AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI


Azərbaycanda dövri mətbuatın tarixi icmalı



Yüklə 440,25 Kb.
səhifə24/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Azərbaycanda dövri mətbuatın tarixi icmalı. Dövrü mətbuat tarixi mənbə kimi öyrənilərkən iki cəhəti nəzərdən qaçırmaq olmaz: I. Konkret bir mətbu orqanın tarixi mənbə kimi öyrənilməsi. II. Bir sıra orqanlarda bu və ya digər mövzularla bağlı mənbələrin axtarılıb tapılması və öyrənilməsi.
Mətbuat orqanı öyrənilərkən onun səhifələrində dərc olunan yazıçıların, redaktorların şəxsi sənədlərini, redaksiyaların arxivlərindəki sənədləri, ayrı-ayrı müəlliflərin memuarlarını, şəxsi yazışma materiallarını və s. öyrənmək lazım gəlir.
Azərbaycanda dövrü mətbuatın yaranması XIX əsrin əvvəllərinə aid edilir. Lakin sözün əsil mənasında nəşr orqanı «Əkinçi» qəzeti olmuşdur ki, bu da bildiyimiz kimi görkəmli maarifçi H.B.Zərdabinin adı ilə bağlıdır (1875-77-ci illərdə 56№-si çapdan çıxıb). XIX əsrin I yarısında Azərbaycan dilində mətbuatın əsası qoyuldu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində ilk dövri mətbuat orqanı olan «Tatar xəbərləri» qəzeti çadan çıxmağa başladı. Burada əsasən Qafqazdakı çar inzibati idarəsinin verdiyi qanunlar və sərəncamlar çap olunurdu. Qəzet həftədə bir dəfə çıxan «Tiflisskie vedomosti» qəzetinə əlavə kimi buraxılırdı (Tifis xəbəri). A.Bakıxanov bu qəzetin hazırlanmasında və buraxılmasında fəal iştirak etmişdi.
1841-46-cı illərdə Tiflisdə «Zakavkazskiy vestnik»ə əlavə olaraq Azərbaycan dilində başqa bir vərəqə də çıxmağa başladı. Burada rəsmi hökumət materialları və ticarət haqqında bəzi məlumatlar dərc olunurdu («Qafqazın bu tərəfinin xəbəri»). Lakin bu nəşrlərin rəsmi olmasına baxmayaraq, onların ömrü bir o qədər də uzun olmadı və onlar elə böyük bir əhəmiyyət kəsb etməyib, cəmiyyətin həyatında mühüm amilə çevrilmədilər.
Azərbaycanda bəhs etdiymiz dövrdə xeyli qəzet və jurnal nəşr olunmuşdur. Aparılmış hesablamalara görə, 1832-1920-ci illərdə Azərbaycan dilində 140, rus və qeyri dillərdə 200-ə yaxın mətbu orqanı nəşr olunub. Bu əsasən qəzetlər idi. Lakin qeyd etmək lazımdır ki, bunların böyük əksəriyyətinin ömrü uzun olmayıb. Qəzetin uzunömürlülüyünə təsir göstərən başlıca amil vəsait idi, lakin həmçinin çarizmin senzura və ümumi siyasəti də buna təsir göstərirdi. Senzura təkcə qaydaların pozulmasına görə deyil, həm də siyasi motivlərə görə hər hansı bir orqanı bağlaya bilərdi.
Göründüyü kimi, mətbuat orqanlarının belə çoxluğu onların təsnifatı məsələsini meydana çıxarır. Ümumiyyətlə mətbuatı aşağıdakı əlamətlərə görə təsnif edirlər:
1. Nəşr yerinə görə (paytaxt, əyalət və s.).
2. Nəşr dilinə görə (azərbaycan, rus və qeyri dil).
3. Məzmununa görə (siyasi istiqamətinə) (demokratik, liberal, demokratik, sol, sağ, bulvar mətbuatı).
4. Dövriliyinə görə.
5. Sahə mətbuatı (ayrı-ayrı sahələr üzrə, məsələn Bakı neft sənayeçilərinin orqanları, Birja vedomostları).
6. Qadınlar üçün, uşaqlar üçün və s.
Nəşrlərin adı çox zaman naşirlərin əsas məqsədlərini əks etdirirdi. Məsələn, «Həyat», «Yeni həyat».Bbəzən nəşrin adı onun nəşr olunduğu yerlə əlaqədar olurdu. Məsələn, Baku, 1902, Bakineü, 1907-1920. Bəzən bu, partiyaların adı ilə də bağlı idi: «İttihad» partiya orqanı – 1919-1920; «Hümmət»- 1904-1905-ci ilin əvvəli, 1917-ci il, 3 iyul – 1918-ci il; «İttifaq» - 1908-1909; Nicat – 1910-1912.
Azərbaycan mətbuatı ümumiyyətlə mətbuata xas olan ümumi əlamətlərlə bərabər bir sıra spesifik xüsusiyyətlərə malik idi.
1. Azərbaycanda ilk qəzet xüsusi (Rusiyada və Avropada rəsmi) qəzet idi. Bu xüsusiyyət imkan verir ki, onun vasitəsilə müsəlman cəmiyyətinin vəziyyəti, onun maraqları, ayrı-ayrı şəxsiyyətlərin həyatı və s. ilə tanış olaq.
2. Milli dildə mətbuat orqanı nəşr etmək qarşısındakı bütün çətinliklərə və maneələrə baxmayaraq Azərbaycan dilində müsəlman qəzeti rus dilindən daha tez («Kaspi» və b.) nəşr olunmuşdu və hətta Bakıda demək olar ki, sırf rus mətbuatı olmayıb.
Azərbaycan mətbuatının inkişafına bir sıra ziddiyyətli amillər təsir göstərib: milli şüurun, özünüdərkin inkişafı, Azərbaycanın mütərəqqi ziyalılarının xalqın maariflənməsinə çalışması və bunun üçün yollar axtarılması, inkişaf etməkdə olan kapitalizmin tələbatı və siyasi, iqtisadi və mədəni cəhətdən ümumrusiya inkişafına cəlb olunması, rus çarizminin müstəmləkə siyasəti.
Hər hansı bir mənbəni öyrənərkən biz onu ümumi tarixi hadisələr, tarixi şərait fonunda nəzərdən keçiririk. Bu prinsip daha çox dövri mətbuata və xüsusilə də Azərbaycan dövri mətbuatına aiddir. Mətbuata, onun yaranmasına və inkişafına təsir göstərən başlıca amil hökumətin mətbuat və senzura haqqında qanunlarda özünü göstərən siyasətidir. Hər hansı bir mətbuat orqanının nəşrinə icazə verilməsi konkret tarixi şəraitdə hökumətin yeritdiyi siyasətlə, onun xarakteri ilə əlaqədar olur. Rusiyada qəzet və jurnal nəşr etdirmək çox çətin bir iş idi, o ki qala qeyri-rus dilində olan orqanlara. Bunları nəşr etdirmək xüsusi qəhrəmanlıq tələb edirdi. İctimai-siyasi, bədii və xüsusilə də demokratik istiqamətli oraqanı nəşr etmək isə demək olar ki, qeyri-mümkün idi, çünki belə orqanlar gələcəkdə öz səhifələrində çarizmin siyasətinə toxunan yazıları dərc etmək üçün potensial imkanlara malik idilər.
Belə bir çətin işin öhdəsindən görkəmli maarifçi Həsən bəy Zərdabi gəlmişdi. O düz 3 il müddətində bu qəzetin nəşri üçün çalışmışdı. O, ərəbcə mətbəə hürufatı (şriftləri) əldə etmək üçün İstambulda olmuş, Tiflisdən və başqa şəhərlərdən mətbəə avadanlığı gətirmişdi. Həhayət, uzun mübarizədən sonra o, «Əkinçi» qəzetinin çap edilməsi üçün icazə almış və qəzetin 1-ci nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. «Əkinçi» qəzetinin çap edilməsi xəbəri bütün Qafqazda geniş əks-sədaya səbəb oldu. Zərdabi qəzetin nəşrini çox ağır şəraitdə təşkil etməli olmuşdu. Onun bütün redaksiyası yalnız onun özündən ibarət idi. O, həm qəzetin naşiri, həm redaktoru, həm korrektoru, həm də mürəttibi idi. Əvvəllər qəzetin nəşri çox zərər gətirirdi. Geniş kütlələrdə onların öz qəzetinə maraq oyatmaq məqsədilə Zərdabi «Əkinçi»ni pulsuz yaymalı olurdu. Tədricən onun ətrafına ziyalılardan və tələbə gənclərdən ibarət xeyli fəallar toplanır. Bundan başqa dövrün bir sıra görkəmli ziyalıları - A.Adıgözəlov, Gorani, S.Mehmandarov, S.Ə.Şirvani və b. qəzetdə əməkdaşlıq edirdilər. M.F.Axundov və N.Vəzirov qəzetin çapdan çıxmasını alqışlamış və ona öz məqalələrini göndərmişdilər.
1877-1878-ci illər rus-türk müharibəsi başlandıqdan sonra qəzetin vəziyyəti daha da ağırlaşdı. Hökumət «Əkinçi»nin səhifələrində siyasi məsələlərə toxunulmasını qadağan etdi. 1877-ci ilin sentyabrında qəzetin bağlanması haqqında hökumət sərəncamı verildi.
«Əkinçi» qəzeti XIX əsrin sonunda Azərbaycan cəmiyyətinin tarixinə dair çox qiymətli mənbədir. Onun səhifələrində Azərbaycan kəndinin və kəndlisinin vəziyyətinə dair məlumatlar, mütərəqqi maarifçilik ideyaları, Azərbaycanı ətalət, nadanlıq və cəhalətdən çıxarmaq yollarına dair tövsiyələr, kənd təsərrüfatının inkişafına, aqrotexniki təcrübə və tədbirlərə dair yazılar dərc olunurdu.
«Əkinçi» bağlandıqdan sonra 1879-80-ci illərdə «Ziya» qəzeti nəşr edilməyə başladı. Nəşriyyat Tiflisdə yerləşirdi, naşiri və redaktoru Seyid Ünsizadə idi. O, köhnə azərbaycanlı ziyalıların nümayəndəsi idi. «Ziya» «Əkinçi»yə nisbətən mühafizəkar mövqelərdə dururdu. 1880-ci ildən «Ziya» «Ziyayi-Qafqaziyyə» adı ilə çıxmağa başladı və 1884-cü ilə qədər işıq üzü gördü. Qəzetin cəmi 104 №-si çapdan çıxıb və çox geniş proqramı var idi.
1880-ci ildə Tiflisdə Seyid Ünsizadənin qardaşı Cəlal Ünsizadə «Kəşkül» qəzetini nəşr etdirməyə başladı. Bu bir növ jürnala bənzəyirdi. C.Ünsizadə dövrünün çox savadlı adamlarından olub, Avropa və Şərq mədəniyyəti ilə yaxından tanış idi. Bu qəzet məzmun etibarilə «Əkinçi»yə yaxın idi. Onun səhifələrində siyasət, ticarət, sənaye, mədəniyyət, din, dil, ədəbiyyat, maarif məsələlərinə dair yazılar dərc olunurdu. Şərq despotizmi, fanatizmi kəskin tənqil edilirdi. Qəzetdə S.Ə.Şirvani, F.Köçərli, Şaxtaxtinski, Qayıbov və s. məqalələri nəşr olunurdu. Bakıda, Qubada, Qarabağda və s. yerlərdə müvəkkilləri var idi. Əsas diqqəti məktəblərin açılmasına və məktəb islahatına yönəldirdilər.
XX əsrin əvvəllərində dövrü mətbuatın vəziyyəti çox ağır idi. 1901-1917-ci illərdə Azərbaycanda mətbuat ideya istiqamətlərinə görə: 1) demokratik; 2) milli burjua; 3) bolşevik mətbuatına bölünür.
İnqilabi və milli-azadlıq hərəkatının təsirilə «Molla Nəsirəddin» jurnalı nəşr olundu. 1906-cı ildən (7 apreldən) fəaliyyətə başlayan jürnal 25 il fəaliyyət göstərmişdir. Əvvəlcə Tiflisdə, daha sonra (1917) Təbriz və Bakıda nəşr olunmuşdu. Millətin milli şüurunun oyanmasında bu jurnalın böyük rolu olmuşdur. Redaktoru C.Məmmədquluzadə idi. Daha sonra «Zənbur», «Bəhlul», «Tuti» jurnalları nəşr olundu.
Zəmanənin yaratdığı jurnal olan “Molla Nəsrəddin”də Ömər Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.S.Ordubadi, Möcüz kimi yazıçılar, jurnalistlər fəaliyyət göstərmişlər. Mütərəqqi ideyalar carçısı olan “Molla Nəsrəddin” çar mütləqiyyətini, mülkədar-burjua ağalığını, geriliyi, mövhumatı kəskin tənqid etmiş, qadın azadlığı, Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə aparmışdır. Dəfələrlə çar senzurası onun nəşrini dayandırmışdır. “Molla Nəsrəddin” jurnalı «Kolokol», «Sovremennik», «Oteçetsvennıe zapiski» jurnalları ilə bərabər səviyyədə sayılırdı.
Molla Nəsrəddinin ənənələrini «Əqrəb», «Tikan», «Damğa», «Kirpi», «Mozalan» satirik jurnalları davam etdirmişlər. 1906-1920-ci illər ərzində Azərbaycanda nəşr olunan jurnal 4 qrupa bölünür:
1) inqilabi – marksist («Məşəl», «Yoldaş»);
2) inqilabi – demokratik («Molla Nəsrəddin»);
3) qabaqcıl ziyalıların köməyilə nəşr olunan demokratik jurnal («Məktəb», «Rəhbər», «Dəbistan»);
4) hakim siniflərin və irtica qüvvələrinin mənafeyini müdafiə edən jurnal («Yeni Füyuzat», «Şəlalə»).
N.Nərimanov 1899-cu ildə Azərbaycan və rus dillərində «Təzə xəbər» və «Məktəb» jurnalları nəşr etmək istəsə də, çar hökuməti buna icazə verməmişdir.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin