4. Sosial normalar
Sosial normaların (bunları çox vaxt «Ümumi qaydalar» adlandırırlar) meydana gəlməsinin əsasında hər
şeydən əvvəl maddi istehsalın tələbatları dayanır. İstehsal, bölgü və mübadilə aktlarının təkrar olunması, yəni sosial qarşılıqlı təsirlərin təkrar olunması elə ümumi qaydaların varlığını tələb edir ki, onlar müvafiq ictimai münasibətlərin iştirakçılarına müntəzəm surətdə həmin qarşılıqlı təsirlərə qoşulmaq imkanı versin. Bunun sayəsində sosial normalar özündə sosial qarşılıqlı təsirlərin mücərrəd modelini təcəssüm etdirir. Bu model fərdlərə imkan yaradır ki, onlar ictimai münasibətlərin digər iştirakçılarının fəaliyyətini irəlicədən görə bilsinlər, öz davranışını müvafiq qaydada nizama salsınlar. Bunun sayəsində sosial normalar fərd səviyyəsində onun davranışının ölçüsünə, cəmiyyət səviyyəsində isə həmin davranışın qiymətləndirmə miqyasına çevrilir
MÖVZU III
SOSİOLOCİ FİKRİN TƏŞƏKKÜLÜ VƏ TARİXİ
İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ
PLAN:
1.XIX əsrin sonu –XX əsrin əvvələrində qərbi avropa ölkələrində sosiologiya elminin təşəkkülü
2. Marksizm sosioloji nəzəriyyəsinin mahiyyəti və məzmunu
3. Müasir qərb sosiologiyasının inkişaf meylləri.
Sosiologiyanın müstəqil elm sahəsi kimi meydana gəlməsi XIXəsrin birinji yarısına təsadüf edir. Bu elmin yaranması jəmiyyətdə kəskinləşən ijtimai-siyasi mübarizə ilə bağlı olmuşdur. Yeni intellektual sintezə, insan və jəmiyyət haqqında realist təhlilə tələbat daim artırdı. Sosial hadisələri və prosesləri izah etmədən, ijtimai həyatın müxtəlif tərəfləri barədə konkret empirik informasiya almadan, bir sözlə sosioloci realizm mövqeyində dayanmadan jəmiyyəti səmərəli idarə etmək mümkün deyildi. Sosiologiya elminin banisi fəlsəfədə pozitivizm jərəyanının yaradıjılarından biri olan fransız filosofu Ogüst Kont (1798-1857) hesab edilir. İlk dəfə məhz O.Kont kapitalizm jəmiyyətinin səjiyyəvi xüsusiyyətlərini öyrənmiş, onun mövjudluq və inkişaf qanunlarını formulə etmişdir. Kontun təlimi mövjudluq qanunlarını öyrənən sosial statika və hadisələrin inkişaf ardıjıllığını şərh edən sosial dinamika adlı iki hissədən ibarət olub «sosial fizika» adlanırdı. Lakin 1839-ju ildə belçikalı statistik Ketlenin də həmin termindən istifadə etdiyi məlum olduqda Kont yeni termin – «sosiologiya» anlayışını irəli sürdü. Kontun sosial-fəlsəfi baxışlarının mərkəzində özünün yazdığı kimi «bəşəriyyətin intellektual təkamülünün böyük əsas qanunu» dayanır. Bu qanuna görə insanların idrakı fəaliyyəti və ijtimai şüuru aşağıdakı inkişaf mərhələlərindən keçmişdir: teoloci, metafizik və pozitiv. Birinji mərhələdə insan ağlı təbiətdə baş verən bütün hadisələri fövqəltəbii qüvvələrlə, ikinji mərhələdə abstrakt anlayışlarla izah etdiyi halda, pozitiv mərhələdə insan
öz mühakimələrində elmi müşahidələrə əsaslanır. Kont jəmiyyətin inkişafının qanunauyğun və mütərəqqi xarakter daşıdığını göstərirdi. O, bunu sosial dinamika adlandırırdı. O.Kontun əsas xidməti bundadır ki, o jəmiyyətə bütöv sosial orqanizm kimi baxırdı. Onun fikrinjə, jəmiyyət ona daxil olan bütün subyektlərin (şəxsiyyət, təbəqə, sinif) fəaliyyəti və inkişafını müəyyən edir. «Pozitiv siyasət sistemi» adlı əsərində sosial tərəqqi ideyasını əsaslandıraraq Kont yazırdı: «Sivilizasiyanın gedişində bəşəriyyət fiziki, əxlaqi,
əqli və siyasi jəhətlərdən fasiləsiz olaraq inkişaf edir». Kontun ideyaları, jəmiyyətin bütöv sosial orqanizm kimi fəaliyyəti haqqında fikirləri ingilis filosofu Herbert Spenser (1820-1903) tərəfindən daha da inkişaf etdirilmişdir. Spenserin «Sintetik fəlsəfə sistemi», «Elmi, siyasi və fəlsəfi təjrübələr», «Əsas mənbələr» kimi əsərlərində jəmiyyət bioloci və sosial amillərin qarşılıqlı təsirində olan vahid system kimi qiymətləndirilir. Bu nəzəriyyəyə görə ijtimai həyatın bütün tərəfləri üzvi surətdə bir- biri ilə bağlıdır və bu əlaqələrsiz fəaliyyət gösətərə bilməz. H.Spenser jəmiyyəti təbii qanunlar əsasında inkişaf edən orqanizm kimi nəzərdən keçirirdi. O, jəmiyyəti janlı bioloci orqanizmə bənzədərək bunu aşağıdakılarla əsaslandırırdı:
1. Bütün janlı orqanizmlər kimi jəmiyyət də inkişaf prosesində kütlə etibarılə artır;
2. Onların hər ikisi daim mürəkkəbləşir;
3. Onların ayrı-ayrı hissələri get-gedə bir-birindən daha çox asılı olur;
4. Onları təşkil edən vahidlər (məsələn, jəmiyyətdə insanlar, orqanizmdə isə
hüjeyrələr) daim meydana gələrək yoxa çıxsalar da hər ikisi bütöv tam kimifəaliyyət göstərə bilirlər. Spenserin təkamül nəzəriyyəsinə görə o, üç mərhələdən keçir: sadədən mürəkkəbə (inteqrasiya); yekjinslikdən çoxjinsliyə (differensiasiya); qeyri-müəyyənlikdən müəyyənliyə (intizam yüksəlməsi). Spenserin fikrinjə, sosial təkamül prosesində insan amilinin rolu və əhəmiyyəti xeyli artır. XIX əsrin ortalarında alman dilli ölkələrdə sosioloci ideyaların yayılmasında Lüdviq fon Şteynin (1815-1890) əsərlərinin mühüm rolu olmuşdur. Onun 1842-ji ildə nəşr olunmuş «Müasir Fransada sosializm və kommunizm» adlı əsəri Almaniyada sosioloci fikrin təməlini qoymuşdur. Alman sosioloqu Zombart (1863-1911) iddia edirdi ki, «Karl Marks sosializmə dair bütün ideyalarını məhz Lüdviq fon Şteyndən əxz etmişdir». XIX əsrin sonu – XX əsrin əvvələrində sosioloci pozitivizm jərəyanının ən görkəmli
nümayəndələrindən biri kimi fransız sosioloqu Emil Dyürkheym (1858-1917) çıxış edir. Kontun və Spenserin sosioloci baxışlarını daha da inkişaf etdirən Dyürkheymin fikrinjə bütöv sosial orqanizmin elementləri öz aralarında harmonik əlaqələr yaratmaqla tamı qoruyub saxlamağa borjludurlar. Dyürkheym sosiologizm jərəyanının banisidir. Özünün «Sosiologiyanın metodu» adlı əsərində Dyürkheym sosiologiyanın predmetinin fərdlərin iradəsindən asılı olmayaraq mövjud olan və onlara təsir gösətərən sosial faktlardan ibarətolduğunu iddia edirdi.
Dyürkheym «İjtimai əmək bölgüsü haqqında», «Dini həyatın elementar formaları», «Özünəqəsd» və s. əsərlərin müəllifidir. Onun fikrinjə fərdin, kollektivin və jəmiyyətin normal inkişafı onlara «uzun həyat şansı» verir və sosial sağlamlığa səbəb olur. Dyürkheym belə hesab edirdi ki, sosiologiya ağıla və həqiqətə əsaslanan hər jür ijtimai həyatın öyrənilməsi və yaxşılaşdırılması ilə məşğul olmalıdır. E.Dyürkheym «Özünəqəsd» adlı əsərində fərdin sosial vəziyyətdən asılı olaraq intihar
etməsinin hansı motivlərlə bağlı olduğunu aşağıdakı kimi əsaslandırır:
1. Eqoizm amili, yəni sosial normaların fərdlərə təsirinin zəifləməsi ilə bağlı olaraq;
2. Altruizm amili, yəni fərdin jəmiyyətdə öz şəxsi keyfiyyətlərinin əhəmiyyətinin
itirilməsi ilə əlaqədar olaraq;
3. Anomizm amili, yəni jəmiyyətdə mənəvi sərvətlərin və normaların dərin
böhranı ilə bağlı olaraq. Göründüyü kimi, Dyürkheym bu üç amilin şəxsiyyətə göstərdiyi mənəvi-psixolocim təzyiq nətijəsində onun intihar etdiyini elmi jəhətdən əsaslandırır. İtaliyada XIX yüzilliyin sonundan etibarən sosiologiyanın inkişafı Vilfredo Paretonun (1848-1923) və Qaetano Moskanın (1858-1914) adları ilə bağlıdır. V.Pareto social hadisələrə qiymət verərkən, həm sosioloq və həm də iqtisadçı kimi təbii - elmi baxışlara əsaslanırdı. Onu jəmiyyət həyatında daim təkrarlanan və ayrı-ayrı mənəvi sərvətlərdən asılı olmayaraq təhlil edilə bilən sosial faktlar maraqlandırırdı. O, hər jür nəzəri tarixi yalana və ya özünü aldatmağa əsaslanan ideologiya kimi rədd edirdi. Paretonun fikrinjə, tarix siyasi elitaların hakimiyyət uğrunda mübarizə meydanıdır. İnsanlar yalnız şərti olaraq sosial mövjudat kimi nəzərdən keçirilə bilərlər, əslində isə onlar təbiətin ümumi qanunları əsasında inkişaf edirlər. 2600 paraqrafdan ibarət olan «Ümumi sosiologiyaya dair traktat» əsərində Pareto müəyyən mənada sosial mexanikanı inkişaf etdirir. O, insane fəallığını iki əsas tipə: məntiqi və qeyri-məntiqi fəaliyyətə bölür. Real həyatda isə bu iki tip qarışıq şəkildə çıxış edir. Paretonun fikrinjə, insanların əksəriyyətinin gündəlik fəaliyyətini məhz hisslər müəyyən edir. Pareto həm burcua demokratiyasının ideallarına, həm də marksizm nəzəriyyəsinin müddəalarına etinasızlıqla yanaşırdı. Qaetano Moska «elita tsikli» konsepsiyasını yaratmaqla, sosiologiyaya spesifik siyasi məna vermişdir. Demokratiyanı «genişləndirilmiş aristokratiya» hesab edən Moska «siyasi, yaxud idarə edən sinif» haqqında konsepsiyasını yaratmaqla. Tarixdə şəxsiyyətin roluna öz münasibətini bildirmişdir.
Almaniyada sosiologiya elminin inkişafında Ferdinand Tyonnisin (1855-1936), Georq Zimmelin (1858-1918) və Maks Veberin (1864-1920) əvəzsiz xidmətləri olmuşdur. Ferdinand Tyonnisin «Jəmiyyət və insan birlikləri» adlı əsəri hələ 1887-ji ildə nəşr olunsa da, yalnız 1912-ji ildə «Təmiz sosiologiyanın əsas anlayışları» adı altında çap olunduqdan sonra öz müəllifinə geniş şöhrət gətirdi. Tyonnis bu əsərində və həmçinin 1931-ji ildə nəşr etdirdiyi «Sosiologiyaya giriş» adlı kitabında ilk dəfə olaraq sosioloci
anlayışların məntiqi sistemini yaratmağa jəhd göstərmişdir. Onun «Təmiz sosiologiyası» daim jəmiyyətdə müşahidə etdiyi münaqişəli vəziyyətlərlə şərtlənir. Jəmiyyətdə mövjud olan insanlararası qarşılıqlı düşmən münasibətləri o, ümumi mənada sosiologiyaya daxil etdiyi sosial psixologiya ilə izah edirdi.
Öz siyasi baxışlarında ardıjıl demokrat kimi çıxış edən Tyonnis faşizmə qarşı mübarizə apararaq, onu «müasir vəhşilik» adlandırırdı. Bununla yanaşı inqilabi ideyalara da rəğbət bəsləməyən Tyonnis eyni zamanda Marksın əsərlərinə yüksək qiymət verir və Engelslə məktublaşırdı. Ferdinand Tyonnis M.Veber, G. Zimmel və V.Zombartla birlikdə 1909-ju ildə «Almaniya sosioloci jəmiyyəti» ni yaradaraq, 1933-jü ilədək –faşistlər bu jəmiyyəti qadağan edənədək - onun sədri olmuşdur. Alman idealist filosofu və sosioloqu Georq Zimmel öz baxışlarına görə əvvəljə H.Spenserin və Ç.Darvinin, daha sonra İ.Kantın təsiri altında olmuşdur. Yaradıjılığının ilk mərhələsində o, əsas diqqəti mədəniyyətin fəlsəfi problemlərinin araşdırılmasına yönəltmişdir. Zimmelin fikrinjə, sosiologiyanın predmetini bütün tarixi dəyişikliklərə baxmayaraq öz məzmununu dəyişməyən insanlararası sosial qarşılıqlı təsir təşkil edir. O, 1900-jü ildə nəşr olunmuş «Pulun fəlsəfəsi» adlı əsərində şəxsiyyətin və fərdi azadlığın inkişafında,
habelə insanlar arasında müxtəlif münasibətlərin təşəkkülündə pulun oynadığı rolun sosial-psixoloci təhlilini vermişdir. Zimmel şüurlu surətdə sosiologiyanı tarixdən və iqtisadiyyatdan ayrılıqda tədqiq edirdi. Onun fikrinjə, iqtisadiyyat mənəvi mədəniyyəti müəyyən edən ilkin şərtlərdəndir. Lakin, iqtisadi amillərin özü daha dərin sərvətlərdən və jərəyanlardan doğur. O, demək olar ki, psixoloci və hətta metafizik ilkin səbəbdir. Alman sosiologiyasının və bütövlükdə sosiologiya elminin ən görkəmli nümayəndələrindən biri Maks Veberdir. Onun əsas, lakin başa jatmamış sosioloci əsəri 1925-ji ildə, vəfatından sonra nəşr olunmuş «İqtisadiyyat və jəmiyyət» adlı traktatdır. Bu əsərin birinji fəsli «Sosiologiyanın əsas anlayışları» adlanır. M.Veber digər alman sosioloqları Rikkert və Dilteylə birlikdə «ideal tiplər» konsepsiyasını işləyib hazırlamışdır. Bu konsepsiyanın məqsədi elə obrazlar və sxemlər yaratmaqdan ibarətdir ki, onların köməyi ilə konkret sosioloci tədqiqatların verdiyi materialları və tədqiqatçının həyati müşahidələrini qaydaya salmaq mümkün olsun. Məsələn, antik dövr, feodalizm,
kapitalizm anlayışları Veber üçün obyektiv mövjud olan münasibətlər deyil, ideal tipologiya üsullarıdır.
Veber «Sosial - elmi və sosial - siyasi idrakın obyektivliyi», «Mədəniyyət haqqında
məntiqi elmlər sahəsində tənqidi tədqiqatlar» əsərlərində və xüsusən də «Dərk edən
sosiologiyanın bəzi kateqoriyaları haqqında» adlı kitabında bu qənaətə gəlir ki,
10
sosiologiyanın əsas məqsədi insanın və insanlar qrupunun davranışını və sosial
fəaliyyətini öyrənmək olmalıdır.
M.Veber sosial fəaliyyətin aşağıdakı tiplərini fərqləndirirdi:
Məqsədyönlü rasional fəaliyyət. İnsan öz fəaliyyətinin məqsədi və ona çatmağın
yolları haqqında aydın təsəvvürə malik olur və həmçinin öz fəaliyyətinə digər
insanların mümkün olan reaksiyasını nəzərə alır. Müvəffəqiyyət rasionallığın
meyarı olur;
Sərvətyönümlü rasional fəaliyyət. Müəyyən davranışın etik, estetik yaxud dini
əhəmiyyətinə şüurlu inamla bağlı olan fəaliyyətdir;
Affektiv fəaliyyət. Şüursuz psixoloci impulsların və hisslərin təsiri altında baş
verən fəaliyyət.
Ənənəvi fəaliyyət. Vərdişlər və adətlər əsasında baş verən fəaliyyət.
Sosial fəaliyyətin bu tiplərindən hər biri öz motivinə, məzmununa və həyata keçmə
mexanizminə malik olub, özlərini insanların gündəlik davranışında biruzə verirlər. Veberin
fikrinjə, tarixi prosesdə sosial fəaliyyətin rasionallıq dərəjəsi daim yüksələn xətlə gedir.
Maks Veber «Protestant etikası və kapitalizmin ruhu», «Asket protestantçılıq və
kapitalizmin ruhu» kimi əsərlərində sübut etməyə çalışır ki, Avropa kapitalizmi öz
mənşəyinə görə protestant dini-əxlaqi kompleksinə borjludur. Onun fikrinjə,
əməksevərlik, qənaətjillik, düzgünlük və s. bu kimi mənəvi keyfiyyətlər dini ideologiyadan
doğur və insanların düzgün yaşamalarına köməklik göstərir. Lakin sonralar,
«Xristianlığın tarixi» adlı əsərində Veber kapitalizmin meydana gəlməsində iqtisadi
amillərin oynadığı rola daha obyektiv yanaşır. Marksizmin əsas müddəalarını ardıjıl
olaraq tənqid edən Veber kapitalizmi ən rasional təsərrüfat tipi adlandırır.
Siyasi sosiologiyada M.Veber hakim sinfin statusa və nüfuza malik olan qrupları
arasında gedən münaqişələrin təhlilinə üstünlük verirdi.
M.Veberin yaradıjılığı, nəzəriyyəsi və xüsusən də metodologiyası müasir
sosiologiyanın təşəkkülündə böyük rol oynamışdır. Amerikan sosioloqu T.Parsonsun
fikrinjə, M.Veber tarixin materialist anlayışının əsassızlığını göstərərək ümumdünya
tarixində etik və dini amillərin üstün rol oynadığını sübut etmişdir. Bununla belə onun
bioqraflarından biri olan alman sosioloqu V.Baumqarten yazır ki, M.Veber öz metodoloci
yolunu K.Marksa qarşı mübarizə aparmaqla və ondan öyrənməklə axtarırdı.
M.Veberin bütün ideyalarına elmilik və obyektivlik kimi jəhətlər xasdır. Məhz buna
görədir ki, onun nəzəriyyəsi, xüsusən də metodologiyası bu gün də öz aktuallığını qoruyub
saxlamaqdadır.
Göründüyü kimi, XIX əsrin əvvələrində əsası O.Kont, H.Spenser və L. Şteyn
tərəfindən qoyulan sosiologiya elmi fransız, italyan və alman sosioloci məktəblərinin
görkəmli nümayəndələri tərəfindən inkişaf etdirilərək bitkin bir elm sahəsinə çevrildi.
Dostları ilə paylaş: |