1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə27/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   ...   23   24   25   26   27   28   29   30   ...   33
EKOLO

24. Nəqliyyat vibrasiyaları


Vibrasiya – yüksək tezlikli, kiçik amplitudlu mexaniki rəqslərdir. Yaranma mənbəyinə görə vibrasiyaların aşağıdakı növləri qəbul edilib.

  • nəqliyyat vibrasiyaları, avtomobillərin yollarda və ərazilərdə hərəkətindən yaranır.

  • nəqliyyat – texnoloji vibrasiyalar, stasionar vəziyyətdə texnoloji əməliyyatlar yerinə yetirən maşınların işi və istehsalat binasının xüsusi hazırlanmış hissəsində və sənaye sahələrində hərəkət etdirilməsi zamanı yaranır;

  • texnoloji vibrasiyalar stasionar maşınların işi zamanı yaranır və ya vibrasiya mənbəyi olmayan işçi yerə ötürülür.

  • yerli vibrasiyalar, insana əlləri vasitəsilə ötürülən.

  • ümumi vibrasiyalar, dayaq səthi ilə insan bədəninə ötürülən;

Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiyanın insan orqanizminə təsiri onun amplitudu və tezliyi ilə müəyyən edilir. Tezliyi 15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir edir. Tezliyi 25 Hs-dək rəqslər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ gətirir; 50 Hs-dən 250 Hs-dək olan rəqslər isə sinir sisteminə təsir edir, damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrılara, vibrasiya xəstəliyinə səbəb olur.





Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin