Struktur-funksional təhlil anlayışı iki mənada işlənir:
1. Sistemdə baş verən dəyişiklikləri onun elementlərində baş verən dəyişikliklərlə
əlaqədə götürən metod kimi;
2. Əsası amerikan sosioloqu T.Parsons (1902-1979) tərəfindən qoyulmuş sosioloci
məktəbin adı kimi. T.Parsons tarazlıq (müvazinət) kateqoriyasını ön plana çəkərək
iddia edir ki, jəmiyyət yalnız tarazlığa əsaslanmaqla özünü qoruyub saxlaya bilər.
Buna görə də sosiologiyanın vəzifəsi – jəmiyyətdə sabitliyin (tarazlığın) qorunub
saxlanılması üçün təkliflər verməkdir. Parsonsun fikrinjə, istər jəmiyyət, istər
istehsal vahidi və istərsə də ayrılıqda götürülmüş fərd aşağıdakı əsas problemləri
həll etmədən mövjud ola bilməz:
- ətraf mühitə uyğunlaşma (adaptasiya);
- məqsədlərin müəyyən edilməsi və onların əldə olunması üçün bütün
imkanların səfərbər edilməsi;
- daxili vəhdətin və nizamın qorunması (inteqrasiya);
- daxili sabitliyin, müvazinətin, sistemin özünəuyğunluğunun təmin edilməsi
(latentlik – nümunənin qorunub saxlanması).
Parsonsun fikrinjə, jəmiyyətin inkişafı təkamül xarakteri daşıyır. O, üç jəmiyyət tipi
göstərir:
Primitiv, burada differensiasiya güjlüdür, jəmiyyətin ölkələr, dövlətlərə,
xalqlara parçalanması baş verir;
Ara jəmiyyət tipi. Bu tip yazının, sosial təbəqələşmənin meydana gəlməsi və
mədəniyyətin müstəqil fəaliyyət sahəsinə çevrilməsi ilə əlamətdardır;
Müasir, bu tipin xarakterik jəhəti hüquqi sistemin dini sistemdən
ayrılmasından, inzibati bürokratiyanın, bazar iqtisadiyyatının və demokratik seçki
sisteminin formalaşmasından ibarətdir.
T.Parsons 1937-ji ildə nəşr etdirdiyi «Sosial fəaliyyətin strukturu» adlı əsərində irəli
sürdüyü təfəkkür üsulunun struktur və funksional aspektləri arasındakı fərqləri
göstərmişdir. Onun fikrinjə, struktur gej dəyişən moment olub sabitliyi təmin edir,
funksiya isə əksinə olaraq dinamikliyi, mütəhərrikliyi əks etdirərək hadisələrin mahiyyətinə
varmağa, onların məzmunu və xarakterinin aşkara çıxarılmasına imkan verir.