AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə27/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Sənaye statistikası. XX əsrdə Azərbaycanın ictimai-iqtisadi, siyasi tarixini öyrənmək üçün idarə statistikasının məlumatlarından istifadə olunur. Bu məlumatların içərisində birinci yerdə fabrik müfəttişlərinin topladığı məlumatlar və 1900, 1908 və 1910-1912-ci illərdə keçirilmiş sənaye siyahıyaalmalarının materialları durur. Ümumiyyətlə Rusiyada fabrik müfəttişliyi 1882-ci ildə fəhlə hərəkatının təzyiqi nəticəsində yaradılmışdı. Bakı quberniya fabrik müfəttişliyinin əsası 1899-1900-cü illərdə qoyulmuşdur. 1901-ci ildən etibarən Bakı quberniyası fabrik müfəttişlərinin hesabatları dərc olunmuşdur və bunlarda həm quberniyanın, həm də Bakı şəhərinin fabrik-zavod sənayesi haqqında məlumatlar var.
Sənaye siyahıyaalmalarına gəlincə, bunlar Rusiya Fabrik Müfəttişliyinin başında duran V.Y.Varzarın təşəbbüsü ilə keçirilmişdi. Birinci, 1900-cü il siyahıyaalması əsasən Avropa Rusiyasını və qismən də Qafqazı əhatə etmişdi. Aksiz vergisi qoyulmayan və fabrik müfəttişliyinin nəzarətində olan emaledici istehsal müəssisələri siyahıya alınmışdı. İllik məhsuldarlığı 1000 rubldan ( Rusiyanın rul vahidi – S.Ə.) aşağı olan müəssisələr qeydə alınmırdı. Siyahıyaalmanın materialları 1903-cü ildə Sankt-Peterburqda Varzarın redakrorluğu ilə “Aksiz vergisi qoyulmamış istehsal üzrə fabrik və zavodlar haqqında statistik məlumat” adı altında nəşr olunmuşdur. 1908—ci il siyahıyaalması Sibiri, Mərkəzi Asiyanı və Cənubi Qafqazı əhatə etmiş və bu ərazilərdəki emaledici sənaye sahələri , dağ-mədən və neft sənayesi istisna edilməklə, qeydə alınmışdı. Neft sənayesi müəssisələri içərisində yalnız Bakı neft müəssisələri haqqında məlumat toplanmışdı. Siyahıyaalmanın materialları 1912-ci ildə Varzarın redaktorluğu ilə “1908-ci il üçün Rusiya imperiyasının emaledici fabrik-zavod sənayesi üzrə statistik məlumatlar” adı ilə dərc olunmuşdur.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda statistika işi ilə bilavasitə Bakı Neft Sənayeçiləri Qurultayı məşğul olurdu. Onların topladığı materiallar hazırda AMDTA- da mühafizə olunur. Bu statistik materiallar içərisində Nobel qardaşları şirkətinin materialları dəqiqliyi, əhatəliyi, toplanmış məlumatların işlənməsi, ümumiləşdirilməsi baxımından diqqəti cəlb edir. Xüsusilə şirkətin işçi qüvvəsi haqqında olan məlumatlar böyük maraq doğurur.
Neft sənayesinə aid olan materiallar qismən nəşr olunub (yuxarıda verilmiş ədəbiyyat siyahısında bu nəşrlər qeyd olunmuşdur). Statistik məlumatların bir qismi 1899-cu ildən Bakıda nəşr olunan “Neftyanoye delo” jurnalında, həmçinin “Kaspi” qəzetində dərç edilirdi. “Kaspi” qəzetinin xüsusi neft şöbəsi var idi və burada neft sənayesi ilə bağlı ən müxtəlif məlumatlar dərc olunurdu.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin