AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə5/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   2   3   4   5   6   7   8   9   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Driver G.R. The Hebrew Scrolls. Oxford University Press. London, 1951.

  2. Амусин И.Д. Находки у Мертвого моря. М., 1965.

  3. Fling F.M. The Writing of History. An Introduction to Historical Methods. New Haven 1934

  4. Collingwood R.G. The Idea of history. Oxford 1993

  5. Геродот. История. М.-Л., 1972

  6. Полибий. Всеобщая история. М., 1980.

  7. Латышев В.В. Известия древних писателей о Скифии и Кавказе. Вестник Древней истории. 1948, №2.

  8. Корнелий Тацит. История. Л., 1969, т.2.

  9. Латышев В.В. Известия древних писателей о Скифии и Кавказе. Вестник Древней истории. 1949, №3.

  10. Латышев В.В. Известия древних писателей о Скифии и Кавказе. Вестник Древней истории. 1948, №2.

  11. Латышев, гейд олунан ядябиййат, 1949, №3.

  12. Прокопий Кесарийский. Война с готами. М., 1950.

Erkən orta əsr mənbələri


Erkən orta əsrlər Qərbi Roma imperiyasının barbar­ların işğal və hücumları nəticəsində darmadağın edilməsi, imperiya ərazisin­də xristianlığın aktiv yayılması və dövlət dininə çevrilməsi ilə xa­rak­terizə olunur. Erkən xristian ədəbiyyatına müraciət ilk növbədə Qafqaz ərazisində yaşa­yan xalqların həyatında xristianlıqla bağlı dəyişikliklərin araşdırılması ilə bağlıdır.


Erkən xristian ədəbiyyatı məktublar şəklində yazılaraq, epis­tol­yar xarakter daşıyırdı. Bu mətnlər erkən xristian icmalarının iba­də­ti, təhsili, apoloqetika və dini debatları haqqında mühakimə yürüt­mək imkanı verir. Erkən xristian mətnləri papiruslar üzərində yazılmış boru şəkilli kitabə­lərdən ibarət idi. Bu kitabələrdə müəl­li­fin adı mətnin əvvə­lində deyil, sonunda axırıncı sətrin sağ tərə­fin­də qeyd olunurdu. Eramızın təxminən II əsrində boru şəkilli kita­bə­­lərdən əlyazma lövhələrə keçid baş vermişdi.
II-III əsr xristian ədəbiyyatı nümunələri apokrif (müqəd­dəs­lə­rin həyatı və faciəsinə həsr olunmuş) ədəbiyyat xarakteri daşı­yır­dı. Bu dövrdə Roma, Antiox, Qeysəriyyə və İsgəndəriyyədə fəa­liy­yət göstərən kilsələr əslində erkən xristian ədəbiyyatının yaran­ma­sı və yayılması mərkəzinə çev­ril­mişdilər. Yaradılmış xristian mətn­ləri içərisində “Çoban Hermas”ın mətnini və Antiox keşiş İqna­tiusun məktublarını misal gətirmək olar. Onlar təkcə müqəd­dəs mətnin izahı deyil, eyni zamanda Kiçik Asiyada xristinalığın yayılması ilə əlaqədar bu ölkələrin nümayəndələri ilə mərkəzi xristian kilsələrinin yazışması haqqında da məlumat verirdi. ”Ço­ban Hermas”ın mətninin indiyə qədər iki redaksiyası-yunan və latın, redaksiyaları aşkar edilmişdir.
Eramızın təxminən 207-208-ci illərində Tertullian tərə­fin­dən tərtib edilmiş “Adversus Marcionem” də bu qəbildə yazılmış əsər­­lərdəndir. Erkən xristian mətnlərinin mənbə­lərinə gəldikdə isə burada qaranlıq səhifələr olduqca çoxdur. Erkən xristian mətn­lə­ri­nin qorunub saxlanılması işini III əsrin əvvəllərində yaşamış İs­gən­dəriyyəli Paul Origen həyata keçirmişdir. O, erkən xristian dövründə yaşamış yeganə mü­əl­lifdir ki, həyatı və əsərləri haqqın­da müasir dövrümüzə ətraflı məlumatlar çatıb. Eramızın II-III əsr­lə­rində yaşamış Origen Bibliyanın mətnini bərpa etməyə çalışmış, müqəddəs mətnə bir sıra izah və tənqidlər əlavə etmişdir.
IV əsr ilk xristian xronikalarının yarandığı dövrdür. Xristian­lı­ğın məhz bu dövrdə Roma impeiyasında dövlət dini statusunu alması, imperiya daxilində başlanan sosial gərginlik, qul və kolon­la­rın üsyanları, xristian kilsəsinin müxtəlif təriqətlərə qarşı müba­ri­zə­yə qalxması və s. faktorlar bu xronikaların yaranmasının əsas sə­bəb­ləri idi. Xristian xroikalarının ilkin nümunələrinin yara­dı­cı­la­rın­dan biri Qeysəriyyəli Yevsevi olmuşdur. Onun «Xronika»sı iki hiss­­dən ibarət olaraq, dünyanın ən qədim dövründən 325-ci ilə qədərki tarixini əhatə edirdi. Bu əsərin əsas tarixi-siyasi ideyasını dünyanın idarəçiliyində ardıcıllıq və irsilik prinsipinin mövcud­lu­ğunu sübuta yetirmək təşkil edirdi. Roma imperiyasını dünyanın qüdrətli imperiyaları olan Aşşur-Babil, Midiya-Fars və Yunan-Makedoniya imperiya­larının varisi hesab edən müəllif bu siyasi qurumların sturktur və idarəçiliyində analogiyalar axtarırdı. Siyasi tarixlə yanaşı əsərin «Xronoqrafiya» hissəsində müəllif xro­noloji sistemlərin-antik, qədim şərq və Bibliya xronoloji sistemlərinin müqayisəli təhlilini də vermişdir. Qeysəriyyəli Yevsevinin əsəri Ye­­ronim tərəfindən davam etdirilmiş, ha­disələrin şərhi 378-ci ilə qədər çatdırılmışdır.
IV-V əsr xristian ədəbiyyatının ən parlaq nümunələri isə Av­qustin və Yeremiyə məxsusdur. Avqustinin iki məşhur əsəri – “De Trinitate” (eramızın 398-419-cu illərində tərtib olunmuşdur) və “De Civitate Dei”(eramızın 426-cı ilində yazılmışdır) dini mətn­lə­rin izahının ən tamamlanmış forması idi. Məhz bu dövrdə xristian ədəbiyyatında yeni bir janrın-aqioqrafik nümunələrin əsası qoyul­muş­dur. Xristian övliyə­lərinin həyatına həsr olunmuş bu mənbələr erkən xristian icmalarının mənəvi-etik dünyasının araşdırılması üçün mü­hüm əhəmiyyət kəsb edir.
Xristian tarixi ədəbiyyatının yaranması əslində tarixi fikrin yeni mərhələ və istiqamətinin əsasının qoyulması demək idi. İngilis alimi R.Kollinqvudun yazdığı kimi Avropa tarixşünaslığı mövcud olduğu dövrdən indiyə qədər üç bö­yük böhran dalğası keç­miş­dir. Birinci böhran dalğası tarixin elm olması və onun tədqiqat metodunun formalaşmalaş­dırılması ideyasının yarandığı e.ə.V əsrə təsadüf edir. İkinci böhran dalğası xristianlığın inqilabi təfəkkü­rü­nün təsiri altında yeniləşdirilmiş tarix ideyasının eramızın IV-V əsr­lə­rində formalaşdığı dövrü əhatə edir. Bu dövr xristian tarixi tə­fək­kürü yunan-roma tarixi məktəbinə məxsus iki əsas aparıcı ide­yanı-birincisi, insan təbiətinin optimist təbiəti ideyasını, ikincisi isə tarixi dəyişkənlik prosesi əsasında yerləşən əbədi varlığın subs­tan­sialist ideyasını, alt-üst etmişdir.
Yunan-roma tarixi təfəkkürünə məxsus insan təbiətinin opti­mist təbiəti ilk növbədə xristianlığın mənəvi təcrübəsi ilə inkar edi­­lirdi. Xristian doktrinasına görə insan fəaliyyətinin kortəbii xa­rak­teri onun özünəməxsus fərdi xüsusiyyətləri ilə izah olun­ma­ma­lı­dır. İnsanların kortəbii hərəkəti qaçıl­mazdır. Əgər yunan-roma ta­rixi təfəkkürü insanların səhv­lərini onların qarşıdan gələn təh­lü­kə­ni görməməsi və ya görmək istəməməsi ilə izah edir və insan ta­le­yinin onun öz əlində olduğunu vurğulayırdısa, xristian təfəkkürü tale, qismət anlamını mərkəzi ideyaya çevirirdi.
Eramızın IV-V əsrlərində xristian fəlsəfəsi bir az da uzağa gedərək, yunan-roma tarixi məktəbinin substansiya haqqında meta­fi­zik doktrinasını «yaradıcı» doktrina ilə əvəz etdi. Bu doktrinaya görə həyatda Allahdan başqa əbədi heç bir şey yoxdur və hər bir şey Onun tərəfindən yaradılmışdır. İnsan ruhu keçmiş varlıqdan başqa bir şey deyil və onun əbədiliyi yalnız əfsanədir. Sadə dillə desək, bu konsepsiyaya görə insanlar və xalqlar kollektiv subs­tan­si­ya deyil, Allah tərəfindən yaradılmışlardır. Yaratdığı insanlara Al­lah həm­çinin xarakter də verir. Qədim tarixi təfəkkürə uyğun ola­raq, insan yenə də substansiya kimi qəbul olunurdu, lakin artıq bu insan Allah tərəfindən yaradıldığı üçün müəyyən xüsusiy­yətlərə malik və müəyyən şəraitə uyğun yaradılmış sub­stansiya idi. Alla­hın özü də substansiya kimi qəbul olunurdu, lakin bu substansiya dərk edilməz idi. Bizim Allah haqqında biliklərimiz yalnız onun fəaliyyəti ilə məhdudlaşırdı.
Beləliklə, xristian təfəkkürü və fəlsəfəsinin təsiri altında ta­ma­milə yeni bir tarix yaranırdı. Bu tarix xristian təfək­kürünün bir neçə elementinə əsaslanırdı.
Birincisi, bu təfəkkürə görə hərəkətdə olan tarixi pro­seslər insanların məqsədləri əsasında deyil, Allahın məqsədi ilə idarə olu­nurdu. Allahın məqsədi insanların məqsədi idi. Bu fəlsəfəyə görə hər bir insan öz məqsədini anlayırdı, lakin nə üçün buna can atdığını izah edə bilmirdi. Çünki bu istək və arzu onun ruhuna Allah tərəfindən qoyulmuşdur, bu Allahın istəyi idi. Bir tərəfdən bu fəlsəfəyə görə tarixdə baş verən hər bir şey insan arzusu və məq­sədi ilə, insanın fəa­liyyəti ilə izah olunurdu, digər tərəfdən dün­yada hər şeyin təkanı və məqsədinin bir əsası- Allah olduğu vurğulanırdı.
İkincisi, tarixə bu yeni baxış nəinki tarixin hərəkətverici qüv­və­lərinin fəaliyyətini anlamaq, hətta bu qüvvələrin ma­hiyyət və təbiətini açıqlamaq imkanı verirdi. Bu konsep­siyaya görə fərdi ruh müəyyən dövrdə müəyyən xüsusiy­yətlərlə müəyyən missi­yaları həyata keçirmək üçün Allah tərəfindən yaradılmışdır, bu missiyanı həyata keçirdikdən sonra bu fərd tarixdən silinib gedir. Xxristian tarixi təfək­kürü Roma imperiyasının yaranması və məğlub olaraq, tarix səhnəsindən getməsini bu konsepsiyanı təsdiqləyən faktor kimi misal gətirirdi. Bu isə tarixi təfəkkürdə əsl inqilab idi. Əslində bu konsepsiya iddia edirdi ki, tarixi dəyişkənlik prosesi əşyaların axımı və onların hadisələrə təsiri deyil, onları öz arxasınca aparan substansiyanın real yaranması və darmadağın edilməsidir. Başqa sözlə, yunan-roma təfəkkü­rünün iddia etdiyi kimi tarix öz-özünə deyil, Allah tərəfindən yaranıb və idarə olunur.
Üçüncüsü, xristian təfəkkürü tarixi günah, rəhimdillik və xəlq olunmuş olmaqla üç hissəyə ayırırıdı. Üçüncü faktor xristina­lı­ğın universal mövqeyinə əsaslanırdı. Xristinalığa görə bütün in­san­lar Allahın kölgəsi altında bərabərdirlər, heç bir xalqın, irqin, sinfin heç bir üstünlük və imtiyazı yoxdur. Bütün insanlar Allahın məq­sə­di və arzusu ilə fəaliyyət göstərirlər. Xristianlıq məhz bu baxımdan Roma tarixi, Yəhudi tarixi və ya digər tarixləri qəbul edə bilmirdi, xristian tarixi dünya tarixinə, insan həyatı üçün Allahın məqsədinin inkişafına əsaslanırdı. Beləliklə, xristian tarixi təfəkkürü yunan-roma tarixi məktəbinə məxsus humanizm və substan­sio­nalizmdən başqa, xüsusilik ideyasını da kənara atmışdır. Məhz bu baxımdan xristianlıq prinsipləri əsasında yaradılan istənilən tarix “universal, providensial, apokaliptik və döv­rü” olmalı idi. Bu xüsusiyyətlər xristian tarixi mənbələrinin əsasını təşkil edirdi.
Bu tarix universal olmalıydı, çünki bu tarix insan mənşəyini izah etməyə çalışırdı. Bu tarix müxtəlif irqlərə məxsus insanların ya­ran­ması və bəşəriyyətin müxtəlif nöqtə­lərində fəaliyyət göstər­mə­si səbəbini izah etməli idi. Bu tarix sivilizasiyaların yaranması və məhv olması səbəblərini izah etməli idi. Bu baxımdan yunan-roma tarixi məktəbi universal tarixi yarada bilməmişdi, onun yarat­dı­ğı tarixin ağırlıq mərkəzi xüsusilik idi. Bu tarix hadisələri insan müdrik­liyindən irəli gələrək deyil, Ruhun fəaliyyəti ilə izah etməli idi. Providensial tarix Allahın fəaliyyət göstərdiyi səhnə idi, lakin bu səhnənin sevimli xarakterləri yox idi, bu səhnədə hamı Allahın kölgəsi altında bərabər idi.
Bu tarixin mərkəzi nöqtəsi Məsihin fəaliyyəti olmalı idi. Məhz buna görə xristian təfəkkürü tarixi Məsihin anadan olması döv­ründən iki hissəyə ayırırdı. Bu hissələrin hər birinin özünə­məx­sus xüsusiyyətləri var idi: birinci dövr gələcəyə doğru yönəl­miş kortəbii hadisələrdən ibarət xarak­ter­lərin hazırlanması, ikinci isə keçmişə qayıdan xarak­terlərdən ibarət idi.
Keçmiş tarixi iki hissəyə ayıran xristian təfəkkürü onu eyni zamanda iki dövrə, Məsihin doğumundan əvvəl və sonra olmaq şərti ilə bölürdü. Beləliklə, dövrü tarixin əsası qoyulmuş oldu. Xris­tian tarixi məktəbinə xas olan bu üç faktor erkən orta əsr xristian tarixi mənbələrinin ayrılmaz hissəsi idi və demək olar ki, o dövrün hər bir mütəfək­kü­rünün yaradıcılığında əks olunmuşdu.
Bununla belə erkən orta əsr xristian tarixi məktəbi ellinizm dövrü və roma tarixi məktəbinin ənənələrini davam etdirirdi. Bu ta­ri­xi məktəb özündən əvvəl mövcud olmuş tarixi məktəb kimi tarixi fakt və ənənələrdən asılı idi. Lakin yunan-roma tarixi məktə­bi nümayəndələrindən fərqli olaraq, orta əsr yaradıcıları malik olduqları tarixi materialları universal tarix nöqteyi–nəzərindən imta­han edirdilər. Millətçiliyin artıq real mövcud olduğu erkən orta əsrlərdə bu faktora istinad edən tarixçilər səhv etdiklərini artıq anlayırdılar. Bu tarixçilər tarixi yaradarkən hər hansı ölkənin nüfu­zunu artırmaq və ya ucaltmaq məqsədi güdmürdülər, onların məq­sədi tarixi özünəməxsus məqsədlərə malik bir proses kimi təsvir et­mək idi. Bu tarixin əsas mərkəzi Allahın qüdrətindən asılı tarixin yaradılması idi. Bu tarixdə tarixi hərəkətə gətirən insanlar deyil, Allah idi və hər şey onun istək və arzularından asılı idi. Erkən orta əsr tarixi təfəkkürünün ən böyük vəzifəsi bu obyektiv və mü­qəd­dəs tarixi araşdırmaq və izah etmək idi. Esxatologiya (dün­yanın so­nu haqqında dini təsəvvürlərin məcmusu) tarixin ayrıl­maz elementi idi. Bunu rəhbər tutan orta əsr tarixçilərinin fikrincə alimlərin əsas və­zifəsi gələcəyi görmək yox, keçmişi öyrənməkdir. Məhz bu mər­­hələdə erkən orta əsr təfəkküründə Allahın obyektiv məq­səd­lə­ri ilə insanların subyektiv məqsədləri arasında qarşıdurma ya­ra­nır. Bu ideyaya görə tarixi və bəşəriyyəti insanların məqsə­d­yö­n­lü fəa­liyyəti deyil, müqəddəs qüvvənin fəaliyyəti dəyişir. Orta əsr ta­ri­xi təfəkküründə Allah həm də fəaliyyət idi. Tarixin ali pla­nı­nı araş­dırmağa can atan erkən orta əsr tarixi təfəkkürü bu planın in­sana deyil, Allaha məxsus olduğunu qəbul edirdi. Məhz buna görə də bu tarixin tənqidi metodu olduqca zəif idi. Bu zəiflik isə mənbələrin məhdudluğundan irəli gəlmirdi. Bu zəiflik erkən orta əsr tarixçilərinin tarixin aktual faktlarını araşdırıb obyektiv təhlil et­mək istəməməsindən irəli gəlirdi. Bu zəiflik onların müqəddəs at­ri­butların araşdırılması və elmin mənimsənilməsi istəyindən irəli gə­lirdi. Məhz bu səbəbdən orta əsr tarixçilərinin böyük əksəriyyəti axı­ra qədər tarixi mənbələrin tənqidi təhlili metoduna və faktların alim və tədqiqatçı mövqeyində təsdiqi üsuluna yiyələnə bil­mə­dil­ər.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin