DüĢmənlə döyüĢmək-Vətənə, torpağa olan məhəbbətdən, sevgidən
doğan bir istəkdir, hissdir. Bu hissi hətta sözlə də ifadə etmək
mümkün deyil. M ü ə l l i f
yaxınlaşırdı.
Əhalinin aeroportdan çıxdığını görən komandir, N.Atayevə
tapşırdı ki, əhalinin arxasınca şəhərin aşağı hissəsinə çəkilsinlər. Atayev
Namiq və onun döyüş yoldaşlarının başları döyüşə o qədər qarışmışdı ki,
hətta onları döyüşdən ayırmaq olmurdu. Komandir əlavə etdi ki,
Kamalovla qərərgahda olan silah-sursatı maşına yükləyib, Ağ körpüdə
sizi gözləyəcəyik.
Komandirin maşını ilə biz-mən və komandir- qərərgaha gəldik.
Qərərgahdakı pulemyotu, patron qutularını, minaatan mərmilərini və
digər döyüş ləvazimzatlarını maşına qoydum. Artıq əhali şəhəri tərk
etmişdi. Biz aeroportda və onun ətrafında bir neçə adam qaldığını görüb
maşınla ora gəldik və onları tez şəhərdən çıxmaq lazım olduğunu
bildirdik. Əhalinin hamısını aeroportdan çıxardıqdan sonra biz Aşıq Alı
küçəsi ilə şəhərin mərkəzinə tərəf getdik.
Zəylikdəki əsgərlərin mühasirəyə düşəcəyi fikri məni rahat
buraxmırdı, mən nə olur olsun öz əsgərlərimin yanında olmaq istəyirdim.
Şəhərdəki, İstisu döngəsinə çatanda komandirdən xahiş etdim ki, maşını
ver məni Zəyliyə aparsın. Çünki, Zəylikdəki tağımlar mühasirədə
qalacaq. Ermənilərin Kəlbəcərə hücumundan və bizim geriyə
çəkilməyimizdən onların xəbərləri yoxdur. Komandir, əvvəlcə mənimlə
razılaşdı və maşını döndərib İstisu yolu ilə Zəylik istiqamətində getdik.
Tərtər çayına çatanda yol kənarında 20-30 adam şəhərə tərəf qalxmaq
istəyirdi. Onlar Aeroporta qalxmaq və vertalyotla getmək istədiklərini
bildirdilər. Mən onlara “Şəhərə ermənilər hücum edir, ora getməyin,
aşağı yolla Murovdağa tərəf gedin”-dedim və onları tələsdirdim.
Keştək və Alolar kəndlərinin yüksəklikləri ermənilər tərəfindən
tutulmuşdu. Oradan yolun atəş altında olduğunu bilən kimi komandir
maşını geri döndərməyi əmr etdi. Bu vaxt yol boyu bir neçə adam gəlirdi.
Onların birini tanıdım: o, Zəylikdəki tağım komandiri Nizami
Məhərrəmovun qardaşı Məzahir idi. Mən maşında olan avtomatlardan
birini Məzahirə verdim və yolda qalmış bir yiyəsiz atla onu Zəyliyə
göndərdim. Tapşırıq belə idi: Zəylikdəki tağımlar atıcı silahları götürüb
Kəlbəcər şəhərinə doğru geriyə çəkilsinlər. Bu zaman düşmən şəhərə
girmiş olsa, gecəni gözləyib Nurovdağa doğru çəkilsinlər... Biz isə maşını
geriyə döndərib Tərtərçay boyunca Ağ körpüyə qayıtdıq. Komandir
snayperi götürüb yuxarı qayalığa çıxdı, mən isə avtomatla körpünün
üstündə dayandım. Kəlbəcərdən gələn camaat yanımızdan keçib gedirdi.
173
Qələbənin min dədəsi var, məğlubiyyət həmiĢə yetimdir. M ə s ə l
Yollara səpələnmiş əhali hara gedəcəyini bilmir, bizdən yolları
soruşurdular. Onların çoxu ucqar kəndlərdən gələnlər idilər.
Mən onnlara yol göstərir, yollara bələd olanlarla onları dəstə-
dəstə yola salırdım. Bundan başqa yeriməyə taqəti olmayan qoca, uşaq və
qadınları aparmaları üçün bəzi atlılardan onlara kömək etmələrini xahiş
edirdim. Ov tüfəngi ilə silahlanmış bir neçə cavanı yanımda saxlayır,
onlara hamıdan sonra gedəcəyimizi bildirirdim...
* * *
Saat iki olardı, Şəhərdən qaçan əhali keçib getdi və onların
ardınca Atayev Namiq və onun döyüş yoldaşlarının hamısı döyüşdən
çıxaraq sağ-salamat gəldilər. Qərərgah rəisi kapitan B.Nəsibov da
yanımıza gəldi. Əhali isə keçib getmişdi. Artıq Kəlbəcər şəhəri
müdafiəsiz idi. Düşmən Yuxarı Ayrım kəndindən hərəkət edən iki ədəd
PDM-in müşaiyəti ilə şəhərə girmişdi. Şəhərdən atəş səsləri eşidilirdi...
Komandir N.Atayevə tapşırdı ki, burada ləngiməsinlər,
kəşfiyyatçılarla birgə piyada qərərgaha getsinlər. Biz isə-komandir,
qərərgah rəisi, mən, əsgərlərdən Muxtarov İlqar və Mikayılov Hafiz
komandirin maşınına oturduq və Qılışlı kəndinə- qərərgaha gəldik. Orada
6 nəfər zabit və 6 nəfər əsgər var idi. Bizə heç bir kömək
göndərilməmişdi.
Komandir qərərgah rəisini də götürüb əhalinin sağ-salamat
ərazini tərk etməsinə kömək üçün yenidən Ağ körpüdəki əsgərlərin
yanına qayıtmalı oldu. Komandir öz maşını ilə Kəlbəcərə tərəf getdi. Biz
isə piyada onların arxasınca Çaykəndə tərəf Tərtərçay boyunca geri
qayıtmalı olduq. Yeriməyə isə taqətimiz yox idi...
* * *
Batalyon komandiri polkovnik-leytenant Eldar Həsənovun
dediklərindən: “Çaykənddən Kəlbəcərə tərəf gedirdik. Birdən döngələrin
birində ermənilərin PDM-i ilə qarşılaşdıq. O bizə atəş aça-aça gəlirdi.
150-200 metr bir məsafədə tez maşından düşdük və döngənin arxasına
çəkildik. Bir az geciksək məhv olardıq. Sürücü əsgər Azad maşını geriyə
çıxarmaq istərkən PDM-dən atılan güllələrdən özünü itirən sürücü çaş-
baş qalaraq maşının arxasını qayalığa çırpdı, çadır maşının üstünə çökdü.
Buna baxmayaraq yaxınlıqda olan polis Famil maşını döyüş
meydanından çıxardı. Biz isə tutduğumuz mövqelərdə qaldıq və PDM-in
üstündəki düşmən əsgərlərini atəşə tutduq. Ölən və yaralanan düşmən
əsgərləri PDM-dən bir-bir yerə düşürdü. Lakin düşmənin döyüş maşınını
vurmaq üçün qumbaraatan lazım idi. Elə bu məqamda qaça-qaça əlində
qumbaraatan olan bir əsgər yanımıza çatdı. Onun bircə mərmisi var idi.
174
Vətən torpağında bitən adi bir yovĢan kolu da-vətəndir.
M ü ə l l i f
Mən əsgərə “BMP-ni vur”-dedim. Əsgər döngədən çıxan düşmən PDM-
ni nişan alıb atəş açdı. Mərmi PDM-in üstündən keçib qayalığa dəydi.
Dostları ilə paylaş: |