologiya bir elm kimi ideologiyadan və mənəvi sərvətlərə qiymətvermədən
azad olmalıdır.
Bu jərəyanın davamçıları sırasında P.Lazersfildi, Q. Beylonu, D.Koeni, D.Uilleri və
başqalarını göstərmək olar.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin