- Daim hərəkətdə olan axın xarakterli dəyişən informasiyanın həcmi.
- Informasiya sistemində kommunikasiya şəbəkəsinin buraxa bilmə qabiliyyəti.
- Informasiya sistemin operativ və dəqiq fəaliyyəti.
- Informasiya işlərində əlaqələndirmə dərəcəsi.
Kommunikasiyanın planlaşdırılması hərəkətlərin müəyyən ardıcıllığını əks etdirir.
Son illər ərzində kommunikasiya sisteminin rolu və əhəmiyyəti daha da artmışdır. Buna isə bazarın və onun konyukturasının inkişafının aşağıda göstərilən aspektləri şərait yaratmışdır.
1. Bazarın doydurulma həddinə yaxınlaşması, yəni tələb istehlak olunan məhsulların dəyişdirilməsini zəruri edir.
2. Yeni məhsulların yaradılması və bazara çıxarılması ilə bilavasitə əlaqədar olan problemlər.
3. Məhsulun hazırlanmasında və bazara çıxarılmasında yüksək standartların və şərtlərin olması. Bu isə öz növbəsində məhsulların keyfiyyət, yaxud qiymət vasitəsilə diferensasiya edilməsini çətinləşdirir.