AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə32/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   26   27   28   29   30   31   32   33   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ədəbiyyat

  1. Azərbaycan Demokratik Respublikası. Bakı, 1992

  2. АДР (1918-1920). Законодательные акты. Б., 1998

  3. АДР (1918-1920). Внешняя политика. Б., 1998

  4. АХС (1918-1920). Parlament, I-II hissələr. B., 1991

  5. Məmmədzadə M.V. Milli Azərb.hərəkatı. B., 1992

  6. Rəsulzadə M.Ə. Azərb.Cümhuriyyəti. B., 1990

  7. Rəsulzadə M.Ə. Stalinlə ixtilaf xatirələri. B., 1991

  8. Topçubaşov Ə.M. Paris məktubları. B., 1999


MÜHAZİRƏ XI


AZƏRBAYCAN TARİXİNİN II RESPUBLİKA DÖVRÜNƏ AİD MƏNBƏLƏR

Sovet dövrünə aid mənbələri aşağıdakı kimi xarakterizə etmək olar.


1. Partiya sənədləri;
2. Sov.İKP və Azərbaycan KP sənədləri;
3. Proqram və nizamnamələr;
4. Partiya qurultayı və konfrans materialları;
5. Yerli partiya təşkilatının sənədləri;
6. Partiya xadimlərinin çıxışları, nitqləri və məqalələri.
7. Sovet dövrünün qanunvericilik aktları: Dekret, Konstitusiya, qanun, fərman və s.; Sov. İKP və AKP sənədləri; Qanunverici və icraedigi orqanların aktları; Kargüzarlıq sənədləri; Statistik mənbələr və s.
1. Sov.İKP və AKP-nin sənədləri partiya sənədləri, onların proqram və nizamnamələri, partiya qurultay və konfranslarının materialları, onların nəşrləri. Partiya xadimlərinin çıxışları, nitqləri, məqalələri mənbə rolunu oynayır. Sovet dövrünün qanunvericilik aktlarının aşağıdakı növləri var: Dekretlər, Konstitusiyalar, Qanunlar, Fərmanlar.
Sovet dövlət idarələrinin və ictimai təşkilatların kargüzarlıq sənədləri ilkin və törəmə sənədlərə bölünür. Bunlar idarə arxivləri və mərkəzi arxivlərdə saxlanılır. Bu sənədlər haqqında qeydiyyat materialları və qeydiyyat kitabları tərtib edilir. Həm siyahılar, həm də kataloqlar təşkil edilir.
Sovet dövründə statistik materiallar illik külliyyatlar, statistik məlumat kitabçaları və külliyyatları, illik və beşillik planların yerinə yetirilməsi haqqında yekun məlumatlar və s. Sovet dövründə sənaye siyahıyaalmaları həyata keçirilirdi. Bu siyahıyaalmalar kənd təsərrüfatının, xüsusilə kəndli büdcələrinin öyrənilməsi ilə bağlı həyata keçirilirdi.
Sovet dövründə birpartiyalı mətbuat var idi və mətbuat senzurası həyata keçirilirdi. «Pravda», «İzvestiya», «Vışka», «Bakinski raboçi» və s.
S o v. İ K P v ə A K P - n i n s ə n ə d l ə r i . Onların növləri, təsnifatı və tarixi mənbə kimi öyrənilməsinin əsas prinsipləri nəzərdən keçirilir.
Q a n u n v e r i c i v ə i c r a e d i c i o r q a n l a r ı n a k t l a r ı . Sovet dövrü qanunvericiliyinin xarakteri, qanun sənədlərinin növləri, onların meydana çıxmasının əsas mərhələləri və mənbəşünaslıq təhlilinin üsul və metodları öyrənilir.
K a r g ü z a r l ı q s ə n ə d l ə r i . Sovet dövrü kargüzarlıq sənədlərinin xüsusiyyətləri, tərtibi və unifikasiyası, materialların əsas qrupları və öyrənilməsi problemləri nəzərdən keçirilir.
S t a t i s t i k m ə n b ə l ə r . Bu dövrə aid olan statistik mənbələrin xüsusiyyətləri, toplanması, işlənməsi və qruplaşdırılması, nəşri və mənbə kimi təhlil olunması üsullarından bəhs olunur.
Sənayenin statistikası, fəhlə sinfinin və ziyalıların statistikası, kənd təsərrüfatının və əhalinin statistikası haqqında məlumat verilir.
X a l q t ə s ə r r ü f a t ı n ı n p l a n l a ş d ı r ı l m a s ı m a t e r i a l l a r ı . Xalq təsərrüfatı planları sovet dövründə meydana çıxmış yeni növ mənbələr kimi xarakterizə olunur. QOELRO planı, ilk beşillik planlar, planlaşdırma materiallarının əsas qrupları öyrənilir. Bu sənədlərin mənbə kimi təhlil olunması üsulları şərh olunur.
D ö v r i m ə t b u a t . Sovet dövrü mətbuatının ümumi xarakteristikası, birpartiyalı mətbuatın inkişafı və onun xüsusiyyətləri, mətbuat senzurası, Azərbaycan mətbuatının əsas növləri və onun təsnifatı haqqında məlumat verilir, mətbuatın tarixi mənbə kimi öyrənilməsinə diqqət yetirilir.
M e m u a r l a r , g ü n d ə l i k l ə r , y a z ı ş m a l a r. Şəxsi mənşəli sənədlərin növləri, onların spesifik xüsusiyyətləri qeyd olunur. Memuar mənbələrinin sovet dövrü tarixinin öyrənilməsində əhəmiyyəti müəyyən edilir. Azərbaycan bolşeviklərinin - M.Hüseynov, İ.Kolesnikova, H.Sultanov və b., həmçinin 1941-1945-ci illər müharibəsi dövrünə aid memuarların, fəhlələrin, kolxozçuların, elm, texnika, mədəniyyət xadimlərinin memuarlarının öyrənilməsi üsullarından bəhs edilir.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin