AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI


XIX əsrin Qafqaz tarixinə aid rus mənbələri



Yüklə 440,25 Kb.
səhifə18/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

XIX əsrin Qafqaz tarixinə aid rus mənbələri
Bu dövrə aid mənbələri 3 qrupa bölmək olar:
1) qaynaq xarakterli əsərlər. Burada hadisələr olduğu kimi, tədqiq olunmadan verilir. Bu mənbələr: Bulqarinin, Bronevskinin əsərləridir.
1. Bulqarinin əsərində – Ədirnə traktatı, Rusiyanın Qafqazda siyasəti öz əksini ətraflı tapmışdır.
2. Bronevski – onun əsəri II hissədən ibarətdir. Birinci – coğrafi; ikinci – tarixi hadisələrlə zəngindir. Bütün Qafqazın tarixini dövrləşdirib. (5 dövrə bölür)
2) Bu qrupa – xatirə – salnamə və səyahət xarakteri daşıyan mənbələr daxildir (Platon Zubov, A.Berezin, Kart və s.). Onlarda Qafqaz ölkəsinin iqtisadi vəziyyəti, etnik tərkibi haqqında məlumat var.
3) Bu qrupa – ilkin tədqiqat xarakterli əsərlər daxildir.
Arxiv materiallarından istifadə etməklə Seleznyov, Butkov, Dubrovun, Patto və s. əsərləri, XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Rusiyanın Qafqazla bağlı tarixinə dair əsərlər daha geniş xarakter aldı.
Ədəbiyyat

  1. Адам Омири. Описание путешествия в Московию и через Московию в Персию и обратно. СП.б, 1906

  2. Алиев Ф.М. Миссия посланника Рус.государства А.П.Волынского в Азерб. Баку, 1979

  3. Путешественники об Азербайджане. Б., 1961, Т.1-2.

  4. Стрейс А.А. Три путешествия. М., 1985

MÜHAZİRƏ VI


XIX ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNƏ AİD QANUNVERİCİLİK SƏNƏDLƏRİ QAFQAZ TARİXİNƏ DAİR MƏNBƏ KİMİ


Qanunvericilik sənədlərinin tarixi mənbə kimi əhəmiyyəti. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Azərbaycanın daxili və xarici siyasi vəziyyəti son dərəcə ağır və mürəkkəb idi. XVIII əsrin ortalarından etibarən əvvəlcə Şəki, sonra isə Quba xanlıqlarının Azərbaycanın bütün torpaqlarının öz ətrafında birləşdirmək cəhdləri boşa çıxmışdı. Buna bir tərəfdən 1. ölkənin sosial-iqtisadi inkişafının geriliyi, digər tərəfdən isə, 2. Xarici dövlətlərin – qonşu İranın və çar Rusiyasının bu ərazini ələ keçirmək üçün Qafqaza demək olar ki, ardı-arası kəsilməyən yürüşləri mane olurdu. Məlum olduğu kimi hələ I Pyotr Qafqazı ələ keçirmək planlarını işləyib hazırlamış, hətta müəyyən dövr ərzində Xəzərsahili vilayətlərə yiyələnmiş, II Yekaterina bu cəhdləri davam etdirmiş və XIX əsrin əvvəllərində çar Rusiyası bütün Cənubi Qafqazı işğal etmək planlarını həyata keçirmişdi.
Bu dövrdə Rusiyanın özünün də ictimai-iqtisadi və siyasi həyatında müəyyən dəyişikliklər baş verirdi. Qərbi Avropa ölkələrinin ardınca burada da tədricən kapitalist münasibətlərinin rüşeymləri meydana çıxır, təsərrüfat həyatında kapitalist ukladı formalaşırdı. Bununla əlaqədar rus tacirlərinin və mülkədarlarının yeni-yeni xammal mənbələri və satiş bazarları ələ keçirmək arzularını Rusiyanın hakim dairələri ciddi cəhdlə həyata keçirir, Rusiya imperiyasının hüdudlarını ətraf ərazilər hesabına, müharibələr aparmaqla, özgə ərazilərini işğal etməklə genişləndirirdilər.
Təbiidir ki, XIX əsrin əvvəllərində baş vermiş və Azərbaycan xalqının tarixi taleyində çox ağır nəticələrə gətirib çıxarmış bu işğal tarixi mənbələrdə öz əksini tapmışdı. Keçmiş Azərbaycan xanlıqları ərazisində yaradılan yeni dövlət idarələri Rusiya dövlət idarələri sisteminə qovuşur, Rusiyanın və Azərbaycanın iqtisadi və siyasi sistemi inkişaf edir, Azərbaycanın inzibati bölgüsündə dəyişikliklər həyata keçirilir və Azərbaycan Rusiya imperiyasının müstəmləkəsinə çevrilir.
Sadaladığımız və sadalamadığımız proseslər nəticəsində arxiv fondlarında külli miqdarda sənədlər toplanır və mənbələrin yeni növləri formalaşır. Bəhs etdiyimiz dövrün tarixini öyrənmək üçün arxivlərdə torlanmış sənədlərin çox böyük əhəmiyyəti var. Bunların, yəni sənədlərin toplanmasının ən müxtəlif səbəbləri vardır. Həmin sənədlərin böyük bir qismi dövlət idarələrinin kargüzarlıq sənədləri, hökumət tərəfindən verilmiş qanunvericilik sənədləri, onların layihələri, həyata keçirilməsinə dair qaydalar, çar fərmanları, statistik təsvirlərin materialları, senator təftişlərinin hesabatları və s. ən müxtəlif mənbələrdir. Yəni bunlar elə mənbələrdir ki, XVIII əsrin sonuna qədərki dövrün tarixi öyrənilən zaman biz bu qəbildən olan mənbələrdən istifadə etməmişik, Çünki bu növ mənbələr məhz XIX əsrin əvvəllərindən etibarən, yəni Cənubi Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra meydana çıxıb. Həmin dövrdən etibarən narrativ mənbələrin, yəni təsviri mənbələrin, hekayə xarakterli mənbələrin əhəmiyyəti və rolu azalır.
Kapitalizm dövründə mənbələrin təkamülündə yeni mərhələ başlanır. Mənbələrin yeni növləri – foto və kino sənədlər yaranır. Yeni növ kargüzarlıq sənədləri – ictimai və siyasi təşkilatların materialları meydana çıxır. Bundan başqa Azərbaycanda dövri mətbuat yaranır və inkişaf edir. Bütün bunlar tarixi tədqiqatların mənbəşünaslıq bazasını xeyli genişləndirir və zənginləşdirir. Lakin qeyd etmək lazımdır ki, bu mənbə komplekslərinin hər biri tədqiqatçıdan xüsusi münasibət, tənqid və təhlil üsulu tələb edir. Əgər tədqiqatçı bu mənbə növlərinin hər birində əks olunan sosial informasiyanı əldə etmək, onu təhlil etmək və elmi dövriyyəyə cəlb edib, onun əsasında müəyyən elmi nəticələrə gəlmək istəyirsə, hökmən elmi prinsiplərə əsaslanmalıdır.
XIX əsr – XX əsrin əvvəllərinin tarixi mənbələri haqqında danışarkən biz bunu aşağıdakı mənbə tipləri üzrə qruplaşdırırıq: 1) Qanunvericilik mənbələri; 2) kargüzarlıq mənbələri; 3) statistik mənbələr; 4) tarixi, ədəbi və publisistik əsərlər; 5) dövrü mətbuat; 6) memuar ədəbiyyat. XIX əsr – XX əsrin əvvəllərində Azərbaycan tarixinə aid qanunvericilik sənədləri hüquq normaları əsasında ölkəmizin tarixini əks etdirən qiymətli mənbələr kompleksini təşkil edir. Hüquq dedikdə – insanlar arasında ictimai münasibətləri nizama salan dövlət sərəncamları və qanunlarının məcmusu nəzərdə tutulur. Bu, hər hansı bir cəmiyyətdə mövcud ictimai və dövlət quruluşunu qoruyub saxlamaq məqsədilə hakim sinfin öz mənafeyinə uyğun olaraq müəyyən etdiyi hüquq normaları və davranış qaydalarıdır. Hüquq, hakim sinfin qanun səviyyəsinədək yüksəldilən iradəsidir, onun məzmunu cəmiyyətin iqtisadi münasibətləri, iqtisadi bazisi ilə müəyyən edilir. Hüquq normalarının inkişafı məhsuldar qüvvələrin inkişaf səviyyəsinə və cəmiyyətdəki istehsal münasibətlərinin xarakterinə uyğun gəlir. Üstqurumun tərkib hissəsi olmaq etibarilə hüquq öz növbəsində bazisin möhkəmlənməsinə fəal surətdə təsir göstərir.
Qanunvericilik aktları elə hüququ sənədlərdir ki, bunlar ali hakimiyyət tərəfindən verilir və ali hüquq qüvvəsinə malikdirlər. Digər hüquq aktları bunlara uyğun olmalıdır. Bu sənədlər cəmiyyətdə insanlar arasındakı ən mühüm münasibətləri tənzim edən məcburi normaları, qaydaları müəyyən edir. Bunlarda hakim sinfin iradəsi, onun qanun vasitəsilə öz vəziyyətini möhkəmləndirmək cəhdi ifadə olunur. Bu halda nəzərdə tutmaq lazımdır ki, hakim sinfin iradəsi nəticə etibarilə həmin cəmiyyətdəki iqtisadi şəraitdə müəyyən olunur. Qanunvericilik aktı bu və ya digər hüquq normasını təsbit etdiyindən və ya əksinə ləğv etdiyindən onun doğru- düzgünlüyü heç bir şübhə doğurmur. Lakin hüquq normalarının və hətta hüquq kodeksinin bir xüsusiyyəti ondan ibarətdir ki, onlar tarixi gerçəkliyi, mövcud şəraiti bütövlükdə, olduğu kimi geniş əks etdirmir, ictimai-iqtisadi, siyasi həyatın bütün sahələrini mövcud olduğu kimi, bütün genişliyi ilə əhatə edə bilmir. Qanunvericilik sənədlərinin ikinci bir xüsusiyyəti - onların sinfi və siyasi istiqamətidir. Hüquq da dövlət kimi hakim sosial qrupun sinfi və siyasi mübarizə silahı olub, ümumi ictimai-iqtisadi ilkin şərtlər əsasında eyni vaxtda yaranır və inkişaf edir.
Bəhs etdiyimiz dövrdə Qafqazla əlaqədar verilmiş qanunlara gəlincə hər şeydən əvvəl bu hüquq sənədləri çar Rusiyası tərəfindən müstəmləkəyə çevrilmiş bir ərazi üçün verildiyi, burada müstəmləkə üsul idarəsinin yaradılmasına və onun möhkəmləndirilməsinə xidmət etdiyi nəzərə alınmalıdır.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin